Məhkəmə qərarları › İş №e-2(075)-2294/2024

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-2294/2024

05.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-2294/2024 05.11.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair işə məhkəmənin inzibati binasında, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqavilə üzrə İMEİ kodu **********82735 SANSUNG GALAXY ZFLİP 5 markalı telefon üçün 2769 manat ödənilməmiş hissə, 276 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə Acer ASPİRE KOMPUTER üçün 1526.7 manat ödənilməmiş hissə, 152.3 manat cərimə, ümumilikdə 4724 manat borc, 67.24 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə məhkəmə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********82735 SANSUNG GALAXY ZFLİP 5 markalı telefon, Acer ASPİRE KOMPUTER almış və nəticədə 4724 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024cü il tarixli alqı-satqı qiyməti 2769 manat (15 ay x 184.6 manat + 0 manat ilkin ödəniş) olan İMEİ KODU **********82735 SANSUNG GALAXY ZFLİP 5 markalı telefon üçün ümumilikdə 3045 manat olmaqla, ondan, 2769 manat ödənilməmiş hissə, 276 manat cərimə, xx.xx.2024-cü il tarixli alqı-satqı qiyməti 1832.04 manat (18 ay x 101.78 manat + 0 manat ilkin ödəniş) olan Acer ASPİRE KOMPUTER üçün ümumilikdə 1679 manat olmaqla, ondan, 1526.7 manat ödənilməmiş hissə, 152.3 manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 305.34 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 %-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5.1 və 284-5.3cü maddələrinə əsasən məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir. Cavabdehə qanunvericiliyə uyğun rəsmi qaydada bildiriş göndərilmiş, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarından müəyyən edilir ki, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən iddiaçı İMEİ KODU **********82735 SANSUNG GALAXY Z FLİP 5 markalı telefonu və Acer ASPİRE KOMPUTERi cavabdehə verməyi, cavabdeh isə öz növbəsində həmin malın dəyərini hissə-hissə ödəməyi öz öhdələrinə götürmüşlər. İddiaçı öz öhdəliyini yerinə yetirsə də cavabdeh öz öhdəliyini tam yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya xx.xx.2024-cü il tarixli müqavilə üzrə 2769 manat əsas borcu, müqavilənin 2.6-cı bəndinə əsasən 100 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1526.7 manat əsas borc, müqavilənin 2.6-cı bəndinə əsasən 50 manat cərimə borcu yaranmışdır. İddiaçı tərəfindən müqavilənin 4.1-ci bəndinə əsasən borcun ödənilməsi ilə bağlı xəbərdarlıq göndərilmişdir. Məhkəmə, Mülki Məcəllənin 385.1, 399.1, 442, 445.1, 445.2.1, 567, 600.1, 600.4-cü maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində təmin edilməli, İMEİ KODU **********82735 SANSUNG GALAXY ZFLİP 5 markalı telefon üçün 2769 manat əsas borc, Acer ASPİRE KOMPUTER üçün 1526.7 manat əsas borc Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Məhkəmə, Mülki Məcəllənin 462.1 və 467-ci maddələrinə əsasən hesab edir ki, cavabdehdən xx.xx.2024-cü il tarixli müqavilə üzrə 100 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 50 manat cərimə məbləği tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən ödənilmiş 64 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-580, 587, 588, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. xx.xx.2024-cü il tarixli müqavilə üzrə İMEİ KODU **********82735 SANSUNG GALAXY ZFLİP 5 markalı telefon üçün, 2769 (iki min yeddi yüz altmış doqquz manat) manat ödənilməmiş hissə, 100 (yüz) manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqavilə üzrə Acer ASPİRE KOMPUTER üçün 1526.7 (min beş yüz iyirmi altı manat yetmiş qəpik) ödənilməmiş hissə, 50 (əlli) manat cərimə borcu, ümumilikdə 4445.7 (dörd min dörd yüz qırx beş manat yetmiş qəpik) manat borc, 64.45 (altmış dörd manat qırx beş qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar