Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-2306/2024 28.10.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Ceyhun Rasim oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, Playstation 5 üçün, 1464 (min dörd yüz altmış dörd) manat ödənilməmiş hissə, 146 (yüz qırx altı) manat cərimə, xx.xx.2023-cü il, tarixli müqaviləyə əsasən, İmei kod **********93495 Samsung Galaxy A14 markalı telefon üçün 428.04 (dörd yüz iyirmi səkkiz manat dörd qəpik) manat ödənilməmiş hissə, 42.96 (qırx iki manat doxsan altı qəpik) manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********82181 Samsung Galaxy A23 markalı telefon üçün 375.95 (üç yüz yetmiş beş manat doxsan beş qəpik) manat ödənilməmiş hissə, 37.05 (otuz yeddi manat beş qəpik) manat cərimə ümumilikdə 2494 manat borc, 44.94 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Cavabdeh qanunvericiliyə uyğun rəsmi qaydada bildiriş göndərilmiş, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, tədqiq edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sübutlarla müəyyən edildi ki, Cavabdeh, "xxxx" MMC ilə xx.xx.2023-cü il tarixdə bağladığı müqaviləyə əsasən, Playstation 5, xx.xx.2023-cü il tarixdə bağladığı müqaviləyə əsasən isə İMEİ Kodu **********93495 olan Samsung Galaxy A14 markalı telefon və xx.xx.2023-cü il tarixdə bağladığı müqaviləyə əsasən isə İMEİ Kodu **********82181 olan Samsung Galaxy A23 markalı telefon almış və nəticədə 2494 manat borcu yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1464 manat (12 ay x 122 manat + 0 manat ilkin ödəniş) olan Playstation 5 üçün, 1610 manat olmaqla ondan, 1464 manat ödənilməmiş hissə və 146 manat cərimə borcu,xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 428,04 manat (12 ay x 35,67 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********93495 Samsung Galaxy A14 markalı telefon üçün, 471 manat olmaqla ondan, 428,04 manat ödənilməmiş hissə və 42,96 manat cərimə borcu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 752,4 manat (12 ay x 62,7 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********82181 Samsung Galaxy A23 üçün 413 manat olmaqla ondan, 375,95 manat ödənilməmiş hissə və 37,05 manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 376,45 manat təşkil edir. Tərəflər arasında bağlanılmış xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktlarından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Lakin cavabdeh müqavilə ilə təsbit olunmuş öhdəlikləri lazımi qaydada icra etməmişdir. Ödəniş cədvəllərinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq peniya ödənilir. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə Azərbaycan Respublikasının MM-nin 739.1, 567.1, 600.1, 600.4, 465, 386, 385.1, 442, 445.1, 445.2.1-ci maddələrinə əsasən və eləcədə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia tələbi təmin edilməli, 30 sentyabr 2023-cü il tarixli müqaviləyə əsasən, Playstation 5 üçün 1464 (min dörd yüz altmış dörd) manat ödənilməmiş hissə, 146 (yüz qırx altı) manat cərimə borcu, 24 sentyabr 2023-cü il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********93495 olan Samsung Galaxy A 14 markalı telefon üçün 428,04 (dörd yüz iyirmi səkkiz manat dörd qəpik) manat ödənilməmiş hissə, 42,96 (qırx iki manat doxsan altı qəpik) manat cərimə borcu, 06 aprel 2023-cü il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********82181 olan Samsung Galaxy A 23 markalı telefon üçün 375,95 (üç yüz yetmiş beş manat doxsan beş qəpik) manat ödənilməmiş hissə, 37,05 (otuz yeddi manat beş qəpik) manat cərimə borcu, ümumilikdə 2494 manat borc, 44,94 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 30 sentyabr 2023-cü il tarixli müqaviləyə əsasən, Playstation 5 üçün 1464 (min dörd yüz altmış dörd) manat ödənilməmiş hissə, 146 (yüz qırx altı) manat cərimə borcu, 24 sentyabr 2023-cü il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********93495 olan Samsung Galaxy A 14 markalı telefon üçün 428,04 (dörd yüz iyirmi səkkiz manat dörd qəpik) manat ödənilməmiş hissə, 42,96 (qırx iki manat doxsan altı qəpik) manat cərimə borcu, 06 aprel 2023-cü il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********82181 olan Samsung Galaxy A 23 markalı telefon üçün 375,95 (üç yüz yetmiş beş manat doxsan beş qəpik) manat ödənilməmiş hissə, 37,05 (otuz yeddi manat beş qəpik) manat cərimə borcu, ümumilikdə 2494 manat borc, 44,94 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ceyhun Əhmədov
Məhkəmə qərarları › İş №e-2(075)-2306/2024
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-2306/2024
28.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver