Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-2308/2024 21.10.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı “borc tələbi”nə dair işə məhkəmənin inzibati binasında, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İmei kodu **********16901 XİAOMİ REDMİ NOTE 11markalı telefon, HD GLASS REDMİ üçün 394.31 manat ödənilməmiş hissə, 39.69 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, HUAWEİ FREEDUS SE qulaqlıq üçün, 78.56 manat ödənilməmiş hissə, 7.44 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, SBS qulaqlıq, Mİ səsucaldıcı, 2 ədəd VİNİL MAT üçün, 65.16 manat ödənilməmiş hissə, 6.84 manat cərimə, ümumilikdə 592 manat borc, 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə bağlanmış xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli müqavilələrə əsasən, İmei kodu **********16901 XİAOMİ REDMİ NOTE 11 markalı telefon, HD GLASS REDMİ markalı telefon, HUAWEİ FREEDUS qulaqlıq və Mİ səsucaldıcı 2 ədəd VİNİL MAT almış və nəticədə 592 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 675.96 manat (12 ay x 56.33 manat + 0 manat ilkin ödəniş) olan İmei kodu **********16901 XİAOMİ REDMİ NOTE 11 markalı telefon, HD GLASS REDMİ markalı telefon üçün ümumilikdə, 434 manat olmaqla ondan, 394.31 manat ödənilməmiş hissə, güzəşt olunaraq 39.69 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 117.96 manat (18 ay x 9.83 manat + 0 manat ilkin ödəniş) olan HUAWEİ FREEDUS SE qulaqlıq üçün ümumilikdə, 86 manat olmaqla ondan, 78.56 manat ödənilməmiş hissə, güzəşt olunaraq 7.44 manat cərimə miqdarında borc yaranmışdır. xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, alqısatqı qiyməti 222.96 manat (18 ay x 18.58 manat + 0 manat ilkin ödəniş) olan SBS qulaqlıq, Mİ səsucaldıcı, 2 ədəd VİNİL MAT üçün ümumilikdə, 72 manat olmaqla ondan, 65.16 manat ödənilməmiş hissə, güzəşt olunaraq 6.84 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixində SBS qulaqlıqdan imtina etmişdir, 96 manat borcundan silinmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 61.8 manat , məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 96 manat, ümumilikdə 478.85 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə bağlanılmış xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhviltəslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə olan telefon danışığı, həmçinin göndərilən xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5.1 və 284-5.3cü maddələrinə əsasən məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir. Cavabdeh qanunvericiliyə uyğun rəsmi qaydada bildiriş göndərilmiş, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarından müəyyən edilir ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən iddiaçı imei kodu **********16901 XİAOMİ REDMİ NOTE 11 markalı telefon, HD GLASS REDMİ, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən isə SAMSUNG GALAXY A53 markalı telefon, HUAWEİ FREEDUS SE qulaqlıq və xx.xx.2023cü il tarixli müqaviləyə əsasən isə SBS qulaqlıq, Mİ səsucaldıcı cavabdehə verməyi, cavabdeh isə öz növbəsində həmin malların dəyərini hissə-hissə ödəməyi öz öhdələrinə götürmüşlər. İddiaçı öz öhdəliyini yerinə yetirsə də cavabdeh öz öhdəliyini tam yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya xx.xx.2023-cü il tarixli müqavilə üzrə 394.31 manat əsas, müqavilənin 2.6-cı bəndinə əsasən 39.69 manat cərimə borcu, xx.xx.2023-cü il tarixli müqavilə üzrə isə 78.56 manat əsas, müqavilənin 2.6-cı bəndinə əsasən 7.44 manat cərimə borcu, xx.xx.2023-cü il tarixli müqavilə üzrə isə 65.16 manat əsas, müqavilənin 2.6-cı bəndinə əsasən 6.84 manat cərimə borcu yaranmışdır. İddiaçı tərəfindən müqavilələrin 4.1-ci bəndinə əsasən borcun ödənilməsi ilə bağlı xəbərdarlıqlar göndərilmişdir. Məhkəmə, Mülki Məcəllənin 385.1, 399.1, 442, 445.1, 445.2.1, 465, 567, 600.1, 600.4-cü maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, **********16901 XİAOMİ REDMİ NOTE 11 markalı relefon, HD GLASS REDMİ markalı telefon üçün 394.31 manat əsas, 39.69 manat cərimə borcu, HUAWEİ FREEDUS SE qulaqlıq üçün, 78.56 manat əsas, 7.44 manat cərimə borcu və SBS qulaqlıq, Mİ səsucaldıcı, 2 ədəd VİNİL MAT üçün, 65.16 manat əsas, 6.84 manat cərimə borcu olmaqla, cəmi 592 manat borc Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-580, 587, 588, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İmei kodu **********16901 XİAOMİ REDMİ NOTE 11 markalı relefon, HD GLASS REDMİ markalı telefon üçün 394.31 (üç yüz doxsan dörd manat otuz bir qəpik) manat ödənilməmiş hissə, 39.69 (otuz doqquz manat altmış doqquz qəpik) manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, HUAWEİ FREEDUS SE qulaqlıq üçün, 78.56 (yetmiş səkkiz manat əlli altı qəpik) manat ödənilməmiş hissə, 7.44 (yeddi manat qırx dörd qəpik) manat cərimə və SBS qulaqlıq, Mİ səsucaldıcı, 2 ədəd VİNİL MAT üçün, 65.16 (altmış beş manat on altı qəpik) manat ödənilməmiş hissə, 6.84 (altı manat səksən dörd qəpik) manat cərimə ümumilikdə 592 (beş yüz doxsan iki manat) manat borc, 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №e-2(075)-2308/2024
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-2308/2024
21.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver