Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-2342/2024 31.10.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «ABC Telecom” MMC Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, imei kod **********89159 Oppo A58 markalı telefon üçün, 658.28 (altı yüz əlli səkkiz manat iyirmi səkkiz qəpik) manat ödənilməmiş hissə, 65.72 (altmış beş manat yetmiş iki qəpik) manat cərimə, 11,09,2023-cü il, tarixli müqaviləyə əsasən, İmei kod **********85059 Oppo A17 markalı telefon üçün 435.42 (dörd yüz otuz beş manat qırx iki qəpik) manat ödənilməmiş hissə, 43.58 (qırx üç manat əlli səkkiz qəpik) manat cərimə, 31,05,2023-cü il tarixli müqaviləyə əsasən, X1 üçün 178.27 (yüz yetmiş səkkiz manat iyirmi yeddi qəpik) manat ödənilməmiş hissə, 17.73 (on yeddi manat yetmiş üç qəpik) manat cərimə 24,06,2023-cü il tarixli müqaviləyə əsasən, ütü Braun üçün 146.12 (yüz qırx altı manat on iki qəpik) manat ödənilməmiş hissə, 14.88 (on dörd manat səksən səkkiz qəpik) manat cərimə olmaqla ümumilikdə 1560 (min beş yüz altmış) manat borc, 35.60 (otuz beş manat altmış qəpik) manat ödənilmiş dövlət rüsumu Cavabdehalınaraq "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh qanunvericiliyə uyğun rəsmi qaydada bildiriş göndərilmiş, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanan xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli müqavilələrə əsasən, İmei kod **********89159 OPPO A58 markalı telefon, İmei kod **********85059 Oppo A17 markalı telefon, X1, ütü Braun almış və nəticədə 1560 (min beş yüz altmış) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 11,09,2023-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 846.36 (səkkiz yüz qırx altı manat otuz altı qəpik) manat (18 ay x 47.02 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********89159 Oppo A58 markalı telefon üçün ümumilikdə, 724 (yeddi yüz iyirmi dörd) manat olmaqla ondan, 658.28 (altı yüz əlli səkkiz manat iyirmi səkkiz qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 65.72 (altmış beş manat yetmiş iki qəpik) manat cərimə. 11,09,2023-cü il, tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 665.12 (altı yüz altmış beş manat on iki qəpik) manat (18 ay x 36.84 manat + 2 manat ilkin ödəniş) olan İmei kod **********85059 Oppo A17 markalı telefonüçün ümumilikdə, 479 (dörd yüz yetmiş doqquz) manat olmaqla ondan, 435.42 (dörd yüz otuz beş manat qırx iki qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 43.58 (qırx üç manat əlli səkkiz qəpik) manat cərimə; 31,05,2023-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 428.04 (dörd yüz iyirmi səkkiz manat dörd qəpik) manat (12 ay x 35.67 manat + 0 manat ilkin ödəniş) olan X1 üçün ümumilikdə, 196 (yüz doxsan altı) manat olmaqla ondan, 178.27 (yüz yetmiş səkkiz manat iyirmi yeddi qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 17.73 (on yeddi manat yetmiş üç qəpik) manat cərimə 24,06,2023-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 263.88 (iki yüz altmış üç manat səksən səkkzi qəpik) manat (18 ay x 14.66 manat + 0 manat ilkin ödəniş) olan ÜTÜ BRAUNüçün ümumilikdə, 161 (yüz altmış bir) manat olmaqla ondan, 146.12 (yüz qırx altı manat on iki qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 14.88 (on dörd manat səksən səkkiz qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 785.31 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aramızda bağlanılmış 11,09,2023-cü il, 11,09,2023-cü il, 31,05,2023-cü il, 24,06,2023-cü il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə olan telefon danışığı, həmçinin xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Azərbaycan Respublikasının MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İddiaçı "xxxx" MMC-nin cavabdehə qarşı hazırkı iddia tələbinin ümumilikdə 65.72 (altmış beş manat yetmiş iki qəpik) manat, 43.58 (qırx üç manat əlli səkkiz qəpik) manat, 17.73 (on yeddi manat yetmiş üç qəpik) manat və 14.88 (on dörd manat səksən səkkiz qəpik) manat məbləğində cərimələrin ödənilməsi hissəsində məhkəmə hesab edir ki, cərimələrin məbləği tənasübsüz dərəcədə yüksək hesablanmışdır. Beləliklə, Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 442, 445.1, 445.2.1-ci maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia tələbi qismən təmin edilməli xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, imei kod **********89159 Oppo A58 markalı telefon üçün, 658.28 (altı yüz əlli səkkiz manat iyirmi səkkiz qəpik) manat ödənilməmiş hissə, 10 (on) manat cərimə, 11,09,2023-cü il, tarixli müqaviləyə əsasən, İmei kod **********85059 Oppo A17 markalı telefon üçün 435.42 (dörd yüz otuz beş manat qırx iki qəpik) manat ödənilməmiş hissə, 10 (on) manat cərimə, 31,05,2023-cü il tarixli müqaviləyə əsasən, X1 üçün 178.27 (yüz yetmiş səkkiz manat iyirmi yeddi qəpik) manat ödənilməmiş hissə, 5 (beş) manat cərimə 24,06,2023-cü il tarixli müqaviləyə əsasən, ütü Braun üçün 146.12 (yüz qırx altı manat on iki qəpik) manat ödənilməmiş hissə, 5 (beş) manat cərimə olmaqla ümumilikdə 1448,09 (min dörd qırx səkkiz manat doqquz qəpik) manat borc, 35.60 (otuz beş manat altmış qəpik) manat ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq «ABC Telecom” MMC-nə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, imei kod **********89159 Oppo A58 markalı telefon üçün, 658.28 (altı yüz əlli səkkiz manat iyirmi səkkiz qəpik) manat ödənilməmiş hissə, 10 (on) manat cərimə, 11,09,2023-cü il, tarixli müqaviləyə əsasən, İmei kod **********85059 Oppo A17 markalı telefon üçün 435.42 (dörd yüz otuz beş manat qırx iki qəpik) manat ödənilməmiş hissə, 10 (on) manat cərimə, 31,05,2023-cü il tarixli müqaviləyə əsasən, X1 üçün 178.27 (yüz yetmiş səkkiz manat iyirmi yeddi qəpik) manat ödənilməmiş hissə, 5 (beş) manat cərimə 24,06,2023-cü il tarixli müqaviləyə əsasən, ütü Braun üçün 146.12 (yüz qırx altı manat on iki qəpik) manat ödənilməmiş hissə, 5 (beş) manat cərimə olmaqla ümumilikdə 1448,09 (min dörd qırx səkkiz manat doqquz qəpik) manat borc, 35.60 (otuz beş manat altmış qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq «ABC Telecom” MMC-nə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Vəliyev MƏHKƏMƏ İCLASİNDAN KƏNAR AYRİCA PROSESSUAL HƏRƏKƏT BARƏDƏ PROTOKOL Şəki Rayon Məhkəməsi xx.xx.2024-cü il Şəki şəhəri Mən, Şəki Rayon Məhkəməsinin hakimi Vəliyev Elşən Yaşar oğlu, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Şəki Rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət etdim. Prosessual hərəkət saat 15:00-da başlandı. İddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib iddianın qismən təmin edilməsi haqqında qətnamə qəbul etdim. Prosessual hərəkət saat 15:10-da qurtardı. Hakim Elşən Vəliyev Azərbaycan Respublikası adından QƏTNAMƏDƏN ÇİXARİŞ Şəki Rayon Məhkəməsi Şəki şəhər İş № 2(075)-2342/2024 xx.xx.2024-cü il Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında bаxаrаq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, imei kod **********89159 Oppo A58 markalı telefon üçün, 658.28 (altı yüz əlli səkkiz manat iyirmi səkkiz qəpik) manat ödənilməmiş hissə, 10 (on) manat cərimə, 11,09,2023-cü il, tarixli müqaviləyə əsasən, İmei kod **********85059 Oppo A17 markalı telefon üçün 435.42 (dörd yüz otuz beş manat qırx iki qəpik) manat ödənilməmiş hissə, 10 (on) manat cərimə, 31,05,2023-cü il tarixli müqaviləyə əsasən, X1 üçün 178.27 (yüz yetmiş səkkiz manat iyirmi yeddi qəpik) manat ödənilməmiş hissə, 5 (beş) manat cərimə 24,06,2023-cü il tarixli müqaviləyə əsasən, ütü Braun üçün 146.12 (yüz qırx altı manat on iki qəpik) manat ödənilməmiş hissə, 5 (beş) manat cərimə olmaqla ümumilikdə 1448,09 (min dörd qırx səkkiz manat doqquz qəpik) manat borc, 35.60 (otuz beş manat altmış qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq «ABC Telecom” MMC-nə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Vəliyev
Məhkəmə qərarları › İş №e-2(075)-2342/2024
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-2342/2024
31.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver