Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2(075)-2348/2023 13.10.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Mən, Şəki Rayon Məhkəməsinin hakimi Hacıyev Pərviz Vaqif oğlu, İddiaçı cavabdeh Şəki Regional Cavabdehndə Notariat Ofisinə qarşı “çıxarışıq, texniki pasportun və vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, Müəyyən etdim: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki rayonu Qozlubulaq kəndində yerləşən, mərhum valideyinlərindən miras qalmış yaşayış evinə və həmin evin yerləşdiyi 0.14 ha həyətyanı torpaq sahəsinə mərhum qardaşı X1 adına olan qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin və həmin Şəhadətnamə əsasında hazırlanmış Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın və texniki pasportun ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPMnin 152-ci maddəsi rəhbər tutularaq geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə iddia ərizəsi qaytarılır. Həmin Məcəllənin 149.2.3-cü maddəsinə əsasən iddiaçı ərizəsində tələbini dəqiq göstərməlidir. Məhkəmədə iddia icraatı qaydasında mülki işin başlanması üçün əsas olan iddia ərizəsidir ki, onun vasitəsilə fiziki və ya hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və təsdiqi üçün məhkəməyə müraciət edir. Mülki Prosessual Məcəllənin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə dəqiq və aydın göstərilməlidir. İddiaçının tələbi dedikdə, onun cavabdehi müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur etmək məqsədi ilə ona qarşı yönəltdiyi və təmin olunmasını məhkəmədən xahiş etdiyi maddi-hüquqi tələb başa düşülür. İddia tələbinin əsaslandırıldığı hallar isə iddiaçının cavabdehə qarşı yönəltdiyi tələbi əsaslandırmaq üçün istinad etdiyi hüquqi faktlar və hüquq normalarıdır. Məhkəmə diqqətə çatdırır ki, iddiaçı hazırki iddia tələbini mərhum qardaşının ailəsinə qarşı qaldırmalı, Şəki Regional Cavabdehndə Notariat Ofisini isə İİİ şəxs qisməndə cəlb etməli olmasına baxmayaraq iddianı bir başa Şəki Regional Cavabdehndə Notariat Ofisinə qarşı qaldırmışdır. Belə ki, iddiaçının özü də iddia tələbində mübahisələndirdiyi, atasından miras qalmış əmlakın mərhum qardaşının adına qeydiyyata alındığını qeyd etmişdir. Bundan başqa iddiaçı tələbini qeyri dəqiq irəli sürmüşdür. Belə ki, İddiaçı iddia tələbində ləğv edilməsini xahiş etdiyi qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin, Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın və texniki pasportun nömrəsini, tarixini, hansı aktlardan bəhs etdiyi qeyd etməmişdir. Ona görə də İddiaçı iddia ərizəsi geri qaytarılmalı, ona qərardadda göstərilən nöqsanları aradan qaldırdıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququnun olması izah edilməli və ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı özünə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263.1, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, Qəraraaldım: İddiaçı cavabdeh Şəki Regional Cavabdehndə Notariat Ofisinə qarşı “çıxarışıq, texniki pasportun və vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı özünə qaytarılsın. İddiaçıya qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan surəti alındığı (təqdim edildiyi) gündən 10 gün müddətində Şəki rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №e-2(075)-2348/2023
Şəki Rayon Məhkəməsi Qərardad — İş №e-2(075)-2348/2023
13.10.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver