Məhkəmə qərarları › İş №e-2(075)-2352/2024

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-2352/2024

27.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-2352/2024 27.11.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, X23 katibliyi, Ərizəçi və onun etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, Ərizəçi “sənədin ona məxsus olması” hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Şəki rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə İddia tələbinin dəlilləri; Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Nuxa şəhər ZDS İcraiyyə Komitəsinin 03 dekabr 1964-cü il tarixli 25 nömrəli qərarına əsasən bağlanmış xx.xx.1964-cü il tarixli müqavilənin 01 yanvar 1935-ci il tarixdə anadan olmuş və xx.xx.2016-cı il tarixdə ölmüş X5 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi iddia ərizəsini belə əsaslandırmışdır ki, mərhum Balacazadə (Hacıyeva) Cicixanım Hacıbala qızı 01 yanvar 1935-ci il tarixdə anadan olmuşdur. 04 may 1959-cu il tarixdə X25 oğlu ilə nikahlarını rəsmi qaydada qeydə aldırmaqla ailə həyatı qurmuşlar. X9 xx.xx.2016-cı il tarixdə ölmüşdür. Belə ki, xx.xx.2016-cı il tarixdə ölmüş X4 vərəsəsi Ərizəçi ərizəsi əsasında X28 Xidmət Mərkəzində notariat ofisində mərhumdan qalmış miras əmlaka dair vərəsəlik işi açılmışdır. Bundan sonra Şəki şəhəri Şəhriyar küçəsi bina 2 mənzil 2 ünvanında yerləşən mənzilə X2nın adına elektron texniki pasport və daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsinə köməklik edilməsi ilə bağlı xx.xx.2024-cü il tarixdə ərizə ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 12 saylı Şəki Ərazi İdarəsinə müraciət edilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 12 saylı Şəki Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə qeyd edilmişdir ki, tərəflərindən aparılan araşdırma zamanı ölüm haqqında şəhadətnamədə ad, ata adı və soyad X9 olmasına baxmayaraq 20 dekabr 1964-cü il tarixli kirayə müqaviləsində Balacayeva Sevil olmaqla səhv göstərildiyi müəyyən edilmişdir. Ona görə də ərizənin icrasından imtina edilmiş və bununla bağlı məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Ərizəyə əlavə edilmiş məzar daşından çəkilmiş fotoşəkillərdən də göründüyü kimi X9 1935-ci il tarixdə doğulmuş və 2016-cı il tarixdə ölmüşdür. X2 Şəki şəhər İcra Hakimiyyətinə müraciət etmiş və müraciətinə xx.xx.2013-cü il tarixli cavab məktubi ilə bildirilmişdir ki, Şəki şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1964-cü il tarixli protokolunda X1 X7 yazılması ilə bağlı ərizənizə baxılmışdır. Bildirilmişdir ki, səhv yazılmış adın dəyişdirilməsinin qeydə alınmasının təmin edilməsi üçün işin halları üzrə mülki iddia qaydasında məhkəmə araşdırlması aparılmaldır. Bununla bağlı məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Məhəllə nümayəndəsi tərəfindən verilmiş 421 nömrəli xx.xx.2009-cu il tarixli arayışda da qeyd edilmişdir ki, ünvan 5 saylı evdə X9 qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Şəki şəhər İHB-nın Şərbablar məhəllə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024-cüil tarixli 290 nömrəli arayışında qeyd edilmişdir ki, həqiqətən nümayəndəsi olduğu ərazidə Balacayeva Sevil adlı şəxs olmamış və Şəki şəhəri Şəhriyar küçəsi ev 2/2 saylı ünvanda yaşamamışdır. Şəki şəhər İHB-nın Şərbablar məhəllə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024-cüil tarixli 289 nömrəli arayışında qeyd edilmişdir ki, Şəki şəhəri Şəhriyar küçəsi ev 2/2 saylı ünvanda yaşamış xx.xx.1935-ci il təvəllüdlü və 2016-cı il tarixdə ölmüş X9 ilə xx.xx.1964-cü il tarixli mənzil istismar konturunun vətəndaşla bağladığı müqavilədə adı Balacayeva Sevil həqiqətən eynişəxs olmuşdur. X9 ölən günə qədər ünvan 2 ünvanda yaşamışdır. xx.xx.1963-cü il tarixliəmək kitabçasında doğum tarixi 1935-ci il kimi qeyd edilmiş X8 qeyd olunsa da, ancaq həmin əmək kitabçasının ön səhifəsində Yusifova Ə. tərəfindən xx.xx.1990-cı il tarixdə təsdiq olunmuşdur ki, X15 XVİ-Ж505228 nömrəli pasportun sahibi pasportda adı və familyası X13 kimi yazılsın. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən Ərizəçi iddia ərizəsinə uyğun izahat verərək göstərmişdir ki, xx.xx.2016-cı il tarixdə ölmüş X4 X28 Xidmət Mərkəzində notariat ofisində mərhumdan qalmış miras əmlaka dair vərəsəlik işi açılmışdır. Bundan sonra Şəki şəhəri Şəhriyar küçəsi bina 2 mənzil 2 ünvanında yerləşən mənzilə X2nın adına elektron texniki pasport və daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsinə köməklik edilməsi ilə bağlı xx.xx.2024-cü il tarixdə ərizə ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 12 saylı Şəki Ərazi İdarəsinə müraciət etmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 12 saylı Şəki Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə qeyd edilmişdir ki, tərəflərindən aparılan araşdırma zamanı ölüm haqqında şəhadətnamədə ad, ata adı və soyad X9 olmasına baxmayaraq 20 dekabr 1964-cü il tarixli kirayə müqaviləsində Balacayeva Sevil olmaqla səhv göstərildiyi müəyyən edilmişdir. Göstərdikləri ilə bağlı məcburiyyət qarsında qalaraq hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X17 izahat verərək göstərmişdir ki, Ərizəçi onun qonşusudur. Cicixanım adlı qonşularını Sevil kimi tanımışlar. Hamı ona Sevil kimi müraciət edirdi. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X19 izahat verərək göstərmişdir ki, Ərizəçi onun qonşusudur. 2000-ci ildən bəri orada yaşayır. Cicixanımı Sevil kimi tanımışlar. Sonradan onun əsl adının Cicixanım olması məlum olmuşdur. Sevda da Cicixanımın gəlnidir. İşin halları Azərbaycan Respublikası Şəki Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən X5 ünvanlanmış xx.xx.2013-cü il tarixli B-21 nömrəli məktubda bildirilmişdir ki, səhv yazılmış adın dəyişdirilməsinin qeydə alınmasının təmin edilməsi üçün işin halları üzrə mülki iddia qaydasında məhkəmə araşdırlması aparılmaldır. Fotoşəkillərdən görünür ki, X5 məxsus məzar daşından çəkilmiş fotoşəkillərdən də göründüyü kimi X9 1935-ci il tarixdə doğulmuş və 2016-cı il tarixdə ölmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şəki Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX tabeliyində DƏDK və Reyestri PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli 2940 nömrəli məktubdan görünür ki, xx.xx.2016-cı il tarixdə ölmüş X4 vərəsəsi Ərizəçi ərizəsi əsasında Şəki Regional “Asan Xidmət” mərkəzində Notariat Ofisində mərhumdan qalmış miras əmlaka dair vərəsəlik işi açılmışdır. Azərbaycan Respublikası Şəki Şəhər İcra Hakimiyyəti Başçısının Şərbablar Məhəllə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2003-cü il tarixli 421 nömrəli arayışdan görünür ki, X3 şəhəri Şəhriyar küçəsi ev 2/2 ünvanında qeydiyyatdadır və yaşayır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX tabeliyində DƏDK və Reyestri PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-21-3-39/2-B-0040-8/2024 nömrəli məktubdan da görünür ki, səhv yazılmış adın dəyişdirilməsinin qeydə alınmasının təmin edilməsi üçün işin halları üzrə mülki iddia qaydasında məhkəmə araşdırlması aparılmaldır. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Respublika X27 Filialı tərəfindən verilmiş xx.xx.2015-ci il 1367 nömrəli Arxiv Çıxarışından görünür ki, vətəndaşlara mənzil verilməsi haqqında qərara əsasən 9- Myasnikov küçəsində boşaldılan 16 kv.m sahəsi olan bir otaqlı mənzilə Balacazadə Sevil və onun Lenik küçəsi 153-də boşaltdığı otağa isə Babayev Müzəffər köçürülməsi qərara alınmışdır. Azərbaycan Respublikası Şəki Şəhər İcra Hakimiyyəti Başçısının Şərbablar Məhəllə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 289 nömrəli arayışdan görünür ki, xx.xx.1935-ci il təvəllüdlü 2016-cı il tarixdə vəfat etmiş X9 ilə xx.xx.1964-cü il tarixli Mənzil İstismar Kontorunun vətəndaşla bağladığı müqavilədə adı Balacayeva Sevil həqiqətən eyni şəxs olmuşdur və X9 rəhmətə gedənə qədər ünvan 5 ünvanında yaşamışdır. Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi tərəfindən təsdiq edilmiş xx.xx.1964-cü il tarixli müqavilənin surətindən görünür ki, Myasnikov küçəsində boşaldılan 16 kv.m sahəsi olan bir otaqlı mənzilə Balacazadə Sevilin köçürülməsi qərara alınmışdır. Şəki Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. Vartaşen rayon VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.1978-ci il tarixli V-ЖГ 443548 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.1935-ci il tarixdə anadan olmuşdur. xx.xx.1963-cü il tarixli Əmək Kitabçasının surətindən görünür ki, X12 22 nömrəli uşaq bağçasında xidmətçi işləmiş və xx.xx.2001-ci il tarixdə öz ərizəsi ilə işdən azad edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. 307.2.11-ci maddəsinə görə məhkəmə qanunvericiliklə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdırsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsinə dair işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi-həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 17-ci bəndinə əsasən iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, iş materiallarında olan Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi tərəfindən təsdiq edilmiş xx.xx.1964-cü il tarixli müqavilənin surətindən görünür ki, Myasnikov küçəsində boşaldılan 16 kv.m sahəsi olan bir otaqlı mənzilə köçürülməsi qərara alınmış, lakin müqavilədə adı texniki səhv olaraq “Sevil” kimi qeyd edilmişdir. Əslində isə həmin müqavilə X6 məxsusdur. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilərək Nuxa şəhər ZDS İcraiyyə Komitəsinin 03 dekabr 1964-cü il tarixli 25 nömrəli qərarına əsasən bağlanmış xx.xx.1964-cü il tarixli müqavilənin 01 yanvar 1935-ci il tarixdə anadan olmuş və xx.xx.2016-cı il tarixdə ölmüş X5 məxsus olması faktının müəyyən edilməlidir. Ərizəçi dövlət büdcəsinə ödədiyi 100 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 216-217, 219-220, 227, 233, 307.1, 307.2.11, 308 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Nuxa şəhər ZDS İcraiyyə Komitəsinin 03 dekabr 1964-cü il tarixli 25 nömrəli qərarına əsasən bağlanmış xx.xx.1964-cü il tarixli müqavilənin 01 yanvar 1935-ci il tarixdə anadan olmuş və xx.xx.2016-cı il tarixdə ölmüş X5 məxsus olması faktının müəyyən edilsin. Dövlət büdcəsinə ödənilmiş 100 manat rüsum ərizəçinin özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar