Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-2414/2022 12.12.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC, Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, PALTARYUYAN LG üçün 1548 (bir min beş yüz qırx səkkiz) manat ödənilməmiş hissə, 154,2 manat (bir yüz əlli dörd manat 20 qəpik) cərimə borcu, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, SAMSUNG LED TV, İMEİ KOD **********11247 XİAOMİ REDMİ 9 markalı telefon üçün 1082,8 manat (bir min səksən iki manat 80 qəpik) ödənilməmiş hissə, 108 (bir yüz səkkiz) manat cərimə borcu olmaqla, ümumilikdə, 2893 manat borcun və 48,93 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Cavabdeh qanunvericiliyə uyğun rəsmi qaydada bildiriş göndərilmiş, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, tədqiq edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sübutlarla müəyyən edildi ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, PALTARYUYAN LG və SAMSUNG LED TV, İMEİ KOD **********11247 XİAOMİ REDMİ 9 markalı telefon almış və nəticədə 2893 (iki min səkkiz yüz doxsan üç) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1632 (bir min altı yüz otuz iki) manat (yəni 24 ay x 68 manat + 0 manat ilkin ödəniş) PALTARYUYAN LG üçün ümumilikdə, 1702,2 manat (bir min yeddi yüz iki manat 20 qəpik) olmaqla ondan 1548 (bir min beş yüz qırx səkkiz) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 154,2 manat (bir yüz əlli dörd manat 20 qəpik) cərimə borcu, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1396,8 manat (bir min üç yüz doxsan altı manat 80 qəpik) (18 ay x 77.6 manat + 0 manat ilkin ödəniş) SAMSUNG LED TV, İMEİ KOD **********11247 XİAOMİ REDMİ 9 markalı telefon üçün ümumilikdə, 1190,8 manat (bir min yüz doxsan manat 80 qəpik) olmaqla ondan, 1082,8 manat (bir min səksən iki manat 80 qəpik) ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 108 (bir yüz səkkiz) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 398 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli müqavilələrinin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələrdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İddiaçı "xxxx" MMC-nin cavabdehə qarşı hazırkı iddia tələbinin 154,2 manat və 108 məbləğlərində cərimənin ödənilməsi hissəsində məhkəmə hesab edir ki, cərimə məbləği tənasübsüz dərəcədə yüksək hesablanmışdır. Beləliklə Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 442, 445.1, 445.2.1-ci maddələrinə əsasən və eləcədə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, PALTARYUYAN LG üçün 1548 (bir min beş yüz qırx səkkiz) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat cərimə borcu, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, SAMSUNG LED TV, İMEİ KOD **********11247 XİAOMİ REDMİ 9 markalı telefon üçün 1082,8 manat (bir min səksən iki manat 80 qəpik) ödənilməmiş hissə, 10 (on) manat cərimə borcu və 48,93 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, PALTARYUYAN LG üçün 1548 (bir min beş yüz qırx səkkiz) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat cərimə borcu, xx.xx.2020ci il tarixli müqaviləsinə əsasən, SAMSUNG LED TV, İMEİ KOD **********11247 XİAOMİ REDMİ 9 markalı telefon üçün 1082,8 manat (bir min səksən iki manat 80 qəpik) ödənilməmiş hissə, 10 (on) manat cərimə borcu və 48,93 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №e-2(075)-2414/2022
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-2414/2022
12.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver