Məhkəmə qərarları › İş №e-2(075)-243/2023

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-243/2023

30.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-243/2023 30.01.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC, Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, NOUTBUK ACER ASPİRE 3 üçün 1215 (bir min iki yüz on beş) manat ödənilməmiş hissə, 121 (bir yüz iyirmi bir) manat cərimə borcu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KOD **********13013 SAMSUNG GALAXY A32 markalı telefon üçün 576 (beş yüz yetmiş altı) manat ödənilməmiş hissə, 57 (əlli yeddi) manat cərimə borcu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, PALTARYUYAN SAMSUNG üçün 144,8 manat (bir yüz qırx dörd manat 80 qəpik) ödənilməmiş hissə, 14 (on dörd) manat cərimə borcu, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KOD **********28123 HUAWEİ Y5 markalı telefon üçün 52,8 manat (əlli iki manat 80 qəpik) ödənilməmiş hissə, 5,4 manat (beş manat 40 qəpik) cərimə borcu olmaqla, ümumilikdə, 2186 manat borcun və 41.86 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Cavabdeh qanunvericiliyə uyğun rəsmi qaydada bildiriş göndərilmiş, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, tədqiq edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sübutlarla müəyyən edildi ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, NOUTBUK ACER ASPİRE 3, İMEİ KOD **********13013 SAMSUNG GALAXY A32 markalı telefon, PALTARYUYAN SAMSUNG, İMEİ KOD **********28123 HUAWEİ Y5 markalı telefon almış və nəticədə 2186 (iki min yüz səksən altı) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1502 (bir min beş yüz iki) manat (18 ay x 81 manat + 44 manat ilkin ödəniş) NOUTBUK ACER ASPİRE 3 üçün ümumilikdə, 1336 (bir min üç yüz otuz altı) manat olmaqla ondan, 1215 (bir min iki yüz on beş) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 121 (bir yüz iyirmi bir) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 578 (beş yüz yetmiş səkkiz) manat (12 ay x 48 manat + 2 manat ilkin ödəniş) İMEİ KOD **********13013 SAMSUNG GALAXY A32 markalı telefon üçün ümumilikdə, 633 (altı yüz otuz üç) manat olmaqla ondan, 576 (beş yüz yetmiş altı) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 57 (əlli yeddi) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqısatqı qiyməti 982,8 manat (doqquz yüz səksən iki manat 80 qəpik) (18 ay x 54.6 manat + 0 manat ilkin ödəniş) PALTARYUYAN SAMSUNG üçün ümumilikdə, 158,8 manat (bir yüz əlli səkkiz manat 80 qəpik) olmaqla ondan, 144,8 manat (bir yüz qırx dörd manat 80 qəpik) ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 14 (on dörd) manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 310,8 manat (üç yüz on manat 80 qəpik) (12 ay x 25.9 manat + 0 manat ilkin ödəniş) İMEİ KOD **********28123 HUAWEİ Y5 markalı telefon üçün ümumilikdə, 58,2 manat (əlli səkkiz manat 20 qəpik) olmaqla ondan, 52,8 manat (əlli iki manat 80 qəpik) ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 5,4 manat (beş manat 40 qəpik) cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1385 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2020-ci il tarixli müqavilələrinin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələrdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İddiaçı "xxxx" MMC-nin cavabdehə qarşı hazırkı iddia tələbinin 121 manat və 57 manat məbləğində cərimələrin ödənilməsi hissəsində məhkəmə hesab edir ki, cərimə məbləği tənasübsüz dərəcədə yüksək hesablanmışdır. Beləliklə Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 442, 445.1, 445.2.1-ci maddələrinə əsasən və eləcədə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, NOUTBUK ACER ASPİRE 3 üçün 1215 (bir min iki yüz on beş) manat ödənilməmiş hissə, 15 (on beş) manat cərimə borcu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KOD **********13013 SAMSUNG GALAXY A32 markalı telefon üçün 576 (beş yüz yetmiş altı) manat ödənilməmiş hissə, 7 (yeddi) manat cərimə borcu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, PALTARYUYAN SAMSUNG üçün 144,8 manat (bir yüz qırx dörd manat 80 qəpik) ödənilməmiş hissə, 14 (on dörd) manat cərimə borcu, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KOD **********28123 HUAWEİ Y5 markalı telefon üçün 52,8 manat (əlli iki manat 80 qəpik) ödənilməmiş hissə, 5,4 manat (beş manat 40 qəpik) cərimə borcu və 41,86 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, NOUTBUK ACER ASPİRE 3 üçün 1215 (bir min iki yüz on beş) manat ödənilməmiş hissə, 15 (on beş) manat cərimə borcu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KOD **********13013 SAMSUNG GALAXY A32 markalı telefon üçün 576 (beş yüz yetmiş altı) manat ödənilməmiş hissə, 7 (yeddi) manat cərimə borcu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, PALTARYUYAN SAMSUNG üçün 144,8 manat (bir yüz qırx dörd manat 80 qəpik) ödənilməmiş hissə, 14 (on dörd) manat cərimə borcu, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KOD **********28123 HUAWEİ Y5 markalı telefon üçün 52,8 manat (əlli iki manat 80 qəpik) ödənilməmiş hissə, 5,4 manat (beş manat 40 qəpik) cərimə borcu və 41,86 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elşən Vəliyev MƏHKƏMƏ İCLASİNDAN KƏNAR AYRİCA PROSESSUAL HƏRƏKƏT BARƏDƏ PROTOKOL Şəki Rayon Məhkəməsi 30 yanvar 2023-cü il Şəki şəhəri Mən, Şəki Rayon Məhkəməsinin hakimi Vəliyev Elşən Yaşar oğlu, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Şəki Rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət etdim. Prosessual hərəkət saat 12:30-da başlandı. İddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib iddianın təmin edilməsi haqqında qətnamə qəbul etdim. Prosessual hərəkət saat 12:40-da qurtardı. Hakim: Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar