Məhkəmə qərarları › İş №e-2(075)-2461/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-2461/2025

07.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-2461/2025 07.11.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Pərvanə Əziz qızının sədrliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair işə məhkəmənin inzibati binasında, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixinə yaranmış xx.xx.2024-cü il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 241.1 manat əsas 36.1 manat cərimə cəmi 277.2 manat borc, xx.xx.2024-cü il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 402.4 manat əsas 60.3 manat cərimə cəmi 462.7 manat borc, ümumilikdə iki müqavilə üzrə 643.5 manat əsas, 96.4 manat cərimə, 739.9 manat cəmi borcun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2024-cü-ci il tarixli № ********* saylı müqavilə bağlanmışdır. Müqavilə məbləği: 519,90 manat, müqavilənin aylıq ödənişi 44 manat, müddəti 12 aydır. Müqavilə üzrə cavabdeh tərəfindən Honor markalı mobil telefon və qulaqcıq əldə edilmişdir. Son ödəniş məbləği və tarixi: 50 manat xx.xx.2025-ci il. Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsinin şərtlərini pozması nəticəsində "xxxx" MMC qarşısında ödənilməmiş əsas borc məbləği: 241,10 manat təşkil edir. Nisyə alqı-satqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1 (bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. Cərimə məbləğinə tətbiq edilmiş güzəşt 90%-dir. Gecikdirilmiş günlərə görə hesablanan cərimə məbləği: 361 manatdir. Bundan başqa İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixli, № ********* saylı müqavilə bağlanmışdır. Müqavilə məbləği: 884,90 manat, müqavilənin aylıq ödənişi 50 manat, müddəti 18 aydır. Müqavilə üzrə cavabdeh tərəfindən Honor markalı mobil telefon və qulaqcıq əldə edilmişdir. Son ödəniş məbləği və tarixi: 50 manat xx.xx.2025-ci il. Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsinin şərtlərini pozması nəticəsində "xxxx" MMC qarşısında ödənilməmiş əsas borc məbləği: 402,40 manat təşkil edir. Nisyə alqı-satqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1 (bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. Cərimə məbləğinə tətbiq edilmiş güzəşt 90%-dir. Gecikdirilmiş günlərə görə hesablanan cərimə məbləği: 603 manatdir. Azərbaycan Respublikası MPM-in 284-1, 284-5.1 və 284-5.3-cü maddələrinə əsasən məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan - sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir. Cavabdehə qanunvericiliyə uyğun rəsmi qaydada bildiriş göndərilmiş, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarından müəyyən edilir ki, tərəflər arasında bağlanmış müqavilələr üzrə iddiaçı təhvil-təslim aktında qeyd edilən malları cavabdehə verməyi, cavabdeh isə öz növbəsində həmin malın dəyərini hissə-hissə ödəməyi öz öhdələrinə götürmüşlər. İddiaçı öz öhdəliyini yerinə yetirsə də cavabdeh öz öhdəliyini tam yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya xx.xx.2024-cü-ci il tarixli № ********* saylı müqavilə üzrə 241,1 manat və xx.xx.2024-cü il tarixli № ********* saylı müqavilə üzrə 402,4 manat borcu yaranmışdır. İddiaçı tərəfindən borcun ödənilməsi ilə bağlı cavabdehə xəbərdarlıq göndərilmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 399.1, 442, 445, 462, 567, 600.1, 600.4-cü maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, xx.xx.2024-cü-ci il tarixli № ********* saylı (Nisyə) alqı-satqı müqaviləsi üzrə 241,1 manat əsas, 36,1 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli № ********* saylı (Nisyə) alqı-satqı müqaviləsi üzrə 402,4 manat əsas, 60,3 manat cərimə borcu olmaqla, ümumilikdə hər iki müqavilə üzrə 643,5 manat əsas, 96,4 cərimə borcu olmaqla, cəmi 739,9 borc və 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. xx.xx.2024-cü-ci il tarixli № ********* saylı (Nisyə) alqı-satqı müqaviləsi üzrə 241,1 (iki yüz qırx bir manat, on qəpik) manat əsas, 36,1 (otuz altı manat, on qəpik) manat cərimə borcu, xx.xx.2024-cü il tarixli № ********* saylı (Nisyə) alqı-satqı müqaviləsi üzrə 402,4 (dörd yüz iki manat, qırx qəpik) manat əsas, 60,3 (altmış manat, otuz qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə hər iki müqavilə üzrə 643,5 (altı yüz qırx üç manat, əlli qəpik) manat əsas, 96,4 (doxsan altı manat, qırx qəpik) cərimə borcu olmaqla, cəmi 739,9 (yeddi yüz otuz doqquz manat, doxsan qəpik) borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərvanə Məmmədova MƏHKƏMƏ İCLASİNDAN KƏNAR AYRİCA PROSESSUAL HƏRƏKƏT BARƏDƏ PROTOKOL Şəki Rayon Məhkəməsi 07 noyabr 2025-ci il Şəki şəhəri Mən, Şəki Rayon Məhkəməsinin hakimi Məmmədova Pərvanə Əziz qızı İddiaçı MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Şəki Rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət etdim. Prosessual hərəkət saat 17:00-da başlandı. İddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib iddianın təmin edilməsi haqqında qətnamə qəbul etdim. Prosessual hərəkət saat 17:10-da qurtardı. Hakim: Pərvanə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar