Məhkəmə qərarları › İş №e-2(075)-2462/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-2462/2025

31.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-2462/2025 31.10.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair işə məhkəmənin inzibati binasında, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixinə yaranmış xx.xx.2024-ci il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 41,9 AZN əsas 6,2 AZN cərimə cəmi 48,1 AZN borc, xx.xx.2024-cü il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 147,9 AZN əsas 22,1 AZN cərimə cəmi 170 AZN borc, xx.xx.2024-ci il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 183,9 AZN əsas, 27,5 AZN cərimə, cəmi 211,4 AZN borc, xx.xx.2024-ci il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 718,4 AZN əsas, 107,7 AZN cərimə, cəmi 826,1 AZN borc, ümumilikdə dörd müqavilə üzrə 1092,1 AZN əsas, 163,5 AZN cərimə, 1255,6 AZN cəmi borcun və 32.55 AZN ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MMC -yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış müddətli (nisyə) alqı-satqı müqaviləsi (müqavilələri) barədə məlumat: müqavilənin nömrəsi və tarixi: xx.xx.2024-ci il tarixli № ********* saylı müqavilə məbləği: 89,90 AZN, müqavilənin aylıq ödənişi, müddəti: 8,00 AZN 12 ay, müqavilə üzrə cavabdeh tərəfində əldə edilən məhsul(lar): xarici akumlyator, son ödəniş məbləği və tarixi: 8,00 AZN xx.xx.2025 Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsinin şərtlərini pozması nəticəsində İddiaçı MMC qarşısında yaranmış borc öhdəliyi barədə məlumat: ödənilməmiş əsas borc məbləği: 41,90 AZN, gecikdirilmiş günlərə görə hesablanan cərimə məbləği: 62,00 AZN Nisyə alqı-satqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1(bir) % dərəcəsi ilə (minimum əlli qəpik) gündəlik dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Cərimə məbləğinə tətbiq edilmiş güzəşt: 90%, cavabdeh tərəfindən ödənilməli cərimə: 6,20 AZN, tutulmalı olan cəmi məbləğ: 48,10 AZN, müqavilənin nömrəsi və tarixi: xx.xx.2024-cü il tarixli № ********* saylı müqavilə məbləği: 219,90 AZN, müqavilənin aylıq ödənişi, müddəti: 12,00 AZN 18 ay, müqavilə üzrə cavabdeh tərəfində əldə edilən məhsul(lar): smart saat, son ödəniş məbləği və tarixi: 12,00 AZN xx.xx.2025 Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsinin şərtlərini pozması nəticəsində İddiaçı MMC qarşısında yaranmış borc öhdəliyi barədə məlumat: ödənilməmiş əsas borc məbləği: 147,90 AZN, gecikdirilmiş günlərə görə hesablanan cərimə məbləği: 221,00 AZN Nisyə alqı-satqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1(bir) % dərəcəsi ilə (minimum əlli qəpik) gündəlik dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Cərimə məbləğinə tətbiq edilmiş güzəşt: 90%, cavabdeh tərəfindən ödənilməli cərimə: 22,10 AZN, tutulmalı olan cəmi məbləğ: 170,00 AZN, müqavilənin nömrəsi və tarixi: xx.xx.2024-ci il tarixli № ********* saylı müqavilə məbləği: 239,90 AZN, müqavilənin aylıq ödənişi, müddəti: 14,00 AZN 18 ay, müqavilə üzrə cavabdeh tərəfində əldə edilən məhsul(lar): Nokia markalı mobil telefon, qulaqcıq son ödəniş məbləği və tarixi: 14,00 AZN xx.xx.2025 Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsinin şərtlərini pozması nəticəsində İddiaçı MMC qarşısında yaranmış borc öhdəliyi barədə məlumat: ödənilməmiş əsas borc məbləği: 183,90 AZN, gecikdirilmiş günlərə görə hesablanan cərimə məbləği: 275,00 AZN, Nisyə alqı-satqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1(bir) % dərəcəsi ilə (minimum əlli qəpik) gündəlik dəbbə hesablanır və alıcı tərəfindən Satıcıya ödənilir. Cərimə məbləğinə tətbiq edilmiş güzəşt: 90% Cavabdeh tərəfindən ödənilməli cərimə: 27,50 AZ, tutulmalı olan cəmi məbləğ: 211,40 AZN, müqavilənin nömrəsi və tarixi: xx.xx.2024-ci il tarixli № ********* saylı müqavilə məbləği: 862,40 AZN müqavilənin aylıq ödənişi, müddəti: 48,00 AZN 18 ay, müqavilə üzrə cavabdeh tərəfində əldə edilən məhsul(lar): Honor markalı mobil telefon, son ödəniş məbləği və tarixi: 48,00 AZN xx.xx.2025 Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsinin şərtlərini pozması nəticəsində İddiaçı MMC qarşısında yaranmış borc öhdəliyi barədə məlumat: ödənilməmiş əsas borc məbləği: 718,40 AZN, gecikdirilmiş günlərə görə hesablanan cərimə məbləği: 1077,00 AZN, Nisyə alqı-satqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1(bir) % dərəcəsi ilə (minimum əlli qəpik) gündəlik dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Cərimə məbləğinə tətbiq edilmiş güzəşt: 90%, cavabdeh tərəfindən ödənilməli cərimə: 107,70 AZN, tutulmalı olan cəmi məbləğ: 826,10 AZN təşkil edir. Cavabdehə dəfələrlə müraciət edilməsinə baxmayaraq, cavabdeh müqavilələrdən irəli gələn öhdəliklərini icra etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5.1 və 284-5.3cü maddələrinə əsasən məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir. Cavabdehə qanunvericiliyə uyğun rəsmi qaydada bildiriş göndərilmiş, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarından müəyyən edilir ki, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli müqavilələr üzrə iddiaçı təhvil-təslim aktında qeyd edilən malları cavabdehə verməyi, cavabdeh isə öz növbəsində həmin malın dəyərini hissə-hissə ödəməyi öz öhdələrinə götürmüşlər. İddiaçı öz öhdəliyini yerinə yetirsə də cavabdeh öz öhdəliyini tam yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya ümumilikdə 1092,1 manat əsas, 163,5 manat cərimə borcu, cəmi 1255,6 manat borcu yaranmışdır. İddiaçı tərəfindən borcun ödənilməsi ilə bağlı cavabdehə xəbərdarlıq göndərilmişdir. Məhkəmə, Mülki Məcəllənin 385.1, 399.1, 442, 445.1, 445.2.1, 567, 600.1, 600.4-cü maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində təmin edilməli, müqavilələrə əsasən satılmış mallar üçün ümumilikdə 1092,1 manat əsas borc Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Məhkəmə həmçinin Mülki Məcəllənin 467-ci maddəsinə əsasən hesab edir ki, cavabdehdən xx.xx.2024-cü il tarixli müqavilə üzrə 3 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 10 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 10 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 50 manat cərimə borcu tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən ödənilmiş 31,65 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-580, 587, 588, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. xx.xx.2025-ci il tarixinə yaranmış xx.xx.2025-ci il tarixli № ********* Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 41,9 (qırx bir manat doxsan qəpik) manat əsas, 3 (üç) manat cərimə, xx.xx.2024-cü il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 147,9 (yüz qırx yeddi manat doxsan qəpik) manat əsas, 10 (on) manat cərimə, xx.xx.2024cü il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 183,9 (yüz səksən üç manat doxsan qəpik) manat əsas, 10 (on) manat cərimə, xx.xx.2024-cü il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 718,4 (yeddi yüz on səkkiz manat qırx qəpik) manat əsas, 50 (əlli) manat cərimə, ümumilikdə dörd müqavilə üzrə 1092,1 (min doxsan iki manat on qəpik) manat əsas, 73 (yetmiş üç) manat cərimə, cəmi 1165,1 (min yüz altmış beş manat on qəpik) manat borc və 31,65 (otuz bir manat altmış beş qəpik) manat ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar