Məhkəmə qərarları › İş №e-2(075)-2468/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-2468/2025

31.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-2468/2025 31.10.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair işə məhkəmənin inzibati binasında, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********69182 Poco M6 Pro markalı telefon, qızıl zəmanət ultra 3 il xidməti üçün 573,53 (beş yüz yetmiş üç manat, əlli üç qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,60 (iyirmi üç manat, altmış qəpik) manat rüsum, 57,35 (əlli yeddi manat, otuz beş qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, Huaweı Freebuds qulaqlıq üçün ümumilikdə, 69,69 (altmış doqquz manat, altmış doqquz qəpik) manat olmaqla ondan, 63,35 (altmış üç manat, otuz beş qəpik) manat ödənilməmiş hissə, 6,34 (altı manat, otuz dörd qəpik) manat cərimə, ümumilikdə 724,17 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən İMEİ kodu **********69182 Poco M6 Pro markalı telefon, qızıl zəmanət ultra 3 il xidməti, Huaweı Freebuds qulaqlıq almış və nəticədə 724,17 (yeddi yüz iyirmi dörd manat, on yeddi qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 937,62 (doqquz yüz otuz yeddi manat, altmış iki qəpik) manat (18 ay x 52,09 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********69182 Poco M6 Pro markalı telefon, qızıl zəmanət ultra 3 il xidməti üçün ümumilikdə, 654,48 (altı yüz əlli dörd manat, qırx səkkiz qəpik) manat olmaqla ondan, 573,53 (beş yüz yetmiş üç manat, əlli üç qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.60 (iyirmi üç manat, altmış qəpik) manat rüsum, güzəşt olunaraq 57,35 (əlli yeddi manat, otuz beş qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 200,04 (iki yüz manat, dörd qəpik) manat (12 ay x 16,67 manat + 0 manat ilkin ödəniş) olan Huaweı Freebuds qulaqlıq üçün ümumilikdə, 69,69 (altmış doqquz manat, altmış doqquz qəpik) manat olmaqla ondan, 63,35 (altmış üç manat, otuz beş qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 6,34 (altı manat, otuz dörd qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 500,78 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhviltəslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədənkənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5.1 və 284-5.3cü maddələrinə əsasən məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir. Cavabdehə qanunvericiliyə uyğun rəsmi qaydada bildiriş göndərilmiş, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarından müəyyən edilir ki, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********69182 Poco M6 Pro markalı telefon, qızıl zəmanət ultra 3 il xidməti və xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, Huaweı Freebuds qulaqlığı cavabdehə verməyi, cavabdeh isə öz növbəsində həmin malın dəyərini hissəhissə ödəməyi öz öhdələrinə götürmüşlər. İddiaçı öz öhdəliyini yerinə yetirsə də cavabdeh öz öhdəliyini tam yerinə yetirməmişdir. Nəticədə cavabdehin xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, 573,53 (beş yüz yetmiş üç manat, əlli üç qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,60 (iyirmi üç manat, altmış qəpik) manat rüsum, 57,35 (əlli yeddi manat, otuz beş qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən 63,35 (altmış üç manat, otuz beş qəpik) manat ödənilməmiş hissə, 6,34 (altı manat, otuz dörd qəpik) manat cərimə borcu yaranmışdır. İddiaçı tərəfindən müqavilənin 4.1-ci bəndinə əsasən borcun ödənilməsi ilə bağlı xəbərdarlıq göndərilmişdir. Məhkəmə, Mülki Məcəllənin 385.1, 399.1, 442, 445.1, 445.2.1, 567, 600.1, 600.4-cü maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində təmin edilməli, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********69182 Poco M6 Pro markalı telefon, qızıl zəmanət ultra3 il xidməti üçün 573,53 manat əsas borc, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,60 manat rüsum, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, Huaweı Freebuds qulaq üçün 63,35 manat əsas borc Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Məhkəmə, Mülki Məcəllənin 462.1 və 467-ci maddələrinə əsasən hesab edir ki, cavabdehdən xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 30 manat, xx.xx.2024-cü il tarixli müqavələyə əsasən 5 manat cərimə məbləği tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-580, 587, 588, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********69182 Poco M6 Pro markalı telefon, qızıl zəmanət ultra 3 il xidməti üçün üçün 573,53 (beş yüz yetmiş üç manat əlli üç qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,60 (iyirmi üç manat altmış qəpik) manat rüsum, 30 (otuz) manat cərimə borcu və xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, Huaweı Freebuds qulaq üçün 63,35 (altmış üç manat otuz beş qəpik) manat ödənilməmiş hissə, 5 (beş) manat cərimə, ümumilikdə 695,48 (altı yüz doxsan beş manat qırx səkkiz qəpik) manat ödənilməmiş hissə və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq iddiaçı "xxxx" MMCyə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar