Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-2472/2025 27.11.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Şəfəq Natiq qızının sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, İmei kodu SPF54MPLF Lenovo İdeapad planşet üçün 914,73 (doqquz yüz on dörd manat, yetmiş üç qəpik) manat ödənilməmiş hissə, 91,47 (doxsan bir manat, qırx yeddi qəpik) manat cərimə; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, İmei kodu **********18584 POCO C75, İmei kodu **********32146 Xiaomi Redmi A3, 2 ədəd zəmanət + 1 il xidmət üçün 460,29 (dörd yüz altmış manat, iyirmi doquz qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 47,20 (qırx yeddi manat, iyirmi qəpik) manat rüsum, 46,03 (qırx altı manat, üç qəpik) manat cərimə olmaqla, ümumilikdə 1559,72 manat borc, 35,60 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Belə ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024ci il tarixli müqavilələrə əsasən İmei kodu SPF54MPLF Lenovo İdeapad planşet, İmei kodu **********18584 POCO C75, İmei kodu **********32146 Xiaomi Redmi A3, 2 ədəd zəmanət + 1 il xidmət almış və nəticədə 1559,72 (min beş yüz elli doqquz manat, yetmiş qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024ci il tarixli müqaviləyə əsasən, alq-satqı qiyməti 974,88 (doqquz yüz yetmiş dörd manat, səksən səkkiz qəpik) manat (24 ay x 40,62 manat + 0 manat iikin ödəniş) olan İmei kodu SPF54MPLF Lenovo İdeapad planşet üçün ümumilikdə, 1006,20 (min altı manat, iyirmi qəpik) manat olmaqla ondan, 914,73 (doqquz yüz on dörd manat, yetmiş üç qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 91,47 (doxsan bir manat, qırx yeddi qəpik) manat cərimə; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 597,78 (beş yüz doxsan yeddi manat, yetmiş səkkiz qəpik) manat (18 ay x 33,21 manat + 0 manat ilkin ödeniş) olan İmei kodu **********18584 POCO C75, İmei kodu **********32146 Xiaomi Redmi A3, 2 ədəd zəmanət + 1 il xidmət üçün ümumilikdə, 553,52 (beş yüz əlli üç manat, əlli iki qəpik) manat olmaqla ondan, 460,29 (dörd yüz altmış manat, iyirmi doqquz qəpik) manat ödənilməmiş hissə, innovativ Layihələr Mərkəzinə ödənilən 47,20 (qırx yeddi manat, 20 qəpik) manat rüsum, güzəşt olunaraq 46,03 (qırx altı manat, 03 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 197,64 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil- təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. . Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli ********** nömrəli müqaviləyə əsasən ümumi məbləği 597 manat dəyəri olan İmei kodu **********18584 POCO C75, İmei kodu **********32146 Xiaomi Redmi A3, 2 ədəd zəmanət + 1 il məhsulları 18 ay müddətinə, aylıq 33.21 manat Cavabdeh satmışdır. İşdə olan xx.xx.2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-nə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 914.73 (doqquz yüz on dörd manat yetmiş üç qəpik) manat əsas, 91.47 (doxsan bir manat qırx yeddi qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 460.29 (dörd yüz altmış manat iyirmi doqquz qəpik) manat əsas, İnnovativ Layihələr Mərkəzinə ödənilən 47,20 (qırx yeddi manat, iyirmi qəpik) manat rüsumu, 46.03 (qıx altı manat üç qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 1559.72 (min beş yüz əlli doqquz manat yetmiş iki qəpik) manat borcu vardır. İşdə olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, Cavabdeh xx.xx.2024-cü və xx.xx.2024-cü il tarixli müqavilələr üzrə üzərinə düşən öhdəliklərin icrasını gecikdirməsi, öhdəliklərin 3 iş günü ərzində icra edilməyəcəyi təqdirdə aidiyyatı üzrə məhkəməyə müraciət ediləcəyi ilə bağlı məlumat verilmişdir. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh qanunvericiliyə uyğun rəsmi qaydada bildiriş göndərilmiş, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. 448-ci maddəsinin tələblərinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiy bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyyət daşıyır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq nisyə alqı-satqı müqavilələri bağlanmış, həmin müqavilələr ilə ödənişin məbləği, son ödəmə tarixi, tərəflərin hüquq və vəzifələri müəyyənləşdirilmiş, iddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, lakin cavabdeh öz üzərinə düşən öhdəliyi, yəni ödənişləri vaxtında icra etməmişdir. İddia tələbində göstərilən məbləğdə icra edilməmiş öhdəliyi vardır. Odur ki, iddiaçı müqavilələr üzrə yaranmış borcu və hesablanmış cərimə məbləğini tələb etməkdə haqlıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən 914,73 (doqquz yüz on dörd manat, yetmiş üç qəpik) manat əsas, 91,47 (doxsan bir manat, qırx yeddi qəpik) manat cərimə; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən 460,29 (dörd yüz altmış manat, iyirmi doquz qəpik) manat əsas, İnnovativ Layihələr Mərkəzinə ödənilən 47,20 (qırx yeddi manat, iyirmi qəpik) manat rüsum, 46,03 (qırx altı manat, üç qəpik) manat cərimə olmaqla, ümumilikdə 1559,72 1559.72 (min beş yüz əlli doqquz manat yetmiş iki qəpik) manat borc, 35,60 (otuz beş manat altmış qəpik) manat ödənilmiş dövlət rüsumu alınaraq "xxxx" MMCnə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-580, 587, 588, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən 914,73 (doqquz yüz on dörd manat, yetmiş üç qəpik) manat əsas, 91,47 (doxsan bir manat, qırx yeddi qəpik) manat cərimə; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən 460,29 (dörd yüz altmış manat, iyirmi doquz qəpik) manat əsas, İnnovativ Layihələr Mərkəzinə ödənilən 47,20 (qırx yeddi manat, iyirmi qəpik) manat rüsum, 46,03 (qırx altı manat, üç qəpik) manat cərimə olmaqla, ümumilikdə 1559,72 1559.72 (min beş yüz əlli doqquz manat yetmiş iki qəpik) manat borc, 35,60 (otuz beş manat altmış qəpik) manat ödənilmiş dövlət rüsumu alınaraq "xxxx" MMCnə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Şəfəq Cəfərova
Məhkəmə qərarları › İş №e-2(075)-2472/2025
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-2472/2025
27.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver