Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2(075)-2480/2024 18.12.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi ilə, Ərizəçi maraqlı şəxs Şəki Rayon Qeydiyyat şöbəsi və X5 Xidmət Mərkəzində Notariat Ofisi olmaqla “hüquqi əhəmiyyəti olan faktının müəyyən edilməsi” tələbinə dair ərizə üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi maraqlı şəxs Şəki Rayon Qeydiyyat şöbəsi və X5 Xidmət Mərkəzində Notariat Ofisi olmaqla ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1958-ci ildə ölmüş X1 1902-ci ildə anadan olmuş X2 qardaşı olması hüquqi faktının müəyyən edilməsi, 1902-ci ildə anadan olmuş Şəki şəhər sakini X2 1938-ci ildə ölməsi hüquqi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəmənin icraatına qəbul edilmiş, xx.xx.2024cü il tarixdə iş üzrə məhkəmə hazırlıq iclası keçirilmiş, növbəti məhkəmə hazırlıq iclası bu günə, yəni 18 dekabr 2024-cü il tarixə, saat 11:00-a təyin edilmiş, mülki proses tərəflərinə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilmişdir. Lakin 18 dekabr 2024-cü il tarixdə keçirilən məhkəmə iclasına mülki proses tərəfləri gəlməmişlər, məhkəmə iclasına gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər, işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər Məhkəmə iş materiallarını araşdıraraq belə hesab edir ki, ərizə təmin edilməli və iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Belə olan halda məhkəmə hesab edir ki, ərizə təmin edilməli, iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 260.3-cü maddəsinə əsasən qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. Məhkəmə hesab edir ki, hazırkı iddia ərizəsi baxılmamış saxlanıldığından iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261.0.1, 263-264, 267-268-ci madələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizə təmin edilsin. Ərizəçi maraqlı şəxs Şəki Rayon Qeydiyyat şöbəsi və X5 Xidmət Mərkəzində Notariat Ofisi olmaqla “hüquqi əhəmiyyəti olan faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Ərizə və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. xx.xx.2024-cü il tarixli ********** saylı qəbzə əsasən ödənilmiş 100 (yüz) manat dövlət rüsumu iddiaçı "xxxx" QSC-yə geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №e-2(075)-2480/2024
Şəki Rayon Məhkəməsi Qərardad — İş №e-2(075)-2480/2024
18.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver