Məhkəmə qərarları › İş №e-2(075)-25/2023

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-25/2023

20.11.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-25/2023 20.11.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin Hakimi Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəsirova Sayalı Elşad qızının katibliyi, Ərizəçi, maraqlı şəxs Şəki şəhər İcra Hakimiyyətinin Qəyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X3 iştirakı ilə, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Şəki rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, oğlu 25 sentyabr 2001-ci il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, X9 onun oğludur. O, 25 sentyabr 2001-ci il tarixdə doğulmuşdur. X7 birlikdə yuxarıda qeyd edilən ünvanda yaşayır. Bildirmişdir ki, oğlu C.Məmmədovun tibbi diaqnozu əqli gerilik və davranış pozğunluğudur. Ceyhun öz hərəkətlərini idarə edə bilmir, hərəkətlərinin nəticələrini bu nəticələrin törədə biləcəyi fəsadları anlaya bilmir. Belə ki, özünü ifadə edə bilmir və nə istədiyini sözlə izah etməyi bacarmır, yemək yeyərkən sabit olaraq bir yerdə dayana bilmir. Yuxusuz qalır və yuxusuz qalanda gecələri narahat həyətdə keçirir. O, nəzarətsiz qalanda öz hərəkət və davranışlarına nəzarəti itirir və aqressifləşir. Qarşısındakı insanlarla davranışda kəsgin aqressiya göstərir. Habelə onunla məşğul olmayanda Ceyhun bədbinləşir. Özünü ifadə edə bilmədikdə hirsli olur, yəni özünü idarə edə bilmir. Pul və digər əşyaların mənasını nə üçün lazım olmasını və ya necə istifadə olmasını bilmir. Xəstəliyi səbəbindən aqressiv olmasına baxmayaraq uzun müddət müalicədən sonra Ceyhunun aqressivliyi nisbətən azalmışdır. O, mütamadi dərmanlar qəbul edir. Həmiçinin oğlu Ceyhunun hüquqlarının qorunması onun hüquqlarının müdafiəsi və mənafei naminə hüquqi hərəkətlərin aparılması zamanı bəzi çətinliklərlə üzləşirlər. Elə bu baxımdan da X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizə ilə Şəki Rayon Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərmişdir ki, X19un qayğısına o qalır. O işləmir. Faktiki olaraq sağlamdır və bütün günü daimi kənar şəxsə ehdiyacı olan Ceyhunun qayğısını çəkərək ona qulluq göstərir. ünvan 2i, 764 nömrəli arayışdan görünür ki, Ərizəçi ünvan 1 ünvanda yaşayır. ünvan 2i, 764 nömrəli arayışından görünür ki, X6 atası Ərizəçi qayğı göstərir. Şəki İHB-nin Baş Zəyzid icra nümayəndəliyinin 17 noyabr 2021-ci il tarixli, 764 nömrəli arayışdan görünür ki, Ərizəçi, yoldaşı Məmmədova Hicran Zahid qızı, oğlu X10, qızı X18 qizi və oğlu X9 ilə birlikdə yaşayır. Şəki şəhər VVAQ şöbəsinin verdiyi doğum haqqında şəhadətnamədən görünür ki, X4 atası Ərizəçidur. Şəki rayon Psixiatriya xəstəxənasından verilmiş 17 noyabr 2021-ci il tarixli, 1037 nömrəli arayışdan görünür ki, 2001-ci il taəvəllüdlü X9 həqiqətən xx.xx.2017-ci il tarixdən Şəki rayon Psixiatriya xəstəxanasının dispanser müşahidəsindədir. Şəki rayon Psixiatriya xəstəxanasından verilmiş Ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışdan görünür ki, ağır dərəcəli əqli gerilik davaranış pozğunluğu ilə erkən yaşlarından uzun sürən xəstəlik və əqli fiziki inkişafına görə öz yaşıdlarından geri qalır. TSEK-in çıxarışından görünür ki, X8 İ qrup əlildir. Şəki şəhər İcra Hakimiyyəti başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyasının Ərizəçi ünvanladığı məktubdan görünür ki, 25 sentyabr 2001-ci il təvəllüdlü X4 fəaliyyət qabiliyyətli olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi barədə məhkəmə qətnaməsi təqdim edildikdən sonra onun övladının üzərində qəyyum təyin edilməsi məsələsinə baxılacaqdır. Odur ki, övladı 25 sentyabr 2001-ci il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi barədə qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq qanunla müəyyən edilmiş qaydada məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında maraqlı şəxs Şəki şəhər İcra Hakimiyyətinin Qəyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X11 izahat verərək, ərizənin təmin edilməsinə etirazlarının olmadığını bildirmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarında əlavə edilmiş 17 noyabr 2021-ci il tarixli, 764 nömrəli arayışdan görünür ki, Şəki rayonu Baş Zəyzid kənd sakini X4 ailə tərkibi atası Ərizəçi, anası Hicran Zahid qızı, qardaşı Seymur Valeh oğlu, bacısı Günel Valeh qızından ibarətdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarında əlavə edilmiş 17 noyabr 2021-ci il tarixli, 764/1 saylı arayışdan görünür ki, X2 rayonu Baş Zəyzid kəndində yaşayır. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarında əlavə edilmiş 04 iyul 2002-ci il tarixli, AZ-İ 272157 seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, 25 sentyabr 2001-ci il təvəllüdlü X4 atası Ərizəçi, anası Məmmədova Hicran Zahid qızıdır. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarında əlavə edilmiş 17 noyabr 2021-ci il tarixli, 1037 saylı arayışdan görünür ki, 2001-ci il təvəllüdlü X9 xx.xx.2017-ci il tarixdən Şəki Rayon Psixiatriya xəstəxanasının dispanser müşahidəsindədir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarında əlavə edilmiş Şəki şəhər İcra Hakimiyyəti Başçısının Aparatının 16 noyabr 2021-ci il tarixli, 7/M-398-099 saylı məktubundan görünür ki, Ərizəçi xx.xx.2021-ci il təvəllüdlü X4 üzərində qəyyum təyin edilməsi ilə bağlı müraciətinə baxılmışdır. xx.xx.2021-ci il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi barədə məhkəmə qətnaməsi təqdim edildikdən sonra onun üzərində qəyyum təyin edilməsi məsələsinə baxılacaqdır. Odur ki, xx.xx.2021-ci il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarında əlavə edilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 28 oktyabr 2019-cu il tarixli tibbi-ekspert komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə arayışdan görünür ki, xx.xx.2021-ci il təvəllüdlü X5 davranış pozğunluğu özünə xidmət qabiliyyəti olmadığı üçün kənar şəxslərin qulluğuna ehtiyyacı vardır. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X20 tərəfindən verilmiş 11 sentyabr 2023-cü il tarixli, 566 saylı rəyindən görünür ki, yoxlanılan şəxs X5 hal-hazırda YÜNGÜL DƏRƏCƏLİ KƏMAĞİLLİQ (İFADƏ OLUNMUŞ DEBİLLİK SƏVİYYƏSİNDƏ), DAVRANİŞ POZUNTULARİ İLƏ XRT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı-10-cu baxış) F70.1 müəyyən edilir. Bunu mülki iş materialları, həmin mülki işindəki tibbi sənədlər (Şəki rayon Psixiatriya Xəstəxanasından verilmiş xx.xx.2023-cü il tarixli 622 saylı arayış), anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri (ekspertiza zamanı onun bələdliyinin zəifləməsi, yaddaşının mexaniki tipli olması, təfəkküründə konkretliyə meyillilik aşkar edilməsi, oxumaq, yazmaq vərdişlərinin olmaması, adi hesablama əməliyyatlarını belə apara bilməməsi, maraq dairəsinin daralması, mülahizə və mühakimələri səthi olması, abstrakt və məntiqi təfəkürünün zəifləməsi, atalar sözlərinin mənasını tam düzgün başa düşməyərək izah edə bilməməsi, adi məişət problemlərini tam sərbəst həll etmək qabiliyyətində olmaması, emosiyalarında davamsızlıq müşahidə edilməsi, düşdüyü vəziyyətə tənqidinin zəifləməsi, özünü narahat və gərgin aparması, intellektinin inkişafdan geri qalması İQ=55% və s.) sübut edir. xx.xx.2001-ci ii tarixdə Bakı şəhərində anadan olmuş X9 YÜNGÜL DƏRƏCƏLİ KƏMAĞİLLİQ (İFADƏ OLUNMUŞ DEBİLLİK SƏVİYYƏSİNDƏ), DAVRANİŞ POZUNTULARİ İLƏ XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı -10-cu baxış) F70.1 xəstəliyindən əziyyət çəkir. X1 YÜNGÜL DƏRƏCƏLİ KƏMAĞİLLİQ (İFADƏ OLUNMUŞ DEBİLLİK SƏVİYYƏSİNDƏ), DAVRANİŞ POZUNTULARİ İLƏ XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı-10-cu baxış) F70.1 xəstəliklə əlaqədar olaraq öz hərəkətlərinin mənasını tam başa düşmək və ya öz hərəkətlərinə rəhbərlik edə bilmək qabiliyyətində deyildir. X9 FƏALİYYƏT QABİLİYYƏTİ OLMAYAN şəxs sayıla bilər. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərərsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Göründüyü kimi X4 xroniki psixi xəstəlikləri ilə əlaqədar öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil, xəstəliyi nəticəsində öz hərəkətlərinin mənasını başa düşmür, öz hərəkətlərinə rəhbərlik edə bilmir. X4 fəaliyyət qabiliyyətsiz şəxs hesab olunması ilə bağlı olan müvafiq rəy də vardır. Ərizəçi X4 psixi qüsuruna görə fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında hazırkı ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Bu əsaslarla məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 25 sentyabr 2001-ci il tarixdə Şəki rayonu Baş Zəyzid kəndində anadan olmuş, Şəki rayonu Baş Zəyzid kəndində yaşayan X9 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azəbaycan Respublikası MPM-nin 216-220 və 360-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qətetdi: Ərizə təmin edilsin. 25 sentyabr 2001-ci il tarixdə Şəki rayonu Baş Zəyzid kəndində anadan olmuş, Şəki rayonu Baş Zəyzid kəndində yaşayan X9 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, təqdim edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar