Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-2508/2024 18.12.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********82956 İphone 14 Pro Max markalı telefon üçün 3925,75 (üç min doqquz yüz iyirmi beş manat yetmiş beş qəpik) manat ödənilməmiş hissə, 514,25 (beş yüz on dörd manat iyirmi beş qəpik) manat dəbbə; xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, Samsung markalı soyuducu, LG markalı paltaryuyan üçün 3745 (üç min yeddi yüz qırx beş) manat ödənilməmiş hissə, 392 (üç yüz doxsan iki) manat dəbbə, xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, Playstation 5, Playstation VR2 üçün 2685,42 (iki min altı yüz səksən beş manat qırx iki qəpik) manat ödənilməmiş hissə, 312,58 (üç yüz on iki manat əlli səkkiz qəpik) manat dəbbə, ümumilikdə 11575 manat borc, 124,73 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə, "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il, xx.xx.2024-ci il və xx.xx.2024-ci il tarixli müqavilələrə əsasən, İMEİ Kodu **********82956 İphone 14 Pro Max markalı telefon almış və nəticədə 11575 (on bir min beş yüz yetmiş beş) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 4422.06 (dörd min dörd yüz iyirmi iki manat altı qəp) manat (18 ay x 245.67 manat + 0 manat ilkin ödəniş), İMEİ KODU **********82956 İphone 14 Pro Max markalı telefon, Samsung markalı soyuducu, LG markalı paltaryuyan, Playstation 5 və Playstation VR2 üçün ümumilikdə, 4440 (dörd min dörd yüz qırx) manat olmaqla ondan, 3925.75 (üç min doqquz yüz iyirmi beş manat yetmiş beş qəp) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 514.25 (beş yüz on dörd manat iyirmi beş qəp) manat dəbbə miqdarında borc yaranmışdır. xx.xx.2024-ci il tarixli müqaviləsinə əsasən, alqısatqı qiyməti 4103 (dörd min yüz üç) manat (20 ay x 187.25 manat + 358 manat ilkin ödəniş) Samsung markalı soyuducu, LG markalı paltaryuyan üçün ümumilikdə, 4137 (dörd min yüz otuz yeddi) manat olmaqla ondan, 3745 (üç min yeddi yüz qırx beş) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 392(üç yüz doxsan iki) manat dəbbə; xx.xx.2024-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 3327.42 (üç min üç yüz iyirmi yeddi manat qırx iki qəp) manat (18 ay x 149.19 manat + 642 manat ilkin ödəniş) Playstation 5 və Playstation VR2 üçün ümumilikdə, 2998 (iki min doqquz yüz doxsan səkkiz) manat olmaqla ondan, 2685.42 (iki min altı yüz səksən beş manat qırx iki qəp) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 312.58 (üç yüz on iki manat əlli səkkiz qəp) manat dəbbə; Cəmi ödədiyi məbləğ 1496.31 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmişlər. İddiaçı MMC-nin nümayəndəsi məhkəməyə elektron qaydada ərizə göndərərək məhkəmə iclasının onları iştirakı olmadan keçirilərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: İş materiallarında olan: - xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, iddiaçı "xxxx" MMC tərəfindən dəyəri 4422.06 manat olan İMEİ KODU **********82956 İphone 14 Pro Max markalı telefon Cavabdeh satılmışdır. - xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, iddiaçı "xxxx" MMC tərəfindən dəyəri 4103 manat olan Samsung markalı soyuducu, LG markalı paltaryuyan Cavabdeh satılmışdır. - xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, iddiaçı "xxxx" MMC tərəfindən dəyəri 3327.42 manat olan Playstation 5, Playstation VR2 Cavabdeh satılmışdır. - xx.xx.2024-cü il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə İddiaçı MMC-nə 3925.75 manat əsas, 514,25 manat cərimə borcu olmaqla, cəmi 4440 manat borcu, xx.xx.2024-cü il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə İddiaçı MMC-yə 3745 manat əsas, 392 manat cərimə borcu olmaqla, cəmi 4137 manat borcu və xx.xx.2024-cü il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə İddiaçı MMC-yə 2685,42 manat əsas, 312,58 manat cərimə borcu olmaqla, cəmi 2998 manat borcu qalmışdır. - İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlıqdan görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh 3 müddətli (nisyə) alqı-satqı müqavilələri üzrə borcunu ödəməsi, əks halda barəsində qanunvericiliyə uyğun məhkəmə qarşısında iddia qaldırılacağı bildirilmişdir. - xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı MMC tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün 124,73 manat məbləğdə dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Hazırkı işdə Mülki Məcəllənin 567-ci maddəsinin dispozitiv şərtləri mövcuddur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli nisyə alqı-satqı müqavilələrə əsasən, İMEİ KODU **********82956 İphone 14 Pro Max markalı telefon, Samsung markalı soyuducu, LG markalı paltaryuyan, Playstation 5 və Playstation VR2 almış və nəticədə 11575 (altı min iyirmi üç) manat borc yaranmışdır. İddiaçı müqavilələr üzrə üzərinə düşən öhdəliyi icra edib müqavilələrin əlavəsində nəzərdə tutulan avadanlıqları cavabdehə təhvil versə də, cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəliklərini icra etməyərək borcunu ödəniş cədvəlində nəzərdə tutulan vaxtda ödəməmişdir. İddiaçı tərəfindən cavabdehə xəbərdarlıq göndərilərək borcunu qaytarması, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilsə də, borclu öhdəliklərini icra etməmişdir. Cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2023-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli müqavilələrindən irəli gəlir. Cavabdehin öhdəliyini lazımınca icra etməməsi iddiaçıya alqı-satqı müqavilələri və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə hazırkı iddia tələbini irəli sürmək hüququ vermişdir. Məhkəmə, işin sadalanan hallarını, qanunvericilik normalarını, eləcə də cavabdehin üzərinə götürdüyü öhdəlikləri tam icra etmədiyini, nəticədə onun qeyd olunan alqı-satqı müqavilələri üzrə iddiaçıya borcunun yarandığını nəzərə alaraq hesab edir ki, iddia tələbi borcların tutulması hissəsində tam təmin edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********82956 İphone 14 Pro Max markalı telefon üçün 3925,75 (üç min doqquz yüz iyirmi beş manat yetmiş beş qəpik) manat ödənilməmiş hissə, 514,25 (beş yüz on dörd manat iyirmi beş qəpik) manat dəbbə; xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, Samsung markalı soyuducu, LG markalı paltaryuyan üçün 3745 (üç min yeddi yüz qırx beş) manat ödənilməmiş hissə, 392 (üç yüz doxsan iki) manat dəbbə, xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, Playstation 5, Playstation VR2 üçün 2685,42 (iki min altı yüz səksən beş manat qırx iki qəpik) manat ödənilməmiş hissə, 312,58 (üç yüz on iki manat əlli səkkiz qəpik) manat dəbbə, ümumilikdə 11575 manat borc, 124,73 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********82956 İphone 14 Pro Max markalı telefon üçün 3925,75 (üç min doqquz yüz iyirmi beş manat yetmiş beş qəpik) manat ödənilməmiş hissə, 514,25 (beş yüz on dörd manat iyirmi beş qəpik) manat dəbbə; xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, Samsung markalı soyuducu, LG markalı paltaryuyan üçün 3745 (üç min yeddi yüz qırx beş) manat ödənilməmiş hissə, 392 (üç yüz doxsan iki) manat dəbbə, xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, Playstation 5, Playstation VR2 üçün 2685,42 (iki min altı yüz səksən beş manat qırx iki qəpik) manat ödənilməmiş hissə, 312,58 (üç yüz on iki manat əlli səkkiz qəpik) manat dəbbə, ümumilikdə 11575 manat borc, 124,73 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №e-2(075)-2508/2024
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-2508/2024
18.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver