Məhkəmə qərarları › İş №e-2(075)-253/2023

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-253/2023

27.04.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-253/2023 27.04.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi iştirakı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2011-ci il tarixdə ünvan 1 ünvanında pasport qeydiyyatında olmaqla, həmin ünvanda yaşayan oğlu X1 fəaliyyət qabiliyyəti olmayan hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 320.2-ci maddəsinə əsasən barəsində fəaliyyət qabiliyyəti məsələsi həll olunan şəxs xx.xx.2011-ci il təvəllüdlü X1 iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Ərizəçi ərizəsində tələbini belə əsaslandırmışdır ki, o, ailəsi ilə birlikdə ünvan 3 ünvanında ailəmlə birlikdə yaşayır. X3 onun oğludur. O, anadangəlmə xəstədir. Hazırda xəstəliyi davam etdiyi üçün oğlu öz hərəkətlərinin mənasını başa düşmür və özünü idarə edə bilimir. O, ən xırda məişət işlərini həyata keçirmək iqtidarında deyil. X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün zəruri şərtlər mövcuddur. Ona görə də əvvəlcə Maraqlı şəxs Qəyyumçuluq və Himayəçilik Komissiyasına ərizə ilə müracitə edərək X1 üzərində qəyyum təyin edilməyini xahiş etmişir. Oradan ona xx.xx.2022-ci il tarixli məktubla bunun üçün X1 fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi barədə məhkəmə qətnaməsi təqdim etməli olduğunu bildirmişlər. Bunun üçün də Şəki Rayon Məhkəməsinə müraciət etməli olmuşdur. Məhkəmə iclasında Ərizəçi izahat verərək göstərdi ki, X3 onun oğludur. Oğlu anadan gəlmə əlildir və özünü idarə edə bilmir. Ünsiyyət qurmaq bacarığı yoxdur. Hal-hazırda gimnaziyda təhsil alır. Maraqlı şəxs Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət etmiş, lakin onu məhkəməyə yönəltmişlər. Göründüyü kimi X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün zəruri şərtlər mövcuddur. Ərizəni müdafiə etdiyini bildirdi və ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik hüquqi şəxsinin 03 mart 2023-cü il tarixli, 23 nömrəli rəyindən görünür ki, 10 mart 2011-ci il təvəllüdlü X3 yüngül dərəcəli kəmağıllıq (ifadə olunmuş debillik səviyyəsində), davranış pozuntuları və qıcolma tutulmaları ilə XBT-10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F70.1 xəstəliyi aşkar olunmuşdur. O öz hərəkərlərinin mənasını başa düşmür və öz hərəkətlərinə rəhbərlik etmək qabiliyyətində deyildir. Buna görə də X3 faaliyyət qabiliyyati olmayan şəxs kimi hesab edilməlidir. İşdə olan Azərbaycan Respublikası Maraqlı şəxs Başçısının aparatı tərəfindən verilmiş 18 noyabr 2022-ci il tarixli məktubdan görünür ki, xx.xx.2011-ci il təvəllüdlü oğlu X1 fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi barədə məhkəmə qətnaməsi təqdim edildikdən sonra onun X3 üzərində qəyyum təyin edilməyi məsələsinə baxılacağı bildirilmiş. xx.xx.2011-ci il təvəllüdlü oğlu X1 fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi barədə qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq qanunla müəyyən edilmiş qaydada məhkəməyə müraciət edilməm tövsiyyə edilmişdir. İşdə olan Maraqlı şəxs “İpəkçi” Məhəllə nümayəndəliyi tərəfindən verilmiş 23 noyabr 2022-ci il tarixli, 4/219 nömrəli arayışdan görünür ki Ərizəçi ünvan 4 ünvanda yaşayır və onun X4 (atası), X8 oölu (oğlu), X3 (oğlu) adlı ailə üzvləri vardır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərərsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Göründüyü kimi X1 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil, xəstəliyi nəticəsində öz hərəkətlərinin mənasını başa düşmür, öz hərəkətlərinə rəhbərlik edə bilmir. X1 fəaliyyət qabiliyyətsiz şəxs hesab olunması ilə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik hüquqi şəxsinində müvafiq rəyi vardır. Ərizəçi X1 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında hazırkı ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Bu əsaslarla məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.2011-ci il tarixdə ünvan 1 ünvanında pasport qeydiyyatında olmaqla, həmin ünvanda yaşayan X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Ərizəçi dövlət büdcəsinə ödədiyi rüsumu tələb etmədiyindən 100 (bir yüz) manat dövlət rüsumu onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən, Azəbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. xx.xx.2011-ci il tarixdə ünvan 1 ünvanında pasport qeydiyyatında olmaqla, həmin ünvanda yaşayan X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar