Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-259/2023 17.04.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi ilə, İddiaçı “L Fin» MMC-nin cavabdehlər Cavabdeh qarşı borc tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İşin halları
1. İddiaçı “L Fin» MMC ərizə ilə məhkəməyə müraciət edərək, borclu Cavabdeh müştərək qaydada “L Fin» MMC-nin xeyrinə 497 manat əsas, 50 manat cərimə və 30 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 577 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Mülki işə məhkəmədə baxılarkən iddiaçı “L Fin» MMC iddia tələbinin azaldılması və dəqiqləşdirilməsi barədə ərizə göndərərək götərmişdir ki, Cavabdeh iddiaçı “L Fin» MMCnin xeyrinə 447 (dörd yüz qırx yeddi) manat məbləöindı əsas borc, 40 (qırx) manat məbləğində cərimə, 30 (otuz) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 517 (beş yüz on yeddi) manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbinin azaldılması və dəqiqləşdirilməsi barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir.
4. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı MMC-nin nümayəndəsi məhkəməyə gəlməmişdir. Lakin iddiaçı «“L Fin» MMC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəməyə 08 aprel 2023-cü il tarixdə elektron ərizə göndərərək, məhkəmə iclasının iştirakları olmadan keçirilərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir.
5. Məhkəmə iddiaçı “L Fin» MMC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir
6. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı “L Fin» MMC ilə Cavabdeh arasında bağlanmış R0035901 nömrəli, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən satıcı alıcıya 12 ay müddətinə, 593 manat dəyərində olan Samsung A022 32 DS, X1 2, al-dəyiş Plus 201-300 markalı əşyanı satmışdır. Borclu aldığı əyaya görə 50 manat ilkin ödəniş etmiş və borclu olduğu qalıq 543 manat məbləğində pulu müqaviləyə əlavə edilən ödəniş cədvəlinə əsasən kreditora hissə-hissə ödəməyi öhdəsinə götürsə də, alqısatqı müqaviləsində nəzərdə tutulmuş öhdəlikləri qismən yerinə yetirmiş və 46 manat ödəniş etmişdir. Borcun ödənilməsi ilə əlaqədar olaraq borcluya dəfələrlə şifahi, xx.xx.2022-ci il tarixdə isə yazılı xəbərdarlıq edilmişdir. Lakin borclu yenə də borc öhdəliyinin icrasına dair heç bir addım atmamışdır. Bu səbəbdən də “L Fin» MMC hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
7. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, o, 21 mart 2022-ci il tarixdə alqı-satqı müaviləsi əsasında Samsung A022 32 DS, X1 2, al-dəyiş Plus 201-300 markalı əşyaları almışdır. Həmin telefon üçün iddiaçə tərfindən zəmanət verilmişdir. Telefonda problem yarandığından şirkətin servisinə təhvil vermişdir. Uzun müddət keçməyinə baxmayaraq, nə telefon yenisi ilə əvəz edilməmiş nə də təmir olunub geri qaytarılmamışdır. İddiaçı MMC-nin əməkdaşları ödənişləri etmədiyinə görə onunla əlaqə saxlamışlar. Bu zaman telefonla bağlı problemi onlara bildirmişdir. Hesab edir ki, iddia əsassızdır. Məhkəmədən iddianın təmin olunmamasını xahiş etmişdir.
İddia ərizəsinə və ona etirazın dəlilləri
8. Cavabdeh etiraz ərizəsi göndərərək göstərmişdir ki, iddiaçı tərəfin tələbi ilə razılaşmır. İddiaçı "xxxx" MMC ilə aralarında bağlanmış müqaviləyə əsasən "Samsung" mobil telefonu almışdır. İlkin ödəniş kimi 50 manat ödəniş etmişdir. Telefona 1 il müddətinə qızıl zəmanət verilmişdir. İlk aydan telefonda problem çıxdığı üçün telefonu aldığı şirkətin servisinə təhvil vermişdir. Uzun müddət keçməsinə baxmayaraq nə telefonu yenisi ilə əvəz etməmişlər, nə də təmir edib özünə qaytarmamışdırlar. "xxxx" MMC əməkdaşları ödənişləri gecikdirməyinə görə əlaqə saxlayarkən problemi onlarada bildirmişdir. Bu günə kimi telefonu ona təhvil verməmişlər. Tərəflər arasında bağlanmış müqavilənin 6.1-ci bəndində alınmış əşyanın qaytarılması və ya dəyişdirilməsi şərtləri öz əksini tapmışdır. Həmin maddəyə əsasən o hesab edir ki, hər hansı bir məsluliyyət daşımır. Məhz buna görədə ödəniş etməkdən imtina etmişdir. Məhz buna görədə hal-hazır ki, iddia tələbində borcun düzgün tələb olunub-olunmaması qaytarılmış əşyaya görə borcun hardan yaranması məsələsi araşdırılmalıdır. İddiaçı "xxxx" MMC tərəfindən ona qarşı olan 577 manat borcun tutularaq ona ödənilməsi barədə iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İşdə olan sənədlər
9. Mülki işdə olan 21 mart 2022-ci il tarixli, R0035901 saylı əşyanın nisyə alqı-satqı müqaviləsindən görünür ki, cavabdeh satış qiyməti 593 manat olan Samsung A022 32 DS, X1 2, Al-dəyiş Plus 201-300 əldə etmiş, borc məbləğini 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür .
10. Mülki işdə olan 21 mart 2022-ci il tarixli kredit müqaviləsinin tərkib hissəsi olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh götürdüyü əşyaların dəyərini hər ay hissə-hissə ödəməklə 12 ay müddətinə qaytarmalı olmuşdur.
11. Mülki işdə olan 17 oktyabr 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 21 mart 2022-ci il tarixli, R0035901 saylı alqı-satqı müqaviləsi üzrə 543 manat əsas borcundan maliyyə arayışı tərtib edilən tarixədək 46 manat ödəniş etmiş 497 manat əsas borc, 50 manat cərimə borcu qalmışdır.
12. Mülki işdə olan 23 iyul 2022-ci il tarixli, CEN000032282 nömrəli talondan görünür ki, Mahmudov Mübariz « Samsung A02 » markalı telefonun təmiri üçün texniki servis mərkəzinə müraciət etmişdir.
13. İş materiallarında olan 05 noyabr 2022-ci il tarixli xəbərdarlıqdan görünür ki, İddiaçı MMC tərəfindən 497 manat əsas və 50 manat cərimə borcunu Cavabdeh 3 gün müddətində cəmiyyətə ödənilməsi üçün xəbərdarlıq edilmiş, əks halda tələb olunan məbləğin və məhkəmə xərclərinin ondan alınaraq "xxxx" MMC-yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı bildirilmişdir.
14. Məhkəmə iclasında iddiaçının nümayəndəsinin izahatı, işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində aydın oldu ki, “L Fin» MMC ilə Cavabdeh arasında bağlanmış 21 mart 2022-ci il tarixli müqaviləyə əsasən Cavabdeh satış qiyməti 593 manat olan Samsung A022 32 DS, X1 2, Al-dəyiş Plus 201-300 əldə etmişdir. Cavabdeh həmin əşyaların dəyəri olan 593 manatı kredit məbləğini alqı-satqı müqaviləsinə əlavə olan ödəniş cədvəlində nəzərdə tutulmuş müddətlərdə və məbləğlərdə “L Fin» MMC-yə ödəməli olmuşdur. İddiaçı “L Fin» MMC cavabdehin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri tam şəkildə icrasını təmin etmədiyindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
15. Məhkəmə bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmamalıdır.
Tətbiq edilən hüquq
Mülki Məcəllə
16. Maddə 386.1. Öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Tərəflər arasında belə bir müqavilə bağlanmışdır.
17. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
18. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
19. Maddə 441.1. Tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır.
20. Maddə 441.2. Mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər.
21. Maddə 441.3 Əgər müqavilədə şərtləşdirilmiş öhdəliyin icrası tam həcmdə həyata keçirilməzsə, qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya həyata keçirilməmiş icraya müvafiq hissədə icradan imtina edə bilər.
22. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
23. Maddə 587.2-587.2.2 Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə:
1. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin;
2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin.
24. Maddə 600.3 Satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir.
Mülki Prosesual Məcəllə
25. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
28. Maddə 217.4 Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi
29. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, İddiaçı “L Fin» MMC Cavabdeh “L Fin» MMC-nin xeyrinə 497 manat borc və ödənilmiş 10 manat dövlət rüsumunun tutulmasını məhkəmədən xahiş etsə də, müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl etməyərək alğı-satqı müqaviləsi üzrə Cavabdeh « Samsung » markalı mobil telefonu lazımı keyfiyyətdə verməmişdir. Daha sonra isə zəmanəti üzrə yararsız telefonu xx.xx.2022-ci il tarixdə təmir olunması üçün « texniki servis mərkəzi » tərəfindən təhvil alınsa da hazırki tarixdədək mobil telefonu təmir edib Cavabdeh təhvil verməyərək müqavilə üzrə olan öhədliklərini yerinə yetirməmişdir. Bu səbəbdən də “L Fin» MMC ödənilməmiş kredit borcunun ödənilməsini Cavabdeh tələb etməkdə haqlı deyildir.
30. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı MMC-nin Cavabdeh "xxxx" MMC-nin xeyrinə 447 (dörd yüz qırx yeddi) manat əsas, 40 (qırx) manat cərimə borcu və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu olmaqla, 517 (beş yüz on yeddi) manat məbləğində pulun tutulması barədə ərizəsi əsassız olduğundan təmin edilməməlidir.
31. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə
Qət etdi:
İddiaçı MMC-nin Cavabdeh "xxxx" MMC-nin xeyrinə 447 (dörd yüz qırx yeddi) manat əsas, 40 (qırx) manat cərimə borcu və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu olmaqla, 517 (beş yüz on yeddi) manat məbləğində pulun tutulması barədə iddiası təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Elşən Vəliyev.