Məhkəmə qərarları › İş №e-2(075)-2611/2024

Şəki Rayon Məhkəməsi Qərardad — İş №e-2(075)-2611/2024

16.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2(075)-2611/2024 16.12.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Ceyhun Rasim oğlunun sədrliyi, İmamverdiyev Bəxtiyar Arif oğlunun katibliyi ilə, İddiaçı QSC-nin cavabdehlər X6, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 qarşı “nisyə alqı-satqı müqaviləsinin ləğv olunması, əmlakın boşaldılması və təhvil verilməsinə dair” iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: X4 ilə İddiaçı QSC arasında bağlanmış Şəki regional “Asan xidmət” mərkəzinin notariusu tərəfindən təsdiqlənmiş xx.xx.2022-ci il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi, ünvan 1i ünvanında yerləşən, ümumi sahəsi 113.8 kv.m, fərdi yaşayış evindən Cavabdeh3, Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 və yetkinlik yaşına çatmayan X1, X3 və X2 çıxarılması, əmlakın boşaldılması və mülkiyyətçi İddiaçı QSC-yə təhvil verilməsi və tərəfimizdən ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən bankın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi 15 oktyabr 2024-cü il tarixdə məhkəmənin icraatına daxil olmuş, mülki işin məhkəmə hazırlıq iclası bu günə, yəni 16 dekabr 2024-cü il tarixə, saat 16:30-a təyin edilmişdir. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri barəsində məlumatlandırılmasına baxmayaraq İddiaçı QSC nümayəndəsinin məhkəmə hazırlıq iclasında iştirakını təmin etməmiş və cavabdehlər X6, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 məhkəmə iclasına gəlməmişlər. Lakin 16 dekabr 2024-cü il tarixdə İddiaçı QSC məhkəmə elektron qaydada ərizə göndərərək, cavabdehin üzərinə düşən öhdəliyi yerinə yetirdiyini, banka borcu olmadığını qeyd edərək iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin İddiaçı QSC–yə geri qaytarılmasını xahiş etmişdir. İddiaçı QSC-nin ərizəsini müzakirə edib, mülki iş materiallarını nəzərdən keçirərək məhkəmə belə nəticəyə gəlir ki, ərizə əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin (bundan sonra MPMnin) 170.1-ci maddəsinə görə iddiaçının vəsatəti ilə iddia ərizəsi qaytarıla bilər. Azərbaycan Respublikası MPM-nin 114.1.3-cü maddəsinə əsasən bu məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə iş üzrə sənədləri nəzərdən keçirib iddiaçının ərizəsini nəzərə alaraq hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, həmin tələblə bağlı yenidən məhkəmədə iddia qaldırmaq hüququnun olması iddiaçıya izah edilməli, iddianın qaldırılması üçün İddiaçı QSC-nin tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 170.1 və 170.3, 114.1.3-cü maddələrinin tələblərini rəhbər tutub, məhkəmə Qərara aldı: İddiaçı QSC-nin cavabdehlər X6, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 qarşı “nisyə alqı-satqı müqaviləsinin ləğv olunması, əmlakın boşaldılması və təhvil verilməsinə dair” iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddianın qaldırılması üçün İddiaçı QSC-nin tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya qaytarılsın. İddiaçı QSC-yə yenidən məhkəmədə iddia qaldırmaq hüququ olması izah edilsin. Qərardaddan surəti rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır. Hakim: Ceyhun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar