Məhkəmə qərarları › İş №e-2(075)-2614/2024

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-2614/2024

25.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-2614/2024 25.12.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «ABC Telecom” MMC Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, imeı kodu **********48859 Samsung Galaxy A73 markalı telefon üçün 1015 (bir min on beş) manat ödənilməmiş hissə, 101 (yüz bir) manat cərimə borcu, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, imeı kodu **********19824 Xıaomı Poco M4 pro markalı telefon 440.89 (dörd yüz qırx manat səksən doqquz qəpik) manat ödənilməmiş hissə, 44.11 (qırx dörd manat on bir qəpik) manat cərimə borcu, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, imeı kodu **********66167 Samsung Galaxy A23 markalı telefon üçün 64.51 (altmış dörd manat əlli bir qəpik) manat ödənilməmiş hissə, 6.49 (altı manat qırx doqquz qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 1672 (min altı yüz yetmiş iki) manat borc, 36.72 (otuz altı manat yetmiş iki qəpik) manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh qanunvericiliyə uyğun rəsmi qaydada bildiriş göndərilmiş, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-ci il, xx.xx.2023-cü il və xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, imeı kodu **********48859 Samsung Galaxy A73 markalı telefon , imeı kodu **********19824 Xıaomı Poco M4 pro markalı telefon , imeı kodu **********66167 Samsung Galaxy A23 markalı telefon almış və nəticədə 1672 (bir min altı yüz yetmiş iki) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1523 (bir min beş yüz iyirmi üç) manat (12 ay x 121.5 manat + 65 manat ilkin ödəniş) imeı kodu **********48859 Samsung Galaxy A73 markalı telefon üçün ümumilikdə,1116 (bir min yüz on altı) manat olmaqla ondan, 1015 (bir min on beş) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 101 (yüz bir) manat cərimə borcu yaranmışdır. xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 771 (yeddi yüz yetmiş bir) manat (18 ay x 64.25 manat + 0 manat ilkin ödəniş) imeı kodu **********19824 Xıaomı Poco M4 pro markalı telefon üçün ümumilikdə, 485 (dörd yüz səksən beş) manat olmaqla ondan, 440.89 (dörd yüz qırx manat səksən doqquz qəp) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 44.11 (qırx dörd manat on bir qəp) manat cərimə borcu yaranmışdır; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 772.02 (yeddi yüz yetmiş iki manat iki qəp) manat (18 ay x 42.89 manat + 0 manat ilkin ödəniş) imeı kodu **********66167 Samsung Galaxy A23 markalı telefon üçün ümumilikdə, 71 (yetmiş bir) manat olmaqla ondan, 64.51 (altmış dörd manat əlli bir qəp) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 6.49 (altı manat qırx doqquz qəp) manat cərimə borcu yaranmışdır; Cavabdehin cəmi ödədiyi məbləğ 1545.62 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə bağlanılmış xx.xx.2023-ci il , xx.xx.2023-ci il və xx.xx.2022-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə olan telefon danışığı, həmçinin xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir Azərbaycan Respublikasının MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İddiaçı "xxxx" MMC-nin cavabdehə qarşı hazırkı iddia tələbinin 101 (yüz bir) manat, 44.11 (qırx dörd manat on bir qəpik) manat və 6.49 (altı manat qırx doqquz qəpik) manat məbləğində cərimənin ödənilməsi hissəsində məhkəmə hesab edir ki, cərimənin məbləği tənasübsüz dərəcədə yüksək hesablanmışdır. Beləliklə, Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 442, 445.1, 445.2.1-ci maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia tələbi qismən təmin edilməli xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, imeı kodu **********48859 Samsung Galaxy A73 markalı telefon üçün 1015 (bir min on beş) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat cərimə borcu, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, imeı kodu **********19824 Xıaomı Poco M4 pro markalı telefon 440.89 (dörd yüz qırx manat səksən doqquz qəpik) manat ödənilməmiş hissə, 10 (on) manat cərimə borcu, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, imeı kodu **********66167 Samsung Galaxy A23 markalı telefon üçün 64.51 (altmış dörd manat əlli bir qəpik) manat ödənilməmiş hissə, 5 (beş) manat cərimə borcu olmaqla ümumilikdə 1555,4 (min beş yüz əlli beş manat qırx qəpik) manat borc, 36.72 (otuz altı manat yetmiş iki qəpik) manat ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq «ABC Telecom” MMC-nə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, imeı kodu **********48859 Samsung Galaxy A73 markalı telefon üçün 1015 (bir min on beş) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat cərimə borcu, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, imeı kodu **********19824 Xıaomı Poco M4 pro markalı telefon 440.89 (dörd yüz qırx manat səksən doqquz qəpik) manat ödənilməmiş hissə, 10 (on) manat cərimə borcu, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, imeı kodu **********66167 Samsung Galaxy A23 markalı telefon üçün 64.51 (altmış dörd manat əlli bir qəpik) manat ödənilməmiş hissə, 5 (beş) manat cərimə borcu olmaqla ümumilikdə 1555,4 (min beş yüz əlli beş manat qırx qəpik) manat borc, 36.72 (otuz altı manat yetmiş iki qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq «ABC Telecom” MMC-nə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Vəliyev MƏHKƏMƏ İCLASİNDAN KƏNAR AYRİCA PROSESSUAL HƏRƏKƏT BARƏDƏ PROTOKOL Şəki Rayon Məhkəməsi xx.xx.2024-cü il Şəki şəhəri Mən, Şəki Rayon Məhkəməsinin hakimi Vəliyev Elşən Yaşar oğlu, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Şəki Rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət etdim. Prosessual hərəkət saat 09:50-da başlandı. İddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib iddianın qismən təmin edilməsi haqqında qətnamə qəbul etdim. Prosessual hərəkət saat 10:00-da qurtardı. Hakim Elşən Vəliyev Azərbaycan Respublikası adından QƏTNAMƏDƏN ÇİXARİŞ Şəki Rayon Məhkəməsi Şəki şəhər İş № 2(075)-2614/2024 xx.xx.2024-cü il Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında bаxаrаq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, imeı kodu **********48859 Samsung Galaxy A73 markalı telefon üçün 1015 (bir min on beş) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat cərimə borcu, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, imeı kodu **********19824 Xıaomı Poco M4 pro markalı telefon 440.89 (dörd yüz qırx manat səksən doqquz qəpik) manat ödənilməmiş hissə, 10 (on) manat cərimə borcu, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, imeı kodu **********66167 Samsung Galaxy A23 markalı telefon üçün 64.51 (altmış dörd manat əlli bir qəpik) manat ödənilməmiş hissə, 5 (beş) manat cərimə borcu olmaqla ümumilikdə 1555,4 (min beş yüz əlli beş manat qırx qəpik) manat borc, 36.72 (otuz altı manat yetmiş iki qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq «ABC Telecom” MMC-nə ödənilsin İddia qalan hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Vəliyev AZƏRBAYCAN RESPUBLİKASİ ŞƏKİ RAYON MƏHKƏMƏSİ AZ 5500, Şəki şəhəri, Salman Mümtaz küçəsi 1004 Tel: (024) 244-70-13, Faks: (024) ***-**-** www.shakicourt.gov.az Elektron ünvan İş № 2 (075)-2614/2024 25 dekabr 2024-cü il İddiaçı: "xxxx" MMC (Bakı şəh.Yasamal ray, Moskva pr 73 A) Cavabdeh: Cavabdeh (Şəki rayonu, Böyük Dəhnə kəndi) Şəki Rayon Məhkəməsinin 25 dekabr 2024-cü il tarixli, 2 (075)-2614/2024 saylı qətnaməsinin surəti məlumat üçün sizə göndərilir. Qoşma: 02 vərəqə, 03 səhifə. Hakim Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar