Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-2625/2025 28.11.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlu, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair işə məhkəmənin inzibati binasında, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 261 (iki yüz altmış bir) manat məbləğində əsas və 30 (otuz) manat məbləğində dövlət rüsumu, ümumilikdə 291 (iki yüz doxsan bir) manat məbləğində pul vəsaitinin İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC tərəfindən X1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərlərin əvəzinin ödənilməsi məqsədilə xx.xx.2023-cü il tarixində “əmlakın yanğından və digər əlavə risklərdən sığortası” növü üzrə PİM/23/0157 nömrəli sığorta müqaviləsi (şəhadətnaməsi) ilə sığortalanmışdır. xx.xx.2025-ci il tarixində X1 mülkiyyətində olan yaşayış sahəsinə 43 nömrəli mənzildən su axıdılması nəticəsində zərər dəymişdir. İş materiallarında olan Abşeron rayonu 1 saylı Mənzil Təsərrüfatı İstehsalat İstismarı Təmiri Sahəsinin arayışından görünür ki, yaşayış sahəsinə su axıntısı baş verməsi ilə bağlı şikayət əsasında baxış keçirilmiş, baxış zamanı həmin binanın 43 nömrəli mənzilinin daxilindəki su xətlərində yaranmış nasazlıq səbəbilə su axıdılması nəticəsində X1 mülkiyyətində olan yaşayış sahəsinə maddi ziyan dəyməsi faktı müəyyən olunmuşdur. Həmçinin həmin arayışa əsasən, hadisənin baş verməsində təqsirli şəxs 43 saylı mənzilin sahibi Cavabdeh olmuşdur. İş materiallarında olan dəymiş zərərin hesabatı ilə bağlı rəydən görünür ki, X1 mülkiyyətində olanünvan 2 ünvanında yerləşən yaşayış sahəsinə subasma hadisəsi nəticəsində 261 (iki yüz altmış bir) manat məbləğində zərər vurulmuşdur. Beləliklə, baş vermiş hadisə ilə bağlı xx.xx.2025-ci il tarixli, Fİ- 0018/2025/AKT171/25 nömrəli aktla 261 (iki yüz altmış bir) manat məbləğində pul vəsaiti İddiaçı ASC tərəfindən faydalanan şəxsin bank hesabına köçürülmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5.1 və 284-5.3cü maddələrinə əsasən məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir. Cavabdehə qanunvericiliyə uyğun rəsmi qaydada bildiriş göndərilmiş, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır. İş materiallarında olan: - xx.xx.2025-ci il tarixli “Subasma hadisəsinə dair” arayışdan görünür ki, hadisəinin baş verməsində təqsirli şəxs olaraq Cavabdeh göstərilmişdir. - xx.xx.2025-ci il tarixli ödəniş tapşırığından gğrünür ki, "xxxx" ASC tərəfindən X2 261 manat ödəniş həyata keçirilmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə, Mülki Məcəllənin 936.1, 936.2, 1096.1, 1096.2, 1097.1, 1097.3, 1111.2-ci maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 261 manat məbləğində zərər məbləği tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-580, 587, 588, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 261 (iki yüz altmış bir) manat zərər məbləği, 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №e-2(075)-2625/2025
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-2625/2025
28.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver