Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-2626/2025 28.11.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair işə məhkəmənin inzibati binasında, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən, X1 2 il xidməti, tozsoran Philips, paltaryuyan Beko üçün , 1285,92 (bi rmin iki yüz səksən beş manat doxsan iki qəpik) manat ödənilməmiş hissə, 128,59 (yüz iyirmi səkkiz manat, əlli doqquz qəpik) manat cərimə, xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən, Zəmanət + 1 il xidməti, Hisense TV üçün , 918 (doqquz yüz on səkkiz) manat ödənilməmiş hissə, 91,80 (doxsan bir manat səksən qəpik) manat cərimə, ümumilikdə 2424,31 manat borc, 44,25 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2025-cü il, xx.xx.2025-cü il tarixli müqavilələrə əsasən X1 2 il xidməti, tozsoran Philips, paltaryuyan Beko, Zəmanət + 1 il xidməti, Hisense TV xidməti almış və nəticədə 2424,31 (iki min dörd yü ziyirmi dörd manat otuz bir qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1285,92 (bi rmin iki yüz səksən beş manat doxsan iki qəpik) manat (18 ay x 71.44 manat + 0 manat ilkin ödəniş) olan X1 2 il xidməti, tozsoran Philips, paltaryuyan BEKO üçün ümumilikdə, 1414,51 (bir min dprd yüz on dörd manat əlli bir qəpik) manat olmaqla ondan, 1285,92 (bi rmin iki yüz səksən beş manat doxsan iki qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 128,59 (yüz iyirmi səkkiz manat, əlli doqquz qəpik) manat cərimə, xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 918 (doqquz yü zon səkkiz) manat (18 ay x 51 manat + 0 manat ilkin ödəniş) olan Zəmanət + 1 İL xidməti, Hisense TV üçün ümumilikdə, 1009,80 (bi rmin doqquz manat səksən qəpik) manat olmaqla ondan, 918 (doqquz yüz on səkkiz) manat ödənilməmiş hissə, güzəşt olunaraq 91,80 (doxsan bir manat səksən qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 0 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2025-cü il, xx.xx.2025-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədənkənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5.1 və 284-5.3cü maddələrinə əsasən məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir. Cavabdehə qanunvericiliyə uyğun rəsmi qaydada bildiriş göndərilmiş, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarından müəyyən edilir ki, tərəflər arasında bağlanmış xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən, X1 2 il xidməti, Philips tozsoran, Beko paltaryuyan və xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən, Zəmanət + 1 il xidməti, Hisense TV cavabdehə verməyi, cavabdeh isə öz növbəsində həmin malın dəyərini hissə-hissə ödəməyi öz öhdələrinə götürmüşlər. İddiaçı öz öhdəliyini yerinə yetirsə də cavabdeh öz öhdəliyini tam yerinə yetirməmişdir. Nəticədə cavabdehin xx.xx.2025-cü il tarixli müqaviləsinə əsasən, 1285,92 (bi rmin iki yüz səksən beş manat doxsan iki qəpik) manat ödənilməmiş hissə, 128,59 (yüz iyirmi səkkiz manat, əlli doqquz qəpik) manat cərimə, xx.xx.2025-cü il tarixli müqaviləsinə əsasən 918 (doqquz yüz on səkkiz) manat ödənilməmiş hissə, 91,80 (doxsan bir manat səksən qəpik) manat cərimə borcu yaranmışdır. İddiaçı tərəfindən müqavilənin 4.1-ci bəndinə əsasən borcun ödənilməsi ilə bağlı xəbərdarlıq göndərilmişdir. Məhkəmə, Mülki Məcəllənin 385.1, 399.1, 442, 445.1, 445.2.1, 567, 600.1, 600.4-cü maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində təmin edilməli, xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən, X1 2 il xidməti üçün 1285,92 manat əsas borc, xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən, Zəmanət + 1 il xidməti, Hisense TV üçün 918 manat əsas borc Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Məhkəmə, Mülki Məcəllənin 462.1 və 467-ci maddələrinə əsasən hesab edir ki, cavabdehdən xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən 100 manat, xx.xx.2025-cü il tarixli müqavələyə əsasən 50 manat cərimə məbləği tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən ödənilmiş 43,53 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-580, 587, 588, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən, X1 2 il xidməti, Philips tozsoran, Beko paltaryuyan üçün 1285,92 (bi rmin iki yüz səksən beş manat doxsan iki qəpik) manat ödənilməmiş hissə, 100 (yüz) manat cərimə borcu və xx.xx.2025-cü il tarixli müqaviləsinə əsasən, Zəmanət + 1 il xidməti, Hisense TV üçün 918 (doqquz yüz on səkkiz) manat ödənilməmiş hissə, 50 (əlli) manat cərimə, ümumilikdə 2353,92 (iki min üç yüz əlli üç manat doxsan iki) manat ödənilməmiş hissə və 43,53 (qırx üç manat əlli üç qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №e-2(075)-2626/2025
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-2626/2025
28.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver