Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-269/2025 18.02.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər X21 və Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində notariat ofisinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi; İddia tələbinin dəlilləri; İddiaçı cavabdehlər X21 və Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən xx.xx.2023-cü il tarixdə, 2V-127 nömrə ilə qeyd edilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Mingəçevir şəhərinin N.Nərimanov küçəsində yerləşən 28/1 saylı evin 33 saylı mənzili mərhum atası X13 adına olmuşdur. Belə ki, 1967-ci ildə 3 nəfər ailə üzvü ilə atasına mənzil verilmişdir. O də daim qeyd olunan mənzildə yaşamışdır. Hazırda da o ailə üzvləri ilə birlikdə Mingəçevir şəhərinin N.ünvan 1 ünvanda qeydiyyatdadır. Cavabdeh2 isə heç bir rəsmi sənəd olmadan hazırda atasından miras qalmış əmlaka mülkiyyət sənədi almışdır. Bu isə tam qanunsuz və əsassızdır. Çünki , atası Mənsim Məmmədov və anası Qəşəng Məmmədovanın ondan başqa övladları yoxdur. O ailə üzvləri ilə birlikdə Mingəçevir şəhərinin N.Nərimanov küçəsində yerləşən 28/1 saylı evin 33 saylı mənzilində yaşamaqla mənzil təsərrüfatını idarə edir. Cavabdeh2 isə bir dəfə də olsun mübahisəli mənzilə gəlməmiş, orada yaşamamış, təsərrüfatı idarə etməmişdir.Hazırda onun və ailə üzvlərinin qeyd olunan mənzildən başqa ayrı yaşamağa yerləri yoxdur. Eyni zamanda da o mübahisəli mənzilin təmir olunmasında iştirak etmişdir. Mingəçevir şəhər Məhkəməsinin 07 avqust 2023-cü il tarixli , 2(051)-1324/2023 saylı qətnaməsinə əsasən onun , yəni X4 iddiaçı Cavabdeh2 mülkiyyətində olan , Mimgəçevir şəhərinin N.Nərimanov küçəsində yerləşən 28/1 saylı evin 33 saylı mənzilindən çıxarılmağı qət edilmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı və cavabdehlər X21 və Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Lakin cavabdeh Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisi məhkəməyə göndərdiyi 11 fevral 2025-ci il tarixli məktubunda işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının MPM-nin 185-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında İddiaçı izahat verərək bildirdi ki, iddianı müdafiə edir. 1996-cı ildə atası anasından boşandıqdan sonra X17 ilə ailə həyatı qurmuşdur. Mərhum atası X29 28 mart 2006-cı il tarixdə vəfat etmişdir. Mingəçevir şəhəri, N.Nərimanov küçəsindəki 28/1 saylı evin, 33 saylı mənzil onun mərhum atası X13 mülkiyyətində olmuşdur. X27 vəfatından sonra 2 nəfər birinci dərəcəli vərəsələri qalmışlar. Atası vəfat etdikdən xeyli müddət sonra ona müəyyən olmuşdur ki, X17 notariat orqanına saxta sənədlər təqdim edərək miras əmlaka dair vərəsəlik şəhadətnaməsi almışdır. Notariat kontoruna təqdim edilən sənədləri nəzərdən keçirdikdə, aydın olur ki, həmin sənədlərdə saxtakarlıq aşkar edilmişdir. X2 13 aprel 2018-ci ildə vəfat etmişdir. Atasından qalmış miras əmlakı isə vəsiyyətnamə ilə bacısı qızına vəsiyyət etmişdir. Qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilən zaman mərhum X13 digər vərəsələrinin olması nəzərə alınmamışdır. Miras əmlakdan payının müəyyən olunması ilə bağlı Mingəçevir Şəhər Məhkəməsinə müraciət etmiş, Mingəçevi Şəhər Məhkəməsinin qətnaməsi ilə iddia tələbi təmin edilsə də, Şəki Apellyasiya Məhkəməsinin qətnaməsinə əsasən qətnamə tamamilə ləğv edilmişdir. İşin halları İş materiallarına əlavə edilməklə məhkəmə iclasında tədqiq edilmiş; Mingəçevir şəhər VVADQ şöbəsi tərəfindən 28 mart 2006-cı il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X30 28 mart 2006-cı il tarixdə vəfat etmişdir. 21 may 2023-cü il tarixli aktdan görünür ki, İddiaçı həqiqətən X18 və X14 övladıdır,1967-ci il tarixdən 1995-ci il tarixədək ünvan 2 ünvanında yaşayıblar. İddiaçı övladları Murad və Lətafət həmin ünvanda anadan olmuşlar və yaşamışlar. Məsim və Qəşəng boşandıqdan sonra, Rəsmiyyə atası Məsimin qayğısına qalmış və onun yas mərasiminin bütün xərclərini çəkmişdir. O, cümlədən analığı Almaz ilə münasibətləri normal olmuşdur, Rəsmiyyə analığı Almazı anası qədər sevirdi, hətta uşaqları da Rəsmiyyə ilə birlikdə həmin ünvanda yaşayıblar. Mehriban qonşuluqları davam edir, həmin evdə Rəsmiyyədən başqa heç kəsin haqqı yoxdur, çünki Məsimlə, Almazın övladı olmamışdır. Məsimin Rəsmiyyə adlı bir övladı var. Hal-hazırda Rəsmiyyə övladları ilə bü ünvanda yaşayışlar. Aktın doğruluğunu İddiaçı, X15, X22, X23, Ələkbərov Firdovsi, Ələsgərov İnqilab və Quliyev İlham öz imzaları ilə təsdiq etmişlər. Azərbaycan Respublika Dövlət X6 Arxiv Arayışından görünür ki, filialda mühafizə olunan Mingəçevir şəhər ZDS İcraiyyə komitəsinin arxiv fondunun sənədlərinə əsasən 29 iyun 1967-ci il tarixli, 8 saylı protokolunda M.Y.Məmmədovun adına ev bölgüsü qeyd edilmişdir. Azərbaycan Respublikası Mingəçevir şəhəri Mənzil Təsərrüfat və Abadlaşdırma İdarəsi tərəfindən verilmiş 07 oktyabr 2022-ci il tarixli, 369 nömrəli arayışdan görünür ki, X1 şəhəri, Nəriman Nərimanov küçəsi, ev 28/1, mənzil 33 ünvanında yaşayır. X3 2019-cu ildən bu günə kimi həmin mənzildə yaşayır. Kommunal xərclərini o ödəyir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında 28 avqust 2023-cü il tarixli, ******* nömrəli arayışdan görünür ki, İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. Qeydiyyat başqa şəxslər yoxdur. Azərbaycan Respublikası Mingəçevir şəhəri Mənzil Təsərrüfat və Abadlaşdırma İdarəsi tərəfindən verilmiş 19 may 2024-cü il tarixli, 150 nömrəli arayışdan görünür ki, X1 şəhəri, Nəriman Nərimanov küçəsi, ev 28/1, mənzil 33 ünvanında yaşayır. X12, X25, X19, X20 və X26 adlı şəxslər vardır. 06 fevral 2023-cü il tarixli, 2V-127 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, Mingəçevir şəhəri 2 saylı notariat ofisinin xüsusi notariusu X31 30 aprel 2008-ci il tarixdə tesdiq edilən və reyestrdə 2V-79 nömrəsi ilə qeyd olunan vəsiyyətnaməyə əsasən təsdiq etmişdir ki, 13 aprel 2018-ci il tarixdə vəfat etmiş X8 vərəsəsi: Cavabdeh2dır və o, miras əmlakdan tam hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak-ƏMDK-nin yanında DƏDRX-nin Yevlax Ərazi İdarəsi tərəfindən 01 fevral 2023-cü il tarixdə X10 verilmiş **********38-05101 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Mingəçevir şəhəri, Nəriman Nərimanov küçəsi, ev 28/1 ünvanında yerləşən ümumi sahəsi 42.79 kv/m olan 33 saylı mənzildən ibarətdir. Mingəçevir Şəhər Məhkəməsinin 2 (051)-2675/2018 saylı, 12 dekabr 2018-ci il tarixli qətnaməsindən görünür ki, X18 adına verilmiş 12.102006-cı il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, X8 adına verilmiş Mingəçevir şəhəri, Nəriman Nərimanov küçəsindəki 28/1 saylı evin, 33 saylı mənzilə aid “seriya MH0002291” saylı reyestrdən çıxarışın ləğv edilməsi, Mingəçevir şəhəri, N.Nərimanov küçəsindəki 28/1 saylı evin, 33 saylı mənzili ½ hissədə Mustafayeva (Məmmədova) Rəsmiyyə Məsim qızı, qalan ½ hissədə Cavabdeh2 paylarının müəyyən olunması və paylara mütənasib surətdə bölünməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 2 (107)-2069/2021 saylı, 09 dekabr 2021-ci il tarixli qətnamədən görünür ki, maraqlı şəxs Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 2 (051)-2675/2018 saylı, 12 dekabr 2018-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsi, yeni qətnamə qəbul edilməsi, 12.102006-cı il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, X8 adına verilmiş Mingəçevir şəhəri, Nəriman Nərimanov küçəsindəki 28/1 saylı evin, 33 saylı mənzilə aid “seriya MH0002291” saylı reyestrdən çıxarışın ləğv edilməsi, Mingəçevir şəhəri, N.Nərimanov küçəsindəki 28/1 saylı evin, 33 saylı mənzili ½ hissədə Mustafayeva (Məmmədova) Rəsmiyyə Məsim qızı, qalan ½ hissədə Cavabdeh2 paylarının müəyyən olunması və paylara mütənasib surətdə bölünməsi barədə iddiasının rədd edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2 (102)-2582/2022 saylı, 11 may 2022-ci il tarixli qərarından görünür ki, Mustafayeva (Məmmədova) Rəsmiyyə Məsim qızı tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Şəki Apellyasiya Məhkəməsinin 2 (107)-2069/2021 saylı, 09 dekabr 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1321.1-ci maddəsinə əsasən vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi; Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia ilə əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmamalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının mərhum atası X30 28 mart 2006-cı il tarixdə vəfat etmişdir. X16 Mingəçevir şəhəri, N.Nərimanov küçəsindəki 28/1 saylı evin, 33 saylı mənzil miras qalmışdır. 12 oktyabr 2006-cı il tarixli şəhadətnamə əsasında həmin miras əmlak X18 üzrə vərəsəsi X8 adına keçmişdir. X2 13 aprel 2018-ci il tarixdə vəfat etmişdir. X17 vəsiyyətnamə əsasında adı çəkilən mənzili xx.xx.2006-cı il qeydiyyat tarixli, ******* seriya nömrəli çıxarışla mülkiyyət hüququ əsasında adına qeydiyyata aldırmış və 30 aprel 2008-ci il tarixli, 7E-09-6254 reyestr nömrəli vəsiyyətnamə ilə özünə məxsus bütün əmlakla bərabər Cavabdeh2 vəsiyyət etmişdir. Cavabdeh Səlimova X11 şəhəri 2 saylı Dövlət Notariat ofisinə müraciət edərək, X5 miras qalmış Mingəçevir şəhəri, N.Nərimanov küçəsindəki 28/1 saylı evin, 33 saylı mənzili rəsmi olaraq qəbul etmişlər. Bu barədə Mingəçevir şəhəri 2 saylı Dövlət Notariat ofisi tərəfindən 30 aprel 2008-ci il tarixdə tesdiq edilən və reyestrdə 2V-79 nömrəsi ilə qeyd olunan vəsiyyətnaməyə əsasən cavabdehin adına 06 fevral 2023-cü il tarixli, 2V-127 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İddiaçı Notarius tərəfindən isə X13 başqa digər vərəsələrin mövcudluğunu tam şəkildə araşdırılmadığını əsas gətirərək, vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Göründüyü kimi, vərəsəlik hüquq münasibətlərini tənzimləyən mülki qanunvericilik mirasın qəbulunun iki üsulunu-yəni formal və qeyri-formal üsullarını müəyyən etmiş, mirasın vərəsənin mülkiyyətinə keçməsini qanunla müəyyən edilmiş müddət daxilində onun özünün həmin mirasın mülkiyyətçisi olmaq niyyətini ifadə edən iradə ifadəsi ilə şərtləndirmişdir. Bundan başqa, mirasın hər iki üsul ilə qəbul edilməsi məhz Mülki Məcəllənin 1246-cı maddəsində müəyyən edilmiş müddət daxilində-yəni mirasın açıldığı vaxtdan 6 ay müddətində həyata keçirilməlidir. Həmin müddət keçdikdən sonra isə mirasın hər hansı üsulla qəbul edilməsinə yol verilmir. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə, vərəsənin mirasın açıldığı yerin notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verməsi başa düşülür. Belə bir ərizənin verilməsi vərəsənin birbaşa iradə ifadəsi ilə bağlı olub, onun miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut edir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu dedikdə isə vərəsənin elə hərəkətləri başa düşülür ki, o, məhz vərəsə kimi həmin hərəkətləri ilə mirası qəbul etmək niyyətini açıq-aşkar nümayiş etdirir və vərəsənin həmin hərəkətlərindən onun mirası qəbul etmək məqsədi güddüyü müəyyən olunur. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Belə hərəkətlər əsasən vərəsənin miras qoyanın ölümündən əvvəl və bundan sonra onun evində yaşaması və ya miras qoyanın ölümündən sonra onun evinə köçərək orada yaşaması, mirasın saxlanması və idarə olunması üçün onun tərəfindən xərclərin çəkilməsi və vergilərin ödənilməsi və s. hərəkətlər aiddir. Mirasın qəbul edilməsi mirasqoyanın ölümündən sonra üç ay müddətində notariat kontoruna ərizə vermək və ya miras əmlaka sahiblik və faktiki idarə etmək yolu ilə mirası qəbul etdiyini şəksiz nümayiş etdirməklə mümkündür. İddiaçı notariat kontoruna mirası qəbul etməsi barədə atası vəfat etdiyi tarixdən bugünə kimi heç bir ərizə verməmişdir. Eyni zamanda iddiaçı miras əmlaka sahiblik etməsi və faktiki idarə etməsi barədə də məhkəməyə heç bir sübut təqdim etməmişdir. Mirasın faktiki qəbulu dedikdə vərəsənin miras əmlaka sahibliyi və miras əmlakı idarə etməsinin elə forması nəzərdə tutulur ki, bu zaman mirasın qəbul edilməsi şəksiz nümayiş etdirilir və heç kəsdə şübhə doğurmur. Hazırkı mülki iş üzrə isə iddiaçı mirası faktiki qəbul etməsini sübuta yetirə bilməmişdir. Buna görə də iddia əsassız olduğu üçün rədd edilməlidir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər X21 və Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində notariat ofisinə qarşı Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən xx.xx.2023-cü il tarixdə, 2V-127 nömrə ilə qeyd edilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunması tələbinə dair iddiası təmin edilməməlidir . Tələb edilməməsi nəzərə alınaraq ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı özünə aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 227.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddiaçı cavabdehlər X21 və Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində notariat ofisinə qarşı Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən xx.xx.2023-cü il tarixdə, 2V-127 nömrə ilə qeyd edilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunması tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elşən Vəliyev
Məhkəmə qərarları › İş №e-2(075)-269/2025
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-269/2025
18.02.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver