Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-2693/2025 23.12.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair işə məhkəmənin inzibati binasında, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, Samsung paltaryuyan üçün 649 (altı yüz qırx doqquz) manat ödənilməmiş hissə, 64.9 (altmış dörd manat doxsan qəpik) manat cərimə, xx.xx.2025-ci il, tarixli müqaviləyə əsasən, İmei kod **********95034 Oppo A3X üçün 228.78 (iki yüz iyirmii səkkiz manat yetmiş səkkiz qəpik) manat ödənilməmiş hissə, 22.88 (iyirmi iki manat səksən səkkiz qəpik) manat cərimə, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********21141 Xıaomı Redmı A3 üçün 180 (yüz səksən ) manat ödənilməmiş hissə, 18 (on səkkiz) manat cərimə, ümumilikdə 1163.56 manat borc, 31.64 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il tarixli müqavilələrə əsasən, Samsung paltaryuyan, İmei kod **********95034 Oppo A3X, İmei kod **********21141 Xıaomı Redmi A3 almış və nəticədə 1163.56 (bir min yüz altmış üç manat əlli altı qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2025ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 990 (doqquz yüz doxsan) manat (18 ay x 40 manat + 270 manat ilkin ödəniş) olan Samsung paltaryuyan üçün ümumilikdə, 713.90 (yeddi yüz on üç manat doxsan qəpik) manat olmaqla ondan, 649 (altı yüz qırx doqquz) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 64.9 (altmış dörd manat doxsan qəpik) manat cərimə, xx.xx.2025-ci il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 243.78 (iki yüz qırx üç manat yetmiş səkkiz qəpik) manat (6 ay x 38.13 manat + 15 manat ilkin ödəniş) olan İmei kod **********95034 Oppo A3X üçün ümumilikdə, 251.66 (iki yüz əlli bir manat altmış altı qəpik) olmaqla ondan, 228.78 (iki yüz iyirmii səkkiz manat yetmiş səkkiz qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 22.88 (iyirmi iki manat səksən səkkiz qəpik) manat cərimə, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 190.8 (yüz doxsn manat səksən qəpik) manat (6 ay x 30 manat + 10.8 manat ilkin ödəniş) olan İmei kod **********21141 Xıaomı Redmı A3 üçün ümumilikdə, 198 (yüz doxsan səkkiz) manat olmaqla ondan, 180 (yüz səksən) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 18 (on səkkiz) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 366.8 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədənkənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5.1 və 284-5.3cü maddələrinə əsasən məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir. Cavabdehə qanunvericiliyə uyğun rəsmi qaydada bildiriş göndərilmiş, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarından müəyyən edilir ki, tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, Samsung paltaryuyan, xx.xx.2025-ci il, tarixli müqaviləyə əsasən, İmei kod **********95034 Oppo A3X və xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********21141 Xıaomı Redmı A3 cavabdehə verməyi, cavabdeh isə öz növbəsində həmin malın dəyərini hissə-hissə ödəməyi öz öhdələrinə götürmüşlər. İddiaçı öz öhdəliyini yerinə yetirsə də cavabdeh öz öhdəliyini tam yerinə yetirməmişdir. Nəticədə cavabdehin xx.xx.2025-ci il tarixli müqaviləsinə əsasən, 649 (altı yüz qırx doqquz) manat ödənilməmiş hissə, 64,9 (altmış dörd manat doxsan qəpik) manat cərimə, xx.xx.2025-ci il tarixli müqaviləsinə əsasən 228,78 (iki yüz iyirmi səkkiz manat yetmiş səkkiz qəpik) manat ödənilməmiş hissə, 22,88 (iyirmi iki manat səksən səkkiz qəpik) manat cərimə borcu və xx.xx.2025-ci il tarixli müqaviləsinə əsasən 180 (yüz səksən) manat ödənilməmiş hissə, 18 (on səkkiz) manat cərimə borcu yaranmışdır. İddiaçı tərəfindən müqavilənin 4.1-ci bəndinə əsasən borcun ödənilməsi ilə bağlı xəbərdarlıq göndərilmişdir. Məhkəmə, Mülki Məcəllənin 385.1, 399.1, 442, 445.1, 445.2.1, 567, 600.1, 600.4-cü maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində təmin edilməli, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, Samsung paltaryuyan üçün 649 (altı yüz qırx doqquz) manat əsas borc, xx.xx.2025-ci il, tarixli müqaviləyə əsasən, İmei kod **********95034 Oppo A3X üçün 228.78 (iki yüz iyirmi səkkiz manat yetmiş səkkiz qəpik) manat əsas borc, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********21141 Xıaomı Redmı A3 üçün 180 (yüz səksən ) manat əsas borc Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Məhkəmə, Mülki Məcəllənin 462.1 və 467-ci maddələrinə əsasən hesab edir ki, cavabdehdən xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 20 manat, xx.xx.2025-ci il tarixli müqavələyə əsasən 10 manat və xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 5 manat cərimə məbləği tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən ödənilmiş 30,92 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-580, 587, 588, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, Samsung paltaryuyan üçün 649 (altı yüz qırx doqquz) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat cərimə, xx.xx.2025-ci il, tarixli müqaviləyə əsasən, İmei kod **********95034 Oppo A3X üçün 228.78 (iki yüz iyirmii səkkiz manat yetmiş səkkiz qəpik) manat ödənilməmiş hissə, 10 (on) manat cərimə, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********21141 Xıaomı Redmı A3 üçün 180 (yüz səksən) manat ödənilməmiş hissə, 5 (beş) manat cərimə, ümumilikdə 1092,78 (bir min doxsan iki manat yetmiş səkkiz qəpik) manat ödənilməmiş hissə və 30,92 (otuz manat doxsan iki qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №e-2(075)-2693/2025
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-2693/2025
23.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver