Məhkəmə qərarları › İş №e-2(075)-2749/2024

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-2749/2024

06.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-2749/2024 06.12.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Ceyhun Rasim oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 26 aprel 2023-cü il tarixli müqaviləyə əsasən, Vinil mat, İMEİ Kod **********74250 Honor X8A markalı telefon üçün 231,45 manat ödənilməmiş hissə, 23,55 manat cərimə borcu, 20 noyabr 2022-ci il tarixli müqaviləyə əsasən, Hoffmann markalı paltaryuyan üçün 191,82 manat ödənilməmiş hissə, 19,18 manat cərimə borcu, ümumilikdə 466 manat borc, 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Belə ki, tədqiq edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sübutlarla müəyyən edildi ki, Cavabdeh, "xxxx" MMC ilə 26 aprel 2023-cü il tarixdə bağladığı müqaviləyə əsasən, Vinil mat, İMEİ Kod **********74250 Honor X8A markalı telefon, 20 noyabr 2022-ci il tarixdə bağladığı müqaviləyə əsasən isə Hoffmann markalı paltaryuyan almış və nəticədə 466 manat borcu yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə 26 aprel 2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 885,48 manat (12 ay x 73,79 manat + 0 manat ilkin ödəniş) olan Vinil mat, İMEİ Kod **********74250 Honor X8A markalı telefon üçün ümumilikdə 255 manat olmaqla, ondan 231,45 manat ödənilməmiş hissə və 23,55 manat cərimə borcu, 20 noyabr 2022-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 684 manat (18 ay x 38 manat + 0 manat ilkin ödəniş) olan Hoffmann markalı paltaryuyan üçün ümumilikdə 211 manat olmaqla ondan, 191,82 manat ödənilməmiş hissə və 19,18 manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1146,21 manat təşkil edir. Tərəflər arasında bağlanılmış 26 aprel 2023 və 20 noyabr 2022-ci il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktlarından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Lakin cavabdeh müqavilə ilə təsbit olunmuş öhdəlikləri lazımi qaydada icra etməmişdir. Ödəniş cədvəllərinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq peniya ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5.1 və 284-5.3cü maddələrinə əsasən məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir. Cavabdehə qanunvericiliyə uyğun rəsmi qaydada bildiriş göndərilmiş, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarından müəyyən edilir ki, tərəflər arasında bağlanmış 26 aprel 2023-cü il tarixdə bağladığı müqaviləyə əsasən, Vinil mat, İMEİ Kod **********74250 Honor X8A markalı telefonu, 20 noyabr 2022-ci il tarixdə bağladığı müqaviləyə əsasən isə Hoffmann markalı paltaryuyanı cavabdehə verməyi, cavabdeh isə öz növbəsində həmin malın dəyərini hissə-hissə ödəməyi öz öhdələrinə götürmüşlər. İddiaçı öz öhdəliyini yerinə yetirsə də cavabdeh öz öhdəliyini tam yerinə yetirməmişdir. Nəticədə cavabdehin 26 aprel 2023-cü il tarixli müqaviləyə əsasən 231,45 (iki yüz otuz bir manat, qırx beş qəpik) manat ödənilməmiş hissə, 23,55 (iyirmi üç manat əlli beş qəpik) manat cərimə borcu, 20 noyabr 2022-ci il tarixli müqaviləyə əsasən, 191,82 (yüz doxsan bir manat səksən iki qəpik) manat ödənilməmiş hissə, 19,18 (on doqquz manat on səkkiz qəpik) manat cərimə borcu yaranmışdır. İddiaçı tərəfindən müqavilənin 4.1-ci bəndinə əsasən borcun ödənilməsi ilə bağlı xəbərdarlıq göndərilmişdir. Beləliklə Azərbaycan Respublikasının MM-nin 739.1, 567.1, 600.1, 600.4, 465, 386, 385.1, 442, 445.1, 445.2.1-ci maddələrinə əsasən və eləcədə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia tələbi təmin edilməli, 26 aprel 2023-cü il tarixli müqaviləyə əsasən, Vinil mat, İMEİ Kod **********74250 Honor X8A markalı telefon üçün 231,45 (iki yüz otuz bir manat, qırx beş qəpik) manat ödənilməmiş hissə, 23,55 (iyirmi üç manat əlli beş qəpik) manat cərimə borcu, 20 noyabr 2022-ci il tarixli müqaviləyə əsasən, Hoffmann markalı paltaryuyan üçün 191,82 (yüz doxsan bir manat səksən iki qəpik) manat ödənilməmiş hissə, 19,18 (on doqquz manat on səkkiz qəpik) manat cərimə borcu, ümumilikdə 466 (dörd yüz altmış altı manat) manat borc, 30 (otuz) manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 26 aprel 2023-cü il tarixli müqaviləyə əsasən, Vinil mat, İMEİ Kod **********74250 Honor X8A markalı telefon üçün 231,45 (iki yüz otuz bir manat, qırx beş qəpik) manat ödənilməmiş hissə, 23,55 (iyirmi üç manat əlli beş qəpik) manat cərimə borcu, 20 noyabr 2022-ci il tarixli müqaviləyə əsasən, Hoffmann markalı paltaryuyan üçün 191,82 (yüz doxsan bir manat səksən iki qəpik) manat ödənilməmiş hissə, 19,18 (on doqquz manat on səkkiz qəpik) manat cərimə borcu, ümumilikdə 466 (dörd yüz altmış altı manat) manat borc, 30 (otuz) manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ceyhun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar