Məhkəmə qərarları › İş №e-2(075)-275/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-275/2025

27.05.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-275/2025 27.05.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair, eyni zamanda iddiaçı Cavabdeh İddiaçı qarşı “pul tələbi”nə dair iddia ərizələri üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbinin dəlilləri: İddiaçı Cavabdeh İtehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təbii qazdan istifadəyə görə cavabdeh tərəfindən əsassız hesablanmış 598,80 manat borcun hesabımdan silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən ona məxsus fərdi yaşayış evinə xx.xx.2021-ci il tarixdə “ZENNERG4T Mexaniki” tipli **********8 nömrəli qaz sayğacı quraşdırılmışdır. 2023-cü ildə sözügedən qaz sayğacından təbii qazın axması baş vermişdir. Bununla bağlı dəfələrlə Şəki QİS-ə müraciətlər edilərək sayğacdan təbii qazın axıntısının qarşısının alınması xahiş edilmişdir. Dəfələrlə müraciətlərindən sonra nəhayət ki, 2024-cü ilin fevral ayında qaz sayğacı Şəki QİS-nin əməkdaşları tərəfindən təmin edilmişdir. xx.xx.2024-cü il tarixdə cavabdeh tərəfindən “Təbii qazdan istifadəyə görə yaranmış borcun ödənilməsi tələbi barədə” ona xəbərdarlıq məktubu göndərilmişdir. Həmin xəbərdarlıq məktubunda qaz hesabında 598,80 manat borcunun olduğu və həmin borcun 5 gün ərzində ödənilmədiyi təqdirdə təbii qazın verilişinin dayandırılacağı bildirilmişdir. O, İİ qrup əlildir, yataq xəstəsidir, pensiyaçıdır. Ailə üzvlərindən də biri körpə uşaqdır. Belə soyuq qış aylarında təbii qazın verilişinin dayandırılması ədalətsizlikdir. Hər ay qaz sərfiyyatına görə vaxtlı-vaxtında ödənişlər edilir. Borc məbləği düzgün hesablanmayıb, şişirdilmiş şəkildə hesablanmışdır. Bundan başqa aylarla onun təqsiri olmadan qaz sayğacından təbii qazın axıntısı olmuşdur. Dəfələrlə müraciətlərindən sonra sayğac təmir edilmişdir. Göründüyü kimi sayğacdan axan təbii qaz da borcun yaranmasına səbəb olmuşdur. Şəki QİS-nin əməkdaşları müraciət etdiyi vaxtdan sayğacı təmir etsəydilər, bu qədər borc yaranmazdı. Bu səbəbdən də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş, 2(075)-2821/2024 nömrə ilə qeydiyyata alınmışdır. İddiaçı Cavabdeh İtehsalat Birliyi cavabdeh İddiaçı qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Şəki şəhəri, R.Axundov küçəsi 2-də yaşayan İddiaçı sayğac göstəricisinə əsasən aparılmış hesabata görə yaranmış 622.44 manat əsas borcun, əvvəlcədən ödənilmiş 30.40 manat dövlət rüsumun, ümumilikdə isə 652.84 manat borcun (pulun) tutularaq Cavabdeh xeyrinə ödənilməsi (bank hesabları: ABB, Kod 8051700, M/H: AZ03NABZ********************, VÖEN **********, S.W.İ.F.T. İBAZAZ2X, AZ95İBAZ********************) barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, SOCAR Cavabdeh İB-nin Zaqatala Regional qaz istismarı İdarəsinin Şəki xidmət sahəsində istehlakçı kimi qeydiyyatda olan Şəki şəhəri R.Axundov küçəsi 2-də yaşayan cavabdeh İddiaçı məxsus mənzilində alqısatqı müqaviləsi əsasında təbii qazdan istifadə edilir. İstehlakçıya məxsus mənzildə uzun müddət təbii qazdan istifadə edilsə də qaz hesabında yaranmış borc tam şəkildə ödənilməmişdir. Cavabdeh İddiaçı **********00000 saylı qaz hesabında ödənilməmiş 622.44 manat borc vardır və hazırda məcburi qaydada ödənişinin təmin edilməsi üçün məhkəməyə müraciət edilir. Tələb olunan 622.44 manat borc sayğac göstəricisinə görə aparılmış hesabata əsasən yaranmışdır. İddia tələbində göstərilən sayğac göstəricisinə əsasən aparılmış hesabata görə yaranmış 622.44 manat məbləğdə borc cavabdeh İddiaçı yaşadığı ünvanda hazırda istismarda olan G4T markalı **********8 nömrəli sayğacın 10874 m göstəricisi ilə müəyyən edilmişdir. İddiaçı tərəf borcun ödənilməsi ilə bağlı cavabdehə müraciətlər etsə də, cavabdeh borcun ödənilməsini təmin etmədiyindən hazırkı mübahisə yaranmış və iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş, 2(075)-2867/2024 nömrə ilə qeydiyyata alınmışdır. Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(075)-2867/2024 saylı qərardadı ilə iddiaçı Cavabdeh İddiaçı qarşı “pul tələbi”nə iddiasına iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Şəki Rayon Məhkəməsinin xx.xx.2025-cü il tarixli, 2(075)-293/2025 saylı qərardadı ilə Şəki Rayon Məhkəməsinin icraatında olan və 2(075)-293/2025 nömrə ilə qeydiyyata alınmış iddiaçı Cavabdeh İddiaçı qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki iş və Şəki Rayon Məhkəməsində 2(075)-275/2025 nömrə ilə qeydiyyata alınmış İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işin bir icraatda birləşdirilməsi və mülki işlərin 2(075)-275/2025 nömrə ilə qeydiyyata alınması qərara alınmışdır. Cavabdeh iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, cavabdeh İddiaçı 730.49 manat borcun və 30.40 manat ödənilmiş dövlət rüsumunun tutulmasını xahiş etmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri: İddiaçı Cavabdeh İB-nin ona qarşı olan iddia tələbi üzrə özünü iddia ərizəsi ilə eyni məzmunlu yazılı etiraz təqdim etmişdir. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Cavabdeh İB-nin nümayəndəsi elektron qayada ərizə yazaraq onların iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: İş materiallarında olan: - “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” 07 noyabr 2014-cü il tarixli müqavilədən görünür ki, Cavabdeh İB istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq təqdim edilən hesaba əsasən ödəyir. - Abonentin saldosundan görünür ki, İddiaçı adına olan **********00000 nömrəli abonent hesabında 2025-ci ilin yanvar ayının sonuna 730.49 manat borc mövcuddur. - xx.xx.2024-cü il tarixli ********** saylı qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia qaldırılması üçün 30.40 manat dövlət rüsumu və xidmət haqqı ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 4.1. Qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, Xidmət tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. 5.1. Qazın pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. 5.2. Bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddiası rədd edilməli, iddiaçı Cavabdeh İddiaçı qarşı “pul tələbi”nə dair iddiası təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmə, İddiaçı iddia tələbi üzrə qeyd edir ki, iddiaçı hesablanmış borcun silinməsi əsası kimi, sayğacdan təbii qazın axıntısının olması göstərilmiş, bu barədə Cavabdeh İByə dəfələrlə müraciət etdiyini bildirsə də, nə elədiyi müraciətləri təqdim etməmiş, nə də iddia tələbini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” barədə iddia tələbi əsaslı deyil və təmin edilə bilməz. Məhkəmə, iddiaçı Cavabdeh iddia tələbi ilə bağlı qeyd edir ki, iddiaçının iddia tələbində göstərilmiş və İddiaçı abonent hesabında öz əksini tapan 730.49 manat borc məbləği təbii qazın istifadəsi nəticəsində yaranmışdır. Bu səbəbdən də iddia tələbi təmin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı Cavabdeh iddia tələbi təmin edildiyindən ödənilmiş 30.40 manat dövlət rüsumu və bank xidməti haqqı cavabdeh İddiaçı tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddiası təmin edilməsin. İddiaçı Cavabdeh İddiaçı qarşı “pul tələbi”nə dair iddia ərizəsi təmin edilsin. Cavabdeh İddiaçı sayğac göstəricisinə əsasən aparılmış hesabata görə yaranmış 730.49 (yeddi yüz otuz manat qırx doqquz qəpik) manat əsas borc, əvvəlcədən ödənilmiş 30.40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu, ümumilikdə isə 760.89 (yeddi yüz altmış manat səksən doqquz qəpik) manat pul tutularaq Cavabdeh xeyrinə (bank hesabları: ABB, Kod 8051700, M/H: AZ03NABZ********************, VÖEN **********, S.W.İ.F.T. İBAZAZ2X, AZ95İBAZ********************) ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar