Məhkəmə qərarları › İş №e-2(075)-276/2023

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-276/2023

11.08.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-276/2023 11.08.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs Qəyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Şəki rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, qızı X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və qızı X4 üzərində qəyyum təyin edilməyi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 320.2-ci maddəsinə əsasən barəsində fəaliyyət qabiliyyəti məsələsi həll olunan şəxs X4 iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, qızı X8 04 mart 1992-ci il tarixdə Şəki şəhərində anadan olmuşdur. X12 “Uşaq serebral iflicinin qalığı-dərin tetrapatez, nitq qüsuru zehini inkişaf geriliyi xəstəliyinə dükar olmuş və 05 aprel 2004-cü il tarixdən etibarən əlillik və ya sağlamlıq imkanlarının məhdudluq müddəti müddətsiz olaraq təsdiqlənmişdir. Bütün bunlarla yanaşı X12nın kənar şəxslərin qulluğuna ehtiyacı vardır. O, bununla bağlı Şəki şəhəri, İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına mübraciət edib qızı X4 üzərində qəyyum təyin edilməyi ilə bağlı rəy vermələrini xahiş etmişdir. Lakin Şəki şəhəri, İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası 18 noyabr 2022-ci il tarixli №7/Q-88-099 saylı cavab məktubu ilə qızının fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyəti hesab edilməsi barədə məhkəmə qətnaməsi təqdim edildikdən sonra qızının üzərində qəyyum təyin edilməyi məsələsinə baxılmasının mümkün olması bildirilmişdir. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs Qəyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X2 izahat verərək, ərizənin təmin edilməsinə etirazlarının olmadığını bildirmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarında əlavə edilmiş 22 mart 1992-ci il tarixli, XİV-ЖГ 453865 seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, 04 mart 1992-ci il təvəllüdlü X4 atası X9, anası Ərizəçidır. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarında əlavə edilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 05 aprel 2010-cu il tarixli arayışından görünür ki, X8 ümumi xəstəlik səbəbli birinci qrup əlil hesab edilmiş, daim kənar qulluğa ehtiyyacının olması bildirilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarında əlavə edilmiş 18 noyabr 2022-ci il tarixli Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tibbi-sosial ekspert komissiyasında sonuncu müayinəyə dair məlumatlardan görünür ki, X6 uşaq serebral iflicinin qalığı-dərin tetraparez, nitq qüsuru zehini inkişaf geriliyi diaqnozu qoyulmuş, kənar qulluğa ehtiyyacının olması bildirilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarında əlavə edilmiş Şəki şəhər İHB-nin 18 noyabr 2022-ci il tarixli, 7/Q-88/099 saylı məktubundan görünür ki, Maraqlı şəxs Qəyyumluq və Himayəçilik Komissiyasında Ərizəçi xx.xx.1992-ci il təvəllüdlü X8 üzərində qəyyum təyin edilməsi məsələsinə baxılmış, xx.xx.1992-ci il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi tələbinə dair məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X13 tərəfindən verilmiş 23 may 2023-cü il tarixli, 1422 saylı rəyindən görünür ki, X5 ORTA DƏRƏCƏLİ ƏQLİ GERİLİK DAVRANİŞ POZUNTULARİ İLƏ (F71.1) aşkar olunur. Bunu anamnestik məlumatlar - erkən yaşlarından psixi inkişafda geri qalması, əqli geriliklə əlaqədar orta məktəbdə təhsil ala bilməməsi, nevroloji klinikalarda müalicədə olması, xəstəliyi ilə əlaqədar İ qrup əlilliyi, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər - zamana görə bələdliyinin tam həcmdə olmaması, təfəkkürünün konkretliyi, abstraktlaşdırma qabiliyyətinin zəifliyi, əhavli-ruhiyyəsinin dayanıqsızlığı, maraq dairəsinin məhdudluğu, davranışının və emosiyalarının qeyri-adekvatlığı, yaddaş və intellekt funksiyalarının zəif inkişaf etməsi, öz vəziyyətinə qarşı tənqidinin olmaması, və sair sübut edir. Bunları nəzərə alaraq belə qərara gəlirəm ki, X8 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X5 orta dərəcəli əqli gerilik davranış pozuntuları ilə aşkar olunur. X8 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X8 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərərsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Göründüyü kimi X4 xroniki psixi xəstəlikləri ilə əlaqədar öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil, xəstəliyi nəticəsində öz hərəkətlərinin mənasını başa düşmür, öz hərəkətlərinə rəhbərlik edə bilmir. X4 fəaliyyət qabiliyyətsiz şəxs hesab olunması ilə bağlı olan müvafiq rəy də vardır. Ərizəçi X4 psixi qüsuruna görə fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında hazırkı ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Bu əsaslarla məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 04 mart 1992-ci il tarixdə ünvan 1 ünvanında yaşayan X8 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə qeyd edir ki, hazırki məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra Ərizəçi fəaliyyət qabiliyyəti olmayan şəxs X4 qəyyumu təyin edilə bilər. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azəbaycan Respublikası MPM-nin 216-220 və 360-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qətetdi: Ərizə təmin edilsin. 04 mart 1992-ci il tarixdə ünvan 1 ünvanında yaşayan X8 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, təqdim edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar