Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-2836/2025 30.12.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair işə məhkəmənin inzibati binasında, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh arasında bağlanmış BE145933 saylı xx-xx-2024-ci il tarixli Nisyə satış müqaviləsinə əsasən yaranmış 316,99 ( üç yüz on altı manat doxsan doqquz qəpik ) əsas borc, ( ) cərimə, BE084046 saylı xx-xx-2024 il tarixli Nisyə-satış müqaviləsinə əsasən yaranmış 194,98 ( bir yüz doxsan dörd manat doxsan səkkiz qəpik ) əsas borc, ( ) cərimə, ümumilikdə 511,97 ( beş yüz on bir manat doxsan yeddi qəpik ) borcun və 30 ( otuz manat ) dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında BE145933 saylı xx-xx-2024 il tarixdə bağlanmış Nisyə-satış müqaviləsinə əsasən, cavabdeh həmin müqavilənin 1 saylı əlavəsində göstərilən qaydada 12 ay müddətinə hər ayın 23-dən gec olmamaqla 39 ( otuz doqquz manat ) ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı ilə Cavabdeh arasında BE084046 saylı xx-xx-2024 il tarixdə bağlanmış Nisyə-satış müqaviləsinə əsasən, cavabdeh həmin müqavilənin 1 saylı əlavəsində göstərilən qaydada 18 ay müddətinə hər ayın 12-dən gec olmamaqla 31 ( otuz bir manat ) ödəməyi öhdəsinə götürmüşdür Cavabdeh qeyd olunan müqavilələrin öhdəliklərini lazımınca icra etməyərək, aylıq ödənişləri ödəməmiş və bununla da müqavilə şərtlərini pozmuşdur. Cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq, o, müqavilə üzrə götürdüyü öhdəlikləri könülü yerinə yetirməmişdir. Belə ki, borca dair arayışlardan görünür ki, Cavabdehİddiaçı MMC-yə BE145933 saylı müqaviləyə əsasən 316,99 ( üç yüz on altı manat doxsan doqquz qəpik ) əsas borc, ( ) cərimə, BE084046 saylı 194,98 ( bir yüz doxsan dörd manat doxsan səkkiz qəpik ) əsas borc, ( ) cərimə, ümumilikdə 511,97 ( beş yüz on bir manat doxsan yeddi qəpik ) borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5.1 və 284-5.3cü maddələrinə əsasən məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir. Cavabdehə qanunvericiliyə uyğun rəsmi qaydada bildiriş göndərilmiş, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarından müəyyən edilir ki, iddiaçı (satıcı) ilə Cavabdeh (alıcı) arasında bağlanmış BE145933 saylı xx-xx-2024-ci il tarixdə bağlanmış Nisyə-satış müqaviləsinə əsasən, satıcı ümumi dəyəri 39 manat, BE084046 saylı xx-xx-2024 il tarixdə bağlanmış Nisyə-satış müqaviləsinə əsasən, satıcı ümumi dəyəri 31 manat olan avadanlığı satmağı alıcı isə onun dəyərini hissə-hissə ödəməyi öhdələrinə götürmüşlər. İddiaçı öz öhdəliyini yerinə yetirsə də cavabdeh öhdəliyini lazımi qaydada yerinə yetirməmiş və İddiaçı MMCyə BE145933 saylı xx-xx-2024-ci il tarixdə bağlanmış Nisyə-satış müqaviləsi üzrə 316.99 manat, BE084046 saylı xx-xx-2024 il tarixdə bağlanmış Nisyə-satış müqaviləsi üzrə 511.97 manat borcu yaranmışdır. İddiaçı borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq göndərmişdir. Məhkəmə, Mülki Məcəllənin 385.1, 399.1, 442, 445.1, 445.2.1, 567, 600.1, 600.4-cü maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh BE145933 saylı xx-xx-2024-ci il tarixdə bağlanmış Nisyə-satış müqaviləsi üzrə 316.99 manat, BE084046 saylı xx-xx-2024 il tarixdə bağlanmış Nisyə-satış müqaviləsi üzrə 511.97 manat əsas borc tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-580, 587, 588, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış BE145933 saylı xx-xx-2024-ci il tarixdə bağlanmış Nisyə-satış müqaviləsinə əsasən yaranmış 316.99 (üç yüz on altı manat doxsan doqquz qəpik) borc, BE084046 saylı xx-xx-2024 il tarixdə bağlanmış Nisyə-satış müqaviləsinə əsasən yaranmış 511.97 (beş yüz on bir manat doxsan yeddi qəpik) və 30 (otuz manat) ödənilmiş dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №e-2(075)-2836/2025
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-2836/2025
30.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver