Məhkəmə qərarları › İş №e-2(075)-284/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-284/2025

02.04.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-284/2025 02.04.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, İddiaçı X26 və onun etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə Cavabdeh X27 və onun etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə, İddiaçı X14 cavabdehlər X27, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsi və Oğuz Rayonu Notariat Ofisinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi; İddia tələbinin dəlilləri; İddiaçı X26 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Oğuz Rayon Notariat Ofisinin notariusu X30 tərəfindən verilmiş xx.xx.2024-cü il tаrixli, 2v-378 №-li reyestrdə qeydə аlınmış «Vərəsəlik hüququ hаqqındа» şəhаdətnаmənin etibarsız hesab edilməsi və həmin şəhаdətnаmə əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilən çıxarışların ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Şəki rayonu, X51i, H.Cavid küçəsi, ev 48də yerləşən 0.3499 ha torpaq sahəsi və onun üzərində yerləşən 133.4 kv.m fərdi yaşayış evi iddiaçının mərhum nənəsi Şəki rayonu, X51 sakini X7 mülkiyyətində olmuşdur. H.Salamova xx.xx.2009-cu il tarixdə vəfat etmişdir X19 vəfat edəndən sonra onun aşağıdakı vərəsələri qalmışdır. 1. X1-vəfat edib 2. X2-vəfat edib 3. X5-vəfat edib (iddiaçının atası) 4. X3 5. X10 İddiaçının mərhum nənəsi X8 atası X16 çatası miras əmlakı qəbul etmək üçün X49 Xidmət Mərkəzinə müraciət etmişdir. X49 xidmət Mərkəzinin Notariat Ofisindən bildirilmişdir ki, sözügedən mirasla bağlı Oğuz Rayon Notariat Ofisində vərəsəlik işi açılmış və X20 vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin məsələyə aydınlıq iddiaçının müraciəti əsasında cavabdeh Oğuz Rayon Notariat Ofisinə vəkil sorğusu ilə müraciət olunmuşdur. Sorğuya verilən cavabda məlum olmuşdur ki, həqiqətən də vərəsəliklə bağlı qanunla müəyyən edilən müstəsna aidiyyət qaydaları pozularaq məhz əmlakın yerləşdiyi yerdə deyil, Oğuz rayonunda vərəsəlik işi açılmışdır. Ona görə də iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Vərəsəlik işinə nəzərə yetirəndə heç bir araşdırılmanın aparılmaığı, mərhumun 5 vərəsəsi barədə xx.xx.2024-cü il tarixli arayışın olmasına baxmayaraq onların cəlb edilməməsi, qeydiyyat orqanından heç bir məlumatın əldə edilməməsi, ən cddi problem isə aidiyyət qaydalarının pozulması müəyyən edilir. Cavabdeh X27 xx.xx.2024-cü il tarixdə ərizə ilə müraciət edərək rahat şəkildə həmin gündə də vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Hansı ki, ondan daha əvvəl iddiaçı Könül Cavadova 2024-cü ilin may ayında artıq X50 Xidmət Mərkəzinin Notariat Ofisinə mirasın qəbulu ilə bağlı müraciət etmişdi. Həmin ərəfədə vəziyyətdən narahat olan cavabdeh Y.Seyidov hansısa arxayınlıqla, işinin həll ediləcəyi barədə yüksək əminliklə Oğuz rayonu Notariat Ofisinə üz tutaraq vərəsəlik hüququ haqqındaşəhadətnaməni dərhal əldə etmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı X26 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı X26 və onun etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə izahat verərək bildirdi ki, X26 vərəsəlik işinin açılması ilə bağlı ASAN Xidmət Mərkəzinə müraciət etmişdir. Lazım olan sənədləri ASAN Xidmət Mərkəzinə təqdim etdikdən sonra şəhadətnamə götürmək istədikdə ona artıq həmin vərəsəlik işi üzrə şəhadətnamənin verildiyi məlum olmuşdur. Müraciət əsasəında müvafiq orqanlardan toplanmış materialların tədqiqi zamanı müəyyən olunmuşdur ki, X6 Rayon Notariusuna müraciət etmiş elə həmin günü də vərəsəlik üzrə şəhadətnamə almışdır. Həmin sənədlərdə vərəsələrin dairəsi göstərilsə də Yaşara tam payda miras qalan əmlakdan çıxarış verilmişdir. Həmin çıxarışın qanunsuz olduğunu hesab edərək xx.xx.2024-cü il tаrixli, 2v-378 №-li reyestrdə qeydə аlınmış «Vərəsəlik hüququ hаqqındа» şəhаdətnаmənin etibarsız hesab edilməsi və həmin şəhаdətnаmə əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilən çıxarışların ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh X27 izahat verərək bildirmişdir ki, şəhadətnamə alan zaman bütün vərəsələrin razılığını almışdır. Hal hazırda iddiaçıya da həmin torpaq sahəsindən 0.1 ha torpaq sahəsini verməyə razıdır. Qanuni qərar çıxarılmasını məhkəmədən xahiş edir . Məhkəmə iclasında iştirak edən cavabdeh X17 etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil2 cavabdehin izahatına uyğun izahat vermişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsi və Oğuz Rayonu Notariat Ofisinin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Lakin Oğuz Rayonu Notariat Ofisi xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq işə iştirakı olmadan baxılmağını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılamsını mümkün hesab etmişdir. İşin halları İş materiallarına əlavə edilməklə məhkəmə iclasında tədqiq edilmiş; Şəki Şəhər İHB-nın X51 İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli AZ-İ 538131 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X23 xx.xx.1976-cı il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şəki regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinin tərəfindən verilmiş 2V-378 nömrəli xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəliki hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2009-cu il tarixdə vəfat etmiş X7 vərəsələri Cavabdeh1 miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş **********74-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Şəki rayonu, X51i Hüseyn Cavid küçəsi ev 48 ünvanında yerləşən ümumi sahəsi 133.4 kv.m fərdi yaşayış evindən və 0.3499 ha torpaq sahəsindən ibarətdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 12 saylı Şəki Ərazi İdarəsinin “Hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən” ********** nömrəli arayışın surətindən görünür ki, Şəki rayonu, X51i Hüseyn Cavid küçəsi ev 48 ünvanda yerləşən 0ümumi sahəsi 133.4 kv.m fərdi yaşayış evindən və 0.3499 ha torpaq sahəsinin tam pay hissədə X7 mülkiyyətindədir. Şəki rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X19 xx.xx.2009-cu il tarixdə vəfat etmişdir. Şəki rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1957-ci il tarixdə doğulmuş X18 atası X28 anası isə X13r. Cavabdeh1 Şəki Regional “ASAN xidmət” mərkəzində notariat ofisinə təqdim etdiyi xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, xx.xx.2009-cu il tarixdə ölmüş anası X7 ölümündən sonra miras qalmış əmlakla bağlı vərəsəlik işi açılmasını və həmin əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Şəki şəhəri “Böyük Dəhnə” kənd nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 316 nömrəli arayışdan görünür ki, X19 vəfat etdikdən sonra onun X9 (vəfat edib), X12 (vəfat edib), X23 (vəfat edib), X15 və X27 adlı vərəsələri qalmışdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş ********** nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” çıxarışın surətindən görünür ki, Şəki rayonu, X51i Hüseyn Cavid küçəsi ev 48 ünvanda yerləşən ümumi sahəsi 133.4 kv.m fərdi yaşayış evindən və 0.3499 ha torpaq sahəsi X7 tam paylı mülkiyyətindədir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş ********** nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” çıxarışın surətindən görünür ki, Şəki rayonu, X51i Hüseyn Cavid küçəsi ev 48 ünvanda yerləşən ümumi sahəsi 133.4 kv.m fərdi yaşayış evindən və 0.3499 ha torpaq sahəsi Cavabdeh1 tam paylı mülkiyyətindədir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və bağışlama müqaviləsi etibarsız hesab edildiyindən həmin sənədlər əsasında mübahisəli mənzil üzərində X21 mülkiyyət hüququnun qeydə alınmasına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsassız verildiyi üçün etibarsız hesab edilməlidir. 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145-ci maddəsinə əsasən miras, fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1147.1-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. 1151-ci maddəsinə əsasən Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, onun ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu birinci növbədə vərəsələr sayılırlar. 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1262-ci maddəsinə əsasən, əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. 1318-ci maddəsinə əsasən Notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür. Azərbaycan Respublikası Mülki-Prossesual Məcəlləsinin 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun

8.0.3-cü maddəsinə əsasən, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

Məhkəmənin mövqeyi;

Məhkəmə işin faktiki hallarını araşdıraraq, məhkəmə iclasında tədqiq edilmiş sübutları, bu münasibətləri nizama salan mülki qanunvericiliyinin normaları ilə əlaqəli şəkildə təhlil edərək hesab edir ki, iddia təmin edilməlidir. Göründüyü kimi işin məhkəmə tərəfindən müəyyən olunmuş mübahisəsiz halları ondan ibarətdir ki, Şəki rayonu, X51i, H.Cavid küçəsi, ev 48-də yerləşən 0.3499 ha torpaq sahəsi və onun üzərində yerləşən 133.4 kv.m fərdi yaşayış evi həmin ünvanda yaşayan iddiaçının mərhum nənəsi X7 mülkiyyətində olmuşdur. Həmdünə Salamova 10 noyabr 2009-cu il tarixdə vəfat etmişdir. Oğuz rayon notariat ofisi tərəfindən xx.xx.2024-cü il tarixdə cavabdeh X24 həmin torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə dair tam miras payı üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Qeyd olunan prosessual hüquq normasının tələbinə görə, miras qoyan X19 10 noyabr 2009-cu il tarixdə vəfat etdiyinə görə, ondan miras qalmış əmlaka münasibətdə vərəsəlik hüquq münasibətləri ilə bağlı xx.xx.2000-ci il tarixədən sonra qüvvədə olan Mülki Məcəlləsinin normaları tətbiq olunmalıdır. Belə ki işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, miras qoyan Həmdünə Salamova xx.xx.2009-cu il tarixdə ölmüş, həmin vaxtdan mirasın açıldığı iddiaçıya bəlli olmuşdur. Buna baxmayaraq, iddiaçı qanunla müəyyən edilən müddətdə mirasın qəbul edilməsi üçün heç bir hərəkət etməmişdir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında göstərilən miras əmlaka əmisi tərəfindən gedib gəlməsinə qadağa qoyulduğunu bildirməsinə baxmayaraq 2009-cu il tarixdən X49 xidmət mərkəzinə müraciət etdiyi 2024-cü ilin may ayınadək olan müddətdə hazırki tələbini mübahisələndirməmişdir. Lakin iş materiallarında göstərilən maddi hüquq normalarına əsasən mirasın açıldığı yer, miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer sayılır. Hazırda miras qoyan mərhum X4 rayonu, X51ində yaşamasına, bundan başqa isə həmin mirasın Şəki rayon ərazisində yerləşməsinə baxmayaraq vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina olunmalı olduğu halda Oğuz rayon notariat ofisi tərəfindən xx.xx.2024-cü il tarixdə cavabdeh X24 həmin torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə dair tam miras payı üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir ki, bu da qanuni hesab edilə bilməz. Digər tərəfdən məhkəmə qeyd edir ki, Oğuz rayon notariat ofisi tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə əsas olmuş sənədlərə əlavə edilmiş Şəki şəhəri “Böyük Dəhnə” kənd nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 316 nömrəli arayışdan görünür ki, X19 vəfat etdikdən sonra onun X9 (vəfat edib), X12 (vəfat edib), X23 (vəfat edib), X15 və X27 adlı vərəsələri qalmışdır. Belə olan halda Oğuz rayon notariat ofisi tərəfindən digər vərəsələrin və vəfat etmiş şəxslərin vərəsələri tərəfindən miras qalmış əmlakı qəbul edib etməmələri araşdırılmayaraq sonuncuların da məlumatlandırılmaması notariat işində müəyyən edilməmişdir. Belə olan halda X22 adına Oğuz rayon notariat ofisi tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə dair iddia tələbi əsaslıdır. Buna görə də iddianın həmin hissəsi təmin edilməlidir. Məhkəmə həmçinin xx.xx.2024-cü il tаrixli, 2v-378 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında X22 adına verilmiş xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsinə dair iddia tələbini araşdıraraq hesab edir ki, iddianın göstərilən hissəsi də əsaslıdır. Belə ki, mübahisəli yaşayış evinə və torpaq sahəsinə dair X22 adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış törəmə hüquq münasibəti olub, həmin yaşayış evinə dair xx.xx.2024-cü il tarixdə X22 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən törənmişdir. Buna görə də mübahisəli yaşayış evinə dair X22 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməli olduğundan, iddia həmin hissədə də təmin edilərək, törəmə hüquq münasibəti olan mübahisəli yaşayış evinə və torpaq sahəsinə dair onun adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış da etibarsız hesab edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mübahisələndirilən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə qanunvericiliyin tələbləri pozulmaqla verildiyindən etibarsız hesab edilməli, eləcə də həmin şəhаdətnаmə əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən Cavabdeh1 verilən xx.xx.2024-cü il tarixli ********** nömrəli çıxarışlar ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia təmin edilsin. Oğuz Rayon Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tаrixli, 2v-378 nömrəli reyestrdə qeydə аlınmış «Vərəsəlik hüququ hаqqındа» şəhаdətnаmə etibarsız hesab edilsin və həmin şəhаdətnаmə əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən Cavabdeh1 verilən xx.xx.2024-cü il tarixli ********** nömrəli çıxarış ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar