Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-285/2024 15.05.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, İddiaçı Səmədova X30 etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil1, Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil2, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs X3 iştirakları ilə, İddiaçı Səmədova X30 Cavabdeh qarşı “vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, miras əmlakdan vərəsələrin miras payının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi; İddia tələbinin dəlilləri; İddiaçı Səmədova X35 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum atası X4 miras qalmış Şəki rayonu, Şəki şəhəri, Mahmud Əliyev küçəsində yerləşən 600 kv. metr torpaq sahəsinə və torpaq sahəsinin üzərində inşa edilmiş 82,5 kv.m yaşayış evinə dair Şəki rayon 2 saylı notariat ofisi tərəfindən Cavabdeh Abduləzim qızına 2V-1/02 reyestr nömrəsi ilə 06 yanvar 2006-cı il tarixdə verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız sayılması, şəhadətnamə əsasında daşınmaz əmlaka dair xx.xx.2015-ci il tarixdə verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın ləğv edilməsi və miras əmlakdan qanun üzrə vərəsələrin miras payının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işə məhkəmədə baxılarkən 15 yanvar 2024-cü il tarixdə iddiaçı tələbin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, mərhum atası X4 miras qalmış Şəki rayonu, Şəki şəhəri, Mahmud Əliyev küçəsində yerləşən 600 kv. metr torpaq sahəsinin üzərində inşa edilmiş 29,1 kv.m, iki yaşayış otağından və 53,4 kv.m-lik köməkçi sahələrdən ibarət daşınmaz əmlaka dair Şəki rayon 2 saylı notariat ofisi tərəfindən Cavabdeh Abduləzim qızına 2V-1/02 reyestr nömrəsi ilə 06 yanvar 2006-cı il tarixdə verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız sayılması, şəhadətnamə əsasında daşınmaz əmlaka dair xx.xx.2006-ci il tarixdə 8852/5452 nömrəli Qeydiyyat vəsiqəsinin, həmçinin xx.xx.2015-ci il tarixdə verilmiş seriya RX0733609 nömrəli Çıxarışın ləğv edilməsi və miras əmlakdan qanun üzrə vərəsələrin miras payının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələbin dəyişdirilməsi barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. Mülki işə məhkəmədə baxılarkən 14 fevral 2024-cü il tarixdə iddiaçı tələbin dəyişdirilməsinə dair ərizə təqdim edərək, mərhum atası X4 miras qalmış Şəki rayonu, Şəki şəhəri, Mahmud Əliyev küçəsində yerləşən 600 kv. metr torpaq sahəsinin üzərində inşa edilmiş 29,1 kv.m-lik iki yaşayış otağından və 53,4 kv.m-lik köməkçi sahələrdən ibarət daşınmaz əmlaka dair Şəki rayon 2 saylı notariat ofisi tərəfindən Cavabdeh 2V-1/02 reyestr nömrəsi ilə 06 yanvar 2006-cı il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, şəhadətnamənin verilməsinə səbəb olan və notariat sənədlərinə əlavə edilən xx.xx.2005-ci il tarixli imtina ərizəsinin etibarsız sayılması, şəhadətnamə əsasında daşınmaz əmlaka dair xx.xx.2006-ci il tarixli 8852/5452 nömrəli qeydiyyat vəsiqəsinin, həmçinin, 367 kv. metr torpaq sahəsinə və 82,5 kv.m-lik yaşayış evinə dair xx.xx.2015-ci il tarixdə verilmiş RX seriyalı, ******* nömrəli mülkiyyət çıxarışının ləğv edilməsi, miras əmlaka qanun üzrə vərəsələrin 1/6 hissədə (bərabər paylarla) miras payının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələbin dəyişdirilməsi barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, mərhum atası X17 24 noyabr 1999-cu il tarixdə vəfat etmişdir. Vəfat edən günə onun 6 nəfər qanun üzrə vərəsələri, həyat yoldaşı (anası) X10 (1936), X18 (1958) Qaffarova (Məmmədova) Aləmzər Abduləzim qızı (1960), X14 (1961), Cavabdeh Abduləzim qızı (1963) və o qalmışdır. Atası tərəfindən miras qalmış əmlaka dair vəsiyyətnamə qoyulmamışdır. Mərhum atasının ölümündən sonra miras qalmış əmlak faktiki olaraq onlar vərəsələr tərəfindən qəbul edilmiş, miras əmlakın sənədləşdirilməsi barədə aralarında heç bir mübahisə olmamışdır. 5 ildən sonra, yəni ki, 16 fevral 2004-cü il tarixdə miras qalmış torpaq sahəsi və yaşayış evi atasının adına qeydiyyat vəsiqəsi verilməklə rəsmiləşdirilmişdir. Bundan sonra anası X10 ona telefonla dəfələrlə zəng edərək X4 miras qalmış əmlakın onun adına sənədləşdirilməsi üçün xeyrinə imtina ərizəsi yazmağını bildirmişdir. O da, yaşadığı ərazi üzrə Bakı şəhəri 39 saylı notariat ofisində atasından ona çatası payından anasının xeyrinə imtina ərizəsi yazıb göndərmişdir. Bundan sonra, daima o doğulduğu evə gedib gəlmiş, bacıları ilə aralarında bu barədə heç bir söz-söhbət olmamışdır. Sonradan Cavabdeh miras qalmış əmlaka vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etmiş və müvafiq sənədləri cavabdeh Şəki rayon 2 saylı notariat ofisinə təqdim etmişdir. Cavabdeh bacısı vərəsələrin dairəsini bilərəkdən gizlətmiş, düzgün məlumat verməmiş, yaşayış yeri üzrə vərəsəlik arayışında qardaşı X11 qeyd etdirməmiş (xx.xx.2016-cı ildə vəfat etmiş), ərazi üzrə səlahiyyətli orqan “Topqarağac” ərazi nümayəndəliyi (məhəllə,damkom) cavabdehin deyiminə görə arayış vermiş və notarius da vəzifə səlahiyyətlərindən tam şəkildə istifadə etməmiş, təqdim olunmuş sənədləri araşdırmadan Cavabdeh tam mülkə dair 06 yanvar 2006-cı il tarixdə 2V-1/02 reyestrlə qeydə alınmış qanun üzrə vərəsəlik şəhadətnaməsi vermişdir. Miras qalmış əmlak, Şəki şəhəri, Mahmud Əliyev küçəsi 600,0 kv.m torpaq sahəsində yerləşən, ümumu sahəsi 82,5 kv.m, yaşayış sahəsi 29,1 kv.m, köməkçi sahəsi 53,4 kv.m-dən ibarət 32 saylı mülkdən ibarətdir. 600 kv.metrlik həyətyanı torpaq sahəsi üzrərində 1960-cı ildə tikilmiş fərdi yaşayış evi atası ilə anasının birgə nikahı zamanı tikilmişdir. Anası 05 may 2012-ci il tarixdə vəfat etmişdir. Anasının da vəfatından sonra, doğulub boya-başa çatdığı evdən ona övlad payını bacılarına bildirəndə, Cavabdeh “nə vaxt istəyirsən gəl ata evindir, 1 otaqı ata sənə yanımızda vəsiyyət etmişdir” demişdir. Ona əlavə olaraq notarial qaydada təsdiqlənmiş ərizə vermişdir ki, ata mülkünün ¼ hissəsinin dəyəri ona çatır. 2022-ci ildə ona qarşı soyuq münasibəti görəndən sonra Notariat arxivinə müraciət etmiş və hazırda qeyd etdiyi məlumatları “vərəsəlik işi” ndən bilmişdir. Ona məlum olmuşdur ki, notariat orqanına saxta sənədlər təqdim edərək miras əmlaka dair cavabdeh vərəsəlik şəhadətnaməsi almış, mirası tam şəkildə adına sənədləşdirmiş və bundan sonra, 13 oktyabr 2015-ci ildə mülkiyyət çıxarışı almışdır. Cavabdeh Notariat ofisinə müraciət etdiyi zaman vərəsələrin dairəsini bilərəkdən gizlətmiş, notariata bu barədə məlumat verməmiş, sonda miras qalmış əmlaka tam şəkildə qanun üzrə vərəsəlik şəhadətnaməsi almışdır. Cavabdehin miras qoyan şəxsin digər vərəslərinin olmasının bilməsinə baxmayaraq, Notariat ofisi də cavabdeh tərəfindən təqdim edilən sənədlərlə kifayətlənmiş, vərəsələrin dairəsinin müəyyənləşdirilməsi yönümündə heç bir tədbir görməmiş, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozmuşdur. İddia tələbinə qarşı etirazın dəlilləri Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil2 tərəfindən göndərilmiş 14 mart 2024-cü il tarixli etiraz ərizəsindən görünür ki, iş üzrə iddiaçılar hazırdi iddianı vermək üçün subyektiv hüquqa malik deyillər. İddiaçı və digər vərəsələr mərhum ataları Abduləzim Həsən oğlundan qalan miras paydan imtina etmələri barədə könüllü surətdə notariat kontoruna gedərək müvafiq ərizələr vermişlər. Həmin dövrdən 18 ilə yaxın müddət keçməsinə baxmayaraq hazırki bu əsassız iddianı vermişlər. İş materiallarında və iddiaçının izahatından da aydın görünür ki, indiyədək vərəsələrin arasında miras əmlakla bağlı heç bir mübahisə olmamışdır. Sözügedən əmlak qanuni əsaslarla cavabdehin mülkiyyətinə keçmişdir. 2015-ci ildə cavabdehin hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmışdır. Həmin tarixdən də 8 il ötdükdən sonra iddiaçıların hazırki mübahisəni qaldırmaları hüquqdan sui-istifadədir. Odur ki, iddia müddətlərinin tətbiq edilərək iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iddiaçı Səmədova X30 etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərdi ki, iddianı müdafiə edir. İddiaçının mərhum atası X17 24 noyabr 1999-cu il tarixdə vəfat etmişdir. Şəki rayonu, Şəki şəhəri, Mahmud Əliyev küçəsində yerləşən 600 kv. metr torpaq sahəsinə və torpaq sahəsinin üzərində inşa edilmiş 82,5 kv.m yaşayış evi onun mərhum atası X6 mülkiyyətində olmuşdur. X25 vəfatından sonra 6 nəfər birinci dərəcəli vərəsələri qalmışlar. Ataları sağ olan zaman tərəflər arasında heç bir mübahisə olmamışdır. Ataları vəfat etdikdən sonra vərəsələrdən X7, X14 və Səmədova X35 analarının xeyrinə miras əmlakdan imtina etmişlər. Lakin 2015-ci ildə onlara müəyyən olmuşdur ki, cavabdeh notariat orqanına saxta sənədlər təqdim edərək miras əmlaka dair vərəsəlik şəhadətnaməsi və mülkiyyət çıxarışı almışdır. Notariat kontoruna təqdim edilən sənədləri nəzərdən keçirdikdə, aydın olur ki, həmin sənədlərdə saxtakarlıq aşkar edilmişdir. Bununla bağlı 2015-ci ildə müvafiq orqanlara müraciət etmişlər. Qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilən zaman mərhum X6 digər vərəsələrinin olması nəzərə alınmamışdır. Bundan başqa atası sağ olarkən vərəsələrinin iştirakı ilə onlara məxsus həyətdə yerləşən evi iddiaçıya verilməsi barədə vəsiyyət etmişdir. Odur ki, bütün bunları nəzərə alaraq iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil2 izahat verərək göstərdi ki, iddianı qəbul etmir. İddiaçı və digər vərəsələr 2005-ci ildə mərhum ataları Abduləzim Həsən oğlundan qalan miras paydan imtina etmələri barədə notariat orqanına rəsmi ərizə ilə müraciət etmişlər. İndiyədək vərəsələrin aralarında miras əmlakla bağlı heç bir mübahisə olmamışdır. Sözügedən əmlak qanuni əsaslarla cavabdehin mülkiyyətinə keçmişdir. 2015-ci ildə cavabdehin hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmışdır. Həmin tarixdən də 8 il ötmüş və iddiaçı qanunla müəyyən edilən iddia müddətini ötürmüşdür. Odur ki, iddanın təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs X14 izahat verərək bildirdi ki, cavabdeh 2006-cı il tarixdə qanun üzrə vərəsəlik haqqında şəhadətnamə almışdır. 2012-ci ildə anası vəfat etdikdən sonra xəbərləri olmuşdur. 2015-ci ildə aralarında miras əmlakla bağlı mübahisə yarandığından, dəfələrlə müvafiq orqanlara müraciət etmələrinə baxmayaraq, həmin orqanlar tərəfindən onlara məhkəməyə müraciət etmələri tövsiyyə edilmişdir. Həmçinin cavabdehin notariat kontoruna təqdim etdiyi sənədlərdə saxtakarlıq var, digər vərəsələrlə bağlı araşdırılma aparılmadan cavabdehə qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilmişdir. İddiaçı bacısı Cavabdeh xeyrinə miras əmlakdan imtina etməmişdir. Odur ki, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. İşin halları İş materiallarına əlavə edilməklə məhkəmə iclasında tədqiq edilmiş; Şəki şəhəri VVAQ şöbəsi tərəfindən verilmiş 07 dekabr 1999-cu il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X17 24 noyabr 1999-cu il tarixdə vəfat etmişdir. 16 fevral 2004-cü il tarixli, 8852/5452 saylı qeydiyyat vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, Şəki şəhəri, M.Əliyev küçəsi ünvanında yerləşən 32 nömrəli fərdi yaşayış evi X6 adına qeydiyyata alınmışdır. İmişli rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 22 iyun 2016-cı il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X19 19 fevral 2016-cı il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Bakı şəhəri Sabunçu rayonu İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyi tərəfindən verilmiş 18 avqust 2023-cü il tarixli, 218 nömrəli arayışdan görünür ki, X16 71 saylı MKİS-in ərazisində yerləşən Zabrat Nərimanov küçəsi, 23 saylı evin, 232 nömrəli mənzilində yaşayır. “Topqarağac” məhəllə nümayəndəliyi tərəfindən verilmiş 21 avqust 2023-cü il tarixli, 409 nömrəli arayışdan görünür ki, X18 ölümündən bir neçə ay əvvəl M.Əliyev küçəsi, 32 saylı ünvana gəlmiş və xx.xx.2016-cı il tarixdə həmin ünvanda vəfat etmiş və şəhərin indiki Şəhidlər Xiyabanı olan qəbirstanlıqda dəfn olunmuşdur. Mərhum həmin ünvanda pasport qeydiyyatında olmadan yaşamışdır. “Topqarağac” məhəllə nümayəndəliyi tərəfindən verilmiş 23 yanvar 2024-cü il tarixli, 50 nömrəli arayışdan görünür ki, ünvan 1 ünvanında yaşamış X17 24 noyabr 1999-cu il tarixdə vəfat etmiş, onun X18, Qaffarova (Məmmədova) Alimzər Abduləzim qızı, X14, X15, İddiaçı Abduləzim qızı adlı vərəsələri qalmışdır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Şəki şəhər Ərazi İdarəsi tərəfindən verimiş xx.xx.2015-ci il tarixli çıxarışın təsdiq olunmuş surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 83.6 kv.m olan ev və həmin evin yerləşdiyi 0.0367 ha torpaq sahəsi X2 adına qeydiyyata alınmışdır. Cavabdeh X1 ərizəsindən görünür ki, ünvan 3 ünvanında adına olan satarkən Bakı şəhərində yaşayan bacısı Səmədova (Qaffarova) Seylan Abduləzim qızına qabaqcadan məlumat verəcəyinə evin satılacağı qiyməti onlarla məsləhətləşəcəyinə, satışa, sənədləşməyə çəkiləcək xərclər çıxıldıqdan sonra satışdan əldə qalan evin dəyərinin (pulunun) 1/4 hissəsini ona verəcəyinə söz vermişdir. Əgər götürdüyü öhdəliyə əməl etməzsə bacısının ondan istədiyi təşkilata şikayət edə biləcəyini bildirmişdir. “Topqarağac” məhəllə nümayəndəliyi tərəfindən verilmiş 01 dekabr 2005-ci il tarixli, 1800 nömrəli vərəsəliyə dair arayışdan görünür ki, Şəki şəhər, “Topqarağac” məhəlləsi, M.Əliyev küçəsi, 32 saylı evdə yaşamış mərhum X17 24 noyabr 1999-cu il tarixdə vəfat etmiş və X10, X8, X14, X12 və Cavabdeh Abduləzim qızı adlı vərəsələri qalmışdır. Şəki rayon 2 saylı dövlət notariat kontoruna X14 tərəfindən ünvanlanmış 22 yanvar 2005-ci il tarixli ərizədən görünür ki, o, atası X13 məsus olan və 21-ci rayon, M.Əliyev küçəsi, ev 32 ünvanda yerləşən mülkdən irs payını qəbul etməmişdir və buraxılmış müddətin bərpası barədə məhkəməyə müraciət etməyəcəkdir. Şəki rayon 2 saylı dövlət notariat kontoruna X9 tərəfindən ünvanlanmış 22 yanvar 2005-ci il tarixli ərizədən görünür ki, o, atası X13 məsus olan və 21-ci rayon, M.Əliyev küçəsi, ev 32 ünvanda yerləşən mülkdən irs payını qəbul etməmişdir və buraxılmış müddətin bərpası barədə məhkəməyə müraciət etməyəcəkdir. Şəki rayon 2 saylı dövlət notariat kontoruna X10 tərəfindən ünvanlanmış 06 yanvar 2006-cı il tarixli ərizədən görünür ki, o, atası X13 məsus olan və 21-ci rayon, M.Əliyev küçəsi, ev 32 ünvanda yerləşən mülkdən irs payını qəbul etməmişdir və buraxılmış müddətin bərpası barədə məhkəməyə müraciət etməyəcəkdir. Şəki rayon 2 saylı notariat ofisi tərəfindən verilmiş 06 yanvar 2006-cı il tarixli, 2V- 01/02 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Şəki rayon 2 saylı notariat ofisinin xüsusi notariusu X20 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən təsdiq etmişdir ki, 24 noyabr 1999-cu il tarixdə vəfat etmiş-X6 vərəsəsi: Cavabdeh Abduləzim qızı olmaqla, miras əmlakdan bərabər hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak- Şəki şəhəri, M.Əliyev küçəsindəki 600 kv.m, torpaq sahəsində yerləşən divarları çay daşı, sam, kərpic, üstü kirəmit, ümumi sahəsi 82.6 kv.m, əsas yaşayış sahəsi 29 kv.m, köməkçi sahəsi 53.4 kv.m, iki əsas otaqlı 32 saylı mülkdən ibarətdir. Cavabdeh Abduləzim qızının Şəki rayon 2 saylı dövlət notariat kontoruna ünvanladığı 06 yanvar 2006-cı il tarixli ərizəsindən görünür ki, 24 noyabr 1999-cu il tarixdə vəfat etmiş atası X4 qalan miras əmlak ünvan 3 ünvanında yerləşən əmlakdan ibarətdir. Ondan başqa X10, X7, X14, X12 adlı vərəsələri qalmışdır. İddiaçı Səmədova X30 Şəki şəhəri notariat kontoruna müraciət etdiyi ərizəsindən görünür ki, o, mərhum atası X13 məxsus olan Şəki şəhəri, M.Əliyev küçəsi, 32 saylı evdən ona düşən vərəsəlik payından bacısı Cavabdeh Abduləzim qızının xeyrinə imtina etmişdir. İddiaçı Səmədova X30 Şəki şəhəri notariat kontoruna müraciət etdiyi ərizəsindən görünür ki, o, mərhum atası X13 məxsus olan Şəki şəhəri, M.Əliyev küçəsi, 32 saylı evdən ona düşən vərəsəlik payından anası X5 xeyrinə imtina etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145-ci maddəsinə əsasən miras, fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1159.1.1-ci maddəsinə əsasən mənasından görünür ki, ölənin uşaqları, onun ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu birinci növbədə vərəsələr sayılırlar. 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1272-ci maddəsinə əsasən mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. 234.2.1-ci maddəsinin tələblərinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilir. Məhkəmənin mövqeyi; Məhkəmə işin faktiki hallarını araşdıraraq, məhkəmə iclasında tədqiq edilmiş sübutları, bu münasibətləri nizama salan mülki qanunvericiliyinin normaları ilə əlaqəli şəkildə təhlil edərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı Səmədova X30 atası X17 24 dekabr 1999-cu il tarixdə vəfat etmişdir. X4 ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 83.6 kv.m olan fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.0367 ha torpaq sahəsi miras qalmışdır. İddiaçı mirası nə faktiki, nə də rəsmi olaraq qəbul etməmişdir. Cavabdeh Şəki rayonu 2 saylı dövlət notariat kontoruna müraciət edərək, X4 miras qalmış ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 83.6 kv.m olan fərdi yaşayış evini və həmin evin yerləşdiyi 0.0367 ha torpaq sahəsini rəsmi olaraq qəbul etmişdir. Bu barədə cavabdehin adına vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Cavabdeh həmin vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında ünvan 8 ünvanında yerləşən torpaq sahəsinə və fərdi yaşayış evinə dair adına hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış almışdır. İddiaçı cavabdehin özünü tək vərəsə kimi göstərərək mirası qəbul etdiyini əsas gətirərək, mirası qəbul etdiyindən məhkəməyə müraciət edərək, vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsini, çıxarışın ləğv edilməsini, miras əmlakdan vərəsələrin miras payının müəyyən edilməsini xahiş etmişdir. Bundan başqa iddiaçı həmçinin şəhadətnamənin verilməsinə səbəb olan və notariat sənədlərinə əlavə edilən xx.xx.2005-ci il tarixli imtina ərizəsinin etibarsız sayılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin normasında da göründüyü kimi, maraqlı şəxs mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. İş materiallarından da göründüyü kimi, iddiaçı Səmədova X35 ilə Cavabdeh arasında 2015-ci il tarixdən atalarından qalmış miras əmlakla bağlı mübahisə yaranmış, həmçinin bununla bağlı iddiaçı müvafiq orqanlara müraciət etmişdir. Eyni zamanda iş üzrə maraqlı şəxs Ulduz Qaffarovanın məhkəmə iclasında verdiyi izahatından da aydın olur ki, miras əmlakla bağlı Şəki rayon 2 saylı dövlət notariat kontoru tərəfindən Cavabdeh qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verildiyini anası vəfat etdikdən sonra, yəni 2012-ci il tarixdə xəbərləri olduğunu bildirmişdir. Bundan sonra isə iddiaçı 15 noyabr 2023-cü il tarixdə araşdırılan mübahisə ilə bağlı məhkəməyə müraciət etmişdir. Göründüyü kimi iddiaçı tərəfindən qanunla müəyyən olunmuş 2 aylıq müddət ötürülmüşdür. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsassız olduğundan, iddiaçı Səmədova X30 Cavabdeh qarşı “mərhum atası X4 miras qalmış Şəki rayonu, Şəki şəhəri, Mahmud Əliyev küçəsində yerləşən 600 kv. metr torpaq sahəsinin üzərində inşa edilmiş 29,1 kv.m-lik iki yaşayış otağından və 53,4 kv.m-lik köməkçi sahələrdən ibarət daşınmaz əmlaka dair Şəki rayon 2 saylı notariat ofisi tərəfindən Cavabdeh 2V-1/02 reyestr nömrəsi ilə 06 yanvar 2006-cı il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, şəhadətnamənin verilməsinə səbəb olan və notariat sənədlərinə əlavə edilən xx.xx.2005-ci il tarixli imtina ərizəsinin etibarsız sayılması, şəhadətnamə əsasında daşınmaz əmlaka dair xx.xx.2006-ci il tarixli 8852/5452 nömrəli qeydiyyat vəsiqəsinin, həmçinin, 367 kv.m torpaq sahəsinə və 82,5 kv.m yaşayış evinə dair xx.xx.2015-ci il tarixdə verilmiş RX seriyalı, ******* nömrəli mülkiyyət çıxarışının ləğv edilməsi, miras əmlaka qanun üzrə vərəsələrin 1/6 hissədə (bərabər paylarla) miras payının müəyyən olunması” tələbinə dair iddiası rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Səmədova X30 Cavabdeh qarşı “mərhum atası X4 miras qalmış Şəki rayonu, Şəki şəhəri, Mahmud Əliyev küçəsində yerləşən 600 kv. metr torpaq sahəsinin üzərində inşa edilmiş 29,1 kv.m-lik iki yaşayış otağından və 53,4 kv.m-lik köməkçi sahələrdən ibarət daşınmaz əmlaka dair Şəki rayon 2 saylı notariat ofisi tərəfindən Cavabdeh 2V-1/02 reyestr nömrəsi ilə 06 yanvar 2006-cı il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, şəhadətnamənin verilməsinə səbəb olan və notariat sənədlərinə əlavə edilən xx.xx.2005-ci il tarixli imtina ərizəsinin etibarsız sayılması, şəhadətnamə əsasında daşınmaz əmlaka dair xx.xx.2006-ci il tarixli 8852/5452 nömrəli qeydiyyat vəsiqəsinin, həmçinin, 367 kv.m torpaq sahəsinə və 82,5 kv.m yaşayış evinə dair xx.xx.2015-ci il tarixdə verilmiş RX seriyalı, ******* nömrəli mülkiyyət çıxarışının ləğv edilməsi, miras əmlaka qanun üzrə vərəsələrin 1/6 hissədə (bərabər paylarla) miras payının müəyyən olunması” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Vəliyev
Məhkəmə qərarları › İş №e-2(075)-285/2024
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-285/2024
15.05.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver