Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-287/2024 16.07.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı İtehsalat Birliyinin Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbinin dəlilləri: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Şəki şəhəri Bağbanlar küçəsi 61-də yaşayan Cavabdeh sayğac göstəricisinə əsasən aparılmış hesabata görə 335.94 (üç yüz otuz beş manat doxsan dörd qəpik) manat əsas borc, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 0.40 (qırx) qəpik bank xidmət haqqı olmaqla, ümumilikdə 366.34 (üç yüz altmış altı manat otuz dörd qəpik) manat borcun tutularaq İddiaçı xeyrinə ödənilməsi (bank hesabları: ABB, Kod 8051700, M/H: AZ03NABZ********************, VÖEN **********, S.W.İ.F.T. İBAZAZ2X, AZ95İBAZ********************) barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(075)-287/2024 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddiasına iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, SOCAR İddiaçı İB-nin Zaqatala Regional qaz istismarı İdarəsinin Şəki xidmət sahəsində istehlakçı kimi qeydiyyatda olan Şəki şəhəri Bağbanlar küçəsi ev 61-də yaşayan Cavabdeh məxsus mənzilində 11457 saylı alqı-satqı müqaviləsi əsasında təbii qazdan istifadə edilir. İstehlakçıya məxsus mənzildə uzun müddət təbii qazdan istifadə edilsə də qaz hesabında yaranmış borc tam şəkildə ödənilməmişdir. Cavabdeh **********00400 saylı qaz hesabında ödənilməmiş 335.94 manat borc vardır və hazırda məcburi qaydada ödənişinin təmin edilməsi üçün məhkəməyə müraciət edilir. Tələb olunan borcun 335.94 manat hissəsi sayğac göstəricisinə görə aparılmış hesabata əsasən yaranmışdır. İddia tələbində göstərilən sayğac göstəricisinə əsasən aparılmış hesabata görə yaranmış 335.94 manat həcmindəki borc Cavabdeh yaşadığı ünvanda hazırda istismarda olan G4T markalı ******* nömrəli sayğacın 12028 m göstəricisi ilə müəyyən edilmişdir. İddiaçı tərəf borcun ödənilməsi ilə bağlı cavabdehə müraciətlər etsə də, cavabdeh borcun ödənilməsini təmin etmədiyindən hazırkı mübahisə yaranmış və iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddia tələbinə qarşı etirazın dəlilləri: Cavabdeh xx.xx.2024-cü il tarixdə məhkəmə elektron qaydada ərizə ünvanlayaraq bildirmişdir ki, X4 3 illik iddia müddətini ötürmüşdür. Belə ki, əlavə olunan abonent salsoundan görünür ki, ondan tələb olunan borcun 273.20 manat hissəsi 01 noyabr 2020ci ildə artıq yaranmışdır. X4 isə 16 noyabr 2023-cü ildə məhkəməyə müraciət etmişdir. Bu səbəbdən 01 noyabr 2020-ci ildən əvvəlki dövrə düşən borc üzrə 3 illik iddia müddəti ötmüşdür. Ona görə də X1 qarşı iddia tələbinə 3 illik iddia müddəti tətbiq edərək 273.20 manat hissədə tələbin rədd olunmasını xahiş etmişdir. Eyni zamanda Cavabdeh xx.xx.2024-cü il tarixdə məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq bildirmişdir ki, iddiaçının təqdim etdiyi sənədlərdən göründüyü kimi onun iddia müddəti tətbiq etmək istədiyi 273.20 manat borc xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında hesablanmış borc məbləğidir və həmin borc küçədə quraşdırılmış sayğaca görə hesablanmışdır. Küçədə quraşdırılan sayğacın işlək vəziyyətdə olmasına görə iddiaçı tərəf məsuldur və ona müdaxilə ilə bağlı heç bir məlumatı olmamışdır. Odur ki, məhkəmə iclasının iştirakı olmadan baxılması və göstərilənlər əsasında tələbin rədd edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsini müdafiə edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəm iclasında iştirak etməmişdir. Cavabdeh məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: İş materiallarında olan: - “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” 18 iyul 2018-ci il tarixli müqavilədən görünür ki, İddiaçı İB istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq təqdim edilən hesaba əsasən ödəyir. - İddiaçı İB-nin Zaqatala RQİİ-nin nümayəndələrinin tərtib etdiyi “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 21 iyun 2019-cu il tarixli, ******* nömrəli aktdan görünür ki, İddiaçı İB-nin MSK 29/1710-00789-3 saylı aktına əsasən sayğacın sayğacın hesablama mexanizminin qoruyucu qapağının üzərində mənşəyi məlum olmayan plomb aşkar olunmuşdur. - 28 iyun 2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, Cavabdeh istifadəsində olan qaz işlədicilərindən PQ3-ün maksimal saatlıq qaz sərfi 0.8 m3/saat orta günlük iş rejimi 6 saat və hesabat meddəti 90 gün; dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m3/saat orta günlük iş rejimi 18 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğin ödənilməsi qeyd edilmişdir. İtirilmiş qazın miqdarı cəmi 2700 m3 müəyyən edilmişdir. - Abonentin saldosundan görünür ki, Cavabdeh adına olan **********00400 nömrəli abonent kodunda 2022-ci ilin sentyabr ayına ümumilikdə 335,94 manat borc vardır. 2020ci ilin noyabr ayına 273,20 manat məbləğdə borc hesablanmışdır. - xx.xx.2023-cü il tarixli ********** saylı qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia qaldırılması üçün 30,40 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin qaydaların 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində Xidmətin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir... Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarından müəyyən edilir ki, iddiaçı ilə cavabdeh arasında təbii qazın alqısatqısı barədə 18 iyul 2018-ci il tarixli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçını təbii qazla təchiz etməyi, cavabdeh isə istifadə etdiyi qazın dəyərini ödəməyi öz öhdələrinə götürmüşlər. Cavabdeh tərəfindən istifadə edilən təbii qazın həcminin müəyyən edilməsi məqsədilə sayğac, iddiaçıya məxsus fərdi evinin çölündə quraşdırılmışdır. İddia tələbinin qaz sərfinə görə hesablanmış 335.94 manat borcun tutulması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilən qanunvericilik normalarına, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə və sayğac göstəricilərinə əsasən cavabdehin təbii qazdan istifadəyə görə sayğac göstəricilərinə əsasən 335.94 manat borcu yarandığı müəyyən edilir. Abonent saldosundan göründüyü kimi cavabdehə 2020-ci ilin noyabr ayına kimi 273,20 manat məbləğdə borc hesablanmış, 2022-ci ilin sentyabr ayına isə ümumilikdə 335.94 manat borcun olduğu göstərilir. Məhkəmə hesab edir ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə haqlı olsa da, iddiaçı cavabdehin təbbi qazdan istifadəsi nəticəsində 2020-ci ilin noyabr ayından əvvəlki dövrlər üzrə yaranmış borc məbləğlərini tələb etmək üçün üç il nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. Belə ki, iddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Abonent saldosuna əsasən cavabdehə ümumilikdə hesablanmış 335.94 manat borcun 273,20 manat hissəsi isə 2020-ci ilin noyabr ayınadək olan müddət üçün hesablanmışdır. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı cavabdehin təbii qazdan istifadəsi nəticəsində 2020-ci ilin noyabr ayınadək olan müddət ərzində yaranmış 273,20 manat borcu tələb etmək üçün 3 illik iddia müddətini ötürmüşdür. Cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçının Mülki Məcəllənin 373.2-ci maddəsində müəyyən edilmiş iddia müddəti keçdikdən sonra məhkəməyə müraciət etdiyini, Mülki Məcəllənin 379 və 380-ci maddələrində göstərilən iddia müddəti axımının dayandırılması və kəsilməsi hallarının müəyyən olunmadığını, həmçinin iddiaçı tərəfindən iddia müddətinin üzrlü səbəblərdən ötürülməsi barədə sübutların təqdim edilmədiyini və cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizənin verildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia müddətinin keçməsi səbəbinə görə iddia cavabdehin təbii qazdan istifadəsi nəticəsində 2020-ci ilin noyabr ayınadək olan müddət ərzində yaranmış 273,20 manat borc hissəsində rədd edilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, iş materiallarında olan sübutlardan görünür ki, 270 manat məbləğdə borc cavabdehə təbbi qazdan istifadə qaydalarının pozulmasına görə akta əsasən hesablanmışdır. Cavabdeh “Qazdan istifadə qaydaları”nın tələblərinə uyğun olaraq sayğacın üstünü müvafiq örtüklə bağlamamış, həmçinin iddiaçının nəzarətindən kənar, küçədə yerləşən sayğacın hesablama mexanizminin qoruyucu qapağının üzərində mənşəyi məlum olmayan plomb olmasını qeyd etsə də, həmin qüsurun məhz cavabdehin təqsiri üzündən yaranması ilə bağlı sübutlar təqdim edə bilməmişdir. Məhkəmə, iddiaçı tərəfindən məhz hansı pozuntunun törədilməsi göstəriləmədən cavabdehə ziyan vurulmasının hesablanmasını qanuni hesab etmir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia tələbi 273,20 manat borcun tutulması hissəsində təmin edilməməlidir. İddia tələbinin 2020-ci ili dekabr ayından sonrakı dövr üzrə qaz sərfinə görə hesablanmış 65,94 manat borcun tutulması hissəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilən qanunvericilik normalarına, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə və sayğac göstəricilərinə əsasən cavabdehin təbii qazdan istifadəyə görə sayğac göstəricilərinə əsasən 65,94 manat borcu yarandığı müəyyən edilir. İddia tələbi həmin hissədə təmin edilməli, Cavabdeh 65,94 manat borc məbləği tutularaq İddiaçı İB-yə ödənilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Müli Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh sayğac göstəricisinə əsasən aparılmış hesabata görə 65,94 manat, 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçınə (bank hesabları: ABB, Kod 8051700,M/H: AZ03NABZ********************, VÖEN **********, S.W.İ.F.T. İBAZAZ2X, AZ95İBAZ********************) ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №e-2(075)-287/2024
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-287/2024
16.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver