Məhkəmə qərarları › İş №e-2(075)-291/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-291/2025

25.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-291/2025 25.02.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə İddia tələbinin dəlilləri; İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 11 iyun 2020ci il tarixli, SKK5749996 saylı borc müqaviləsinə əsasən 714 (yeddi yüz on dörd) manat əsas borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla cəmi 744 (yeddi yüz qırx dörd) manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC iddia tələbini onunla əsaslandırmışdır ki, iş üzrə Cavabdeh İddiaçı MMC ilə müddəti 12 ay olmaqla 11 iyun 2020-ci il tarixli borc müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 921 manat olan məişət avadanlığı əldə edib. Cavabdehin müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 714 manat əsas borcu qalıb. Yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdeh 11 iyun 2020-ci il tarixli, SKK5749996 saylı borc müqaviləsinə əsasən 714 (yeddi yüz on dörd) manat əsas borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun cəmi 744 (yeddi yüz qırx dörd) manat pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılması zəruridir. İddia tələbinə qarşı etirazın dəlilləri Cavabdeh xx.xx.2025-ci il tarixdə məhkəməyə elektron ərizə ünvanlayaraq bildirmişdir ki, İddiaçı MMC ona qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət edərək xx xxxxxxx 1986-cı il təvəllüdlü Cavabdeh 11 iyun 2020-ci il tarixli, SKK5749996 saylı borc müqaviləsinə əsasən 714 (yeddi yüz on dörd) manat əsas borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun cəmi 744 (yeddi yüz qırx dörd) manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsindən görünür ki, iddiaçı 11 iyun 2020-ci il tarixli borc müqaviləsi üzrə pulu tələb edir. Halbu ki, həmin borc müqaviləsinin bağlanmasından 3 ildən artıq müddət keçmişdir və həmin 3 il ərzində iddiaçı heç bir pul tələb etməmişdir. Göründüyü kimi iddiaçı iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir. İddiа müddətinin tədbiqi qаydаlаrınа riаyət edilməsi üçün ilk növbədə nəzərə аlınmаlıdır ki, iddiа etmək hüququ iddiаnı təqdim etmə və iddiаnın təmin olunmаsı hüquqlаrındаn ibаrətdir. Birinci hüquq məhkəmədən yаrаnmış mübаhisəyə bаxılmаsınа və müvаfiq prosessuаl qаydаdа həll etməsini tələb etmək hüququdur. Bu hüququn həyаtа keçirilməsi hər hаnsı iddiа müddətinin keçməsindən аsılı deyil. Bunа görə də, iddiа müddətinin keçməsindən аsılı olmаyаrаq məhkəməyə iddiаnın təqdim etmək mümkündür. İkinci hüquq iddiа tələblərinin məhkəmə vаsitəsi ilə məcburi şəkildə həyаtа keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddiа müddətinin keçməsi məhz bu mümkünlüyünün qаrşısını аlır və məhkəmə tərəfindən iddiаdаn imtinа edilməsinə əsаs götürülür Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı MMC və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Lakin İddiaçı MMC-nin nümayəndəsi xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə göndərərək, məhkəmə iclasının iştirakları olmadan keçirilməsi və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdiyini bildirmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə İddiaçı MMC-nin nümayəndəsinin və Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş; İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 11 iyun 2020-ci il tarixli, SKK5749996 nömrəli borc müqaviləsindən görünür ki, həmin müqavilə əsasında Cavabdeh dəyəri 921 manat olan məişət avadanlığı satılmışdır. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh SKK5749996 nömrəli müqavilə üzrə 714 manat borcu vardır. İddiaçı MMC-nin təqdim etdiyi hesabdan çıxarışdan görünür ki, Cavabdeh sonuncu dəfə xx.xx.2023-cü il tarixdə 50 manat borc üzrə ödəniş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 385.1-ci maddəsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.2-ci və 373.3-cü maddələrinin tələblərinə görə müqavilə tələbləri üzrə, həmçinin vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç il müəyyən edilmişdir. 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq, məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar həmin Məcəllə ilə müəyyənləşdirilir. 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 380-cı maddəsinə əsasən, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə, iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsində müəyyən edilmişdir ki, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsində göstərilən iddia müddətləri 2000-ci il sentyabrın 1-dən sonra yaranan hüquq münasibətlərindən irəli gələn tələblərə tətbiq edilir. Həmin iddia müddətləri Mülki Məcəllənin 7-ci maddəsinin müddəaları nəzərə alınmaqla bundan əvvəl əmələ gəlmiş hüquq münasibətlərindən irəli gələn tələblərə də tətbiq oluna bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2. və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Mülki Məcəllənin 373-cü maddəsinin şərh edilməsinə dair 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, 2000-ci il sentyabrın 1-dən sonra yaranan hüquq münasibətlərindən irəli gələn tələblər üzrə Mülki Məcəllənin 373-cü maddəsində nəzərdə tutulan iddia müddətləri, 2000-ci il sentyabrın 1-nə qədər yaranmış hüquq münasibətlərindən irəli gələn tələblər üzrə isə əvvəlki Mülki Məcəllənin 73-cü maddəsində göstərilən iddia müddətləri əsas götürülməlidir. Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarda iddia müddəti anlayışının tətbiqi ilə bağlı həmçinin aşağıdakıları da qeyd etmişdir: “Qanunverici başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını nizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, Cavabdeh İddiaçı MMC ilə cavabdeh arasına bağlanmış 11 iyun 2020-ci il tarixli, SKK5749996 nömrəli borc müqaviləsinə əsasən məişət avadanlığı almışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 921 manat olan məişət avadanlığı üçün ümumilikdə 714 manat borcu yaranmışdır. Müqavilə əsasında iddiaçı tərəfindən cavabdehə malın verilməsinə baxmayaraq, cavabdeh müqavilə öhdəliklərinə əməl etməmişdir. Cavabdeh məhkəməyə etiraz ərizəsi ünvanlasa da, İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh sonuncu dəfə məhkəməyə xx.xx.2023-cü il tarixdə 50 manat məbləğində olmaqla ödəniş etmişdir. Qanunvericiliyin tələblərinə də, əsasən kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Hazırki iş üzrə iddiaçı və borclu arasında bağlanmış müqavilədən də görünür ki, 11 iyun 2020-ci il tarixli 12 ay müddətinə bağlanmış müqavilə üzrə öhdəliklər 11 iyun 2024-cü il tarixdə bitməli idi ki, borclu müqavilə öhdəliyi bitmədən sonuncu dəfə xx.xx.2023-cü il tarixdə ödəniş etmişdir. Belə olan halda müqavilə müddəti bitmədən borclu tərəfindən iddiaçıya ödəniş edildiyindən iddia müddətinin axımı xx.xx.2023-cü il tarixdən dayanmışdır ki, müddətin bitməsi tarixi xx.xx.2026-cı il tarixindən hesablanmalıdır. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, İddiaçı tərəfindən Cavabdeh mal verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, Cavabdeh müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də İddiaçı qalıq qalmış borcunun ödənilməsini Cavabdeh tələb etməkdə haqlıdır. Beləliklə, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia təmin edilərək, Cavabdeh 714 (yeddi yüz on dörd) manat əsas borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla cəmi 744 (yeddi yüz qırx dörd) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi : İddia təmin edilsin. Cavabdeh 714 (yeddi yüz on dörd) manat əsas borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla cəmi 744 (yeddi yüz qırx dörd) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elşən Vəliyev Azərbaycan Respublikası adından QƏTNAMƏDƏN ÇİXARİŞ Şəki Rayon Məhkəməsi Şəki şəhəri İş № 2(075)-291/2024 xx.xx.2025-ci il Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 714 (yeddi yüz on dörd) manat əsas borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla cəmi 744 (yeddi yüz qırx dörd) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar