Məhkəmə qərarları › İş №e-2(075)-2910/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-2910/2025

26.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-2910/2025 26.12.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Pərvanə Əziz qızının sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh X4 qarşı “borcun ödənilməsi” tələbinə dair işə məhkəmənin inzibati binasında, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" MMC cavabdeh X4 qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixinə yaranmış xx.xx.2025-ci il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 1929.9 manat əsas, 578.9 manat cərimə, cəmi 2508.8 manat borc, xx.xx.2024-ci il tarixli № ********* saylı Müddətli(Nisyə) alqı-satqı müqaviləsi üzrə 523.9 manat əsas, 157.1 manat cərimə cəmi 681 manat borc, ümumilikdə iki müqavilə üzrə 2453.8 manat əsas, 736 manat cərimə, 3189.8 manat cəmi borcun və 51.9 manat ödənilmiş dövlət rüsumunun cavabdeh X1 tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə cavabdeh X5 arasında xx.xx.2025-ci il tarixli, № ********* saylı müqavilə bağlanmışdır. Müqavilə məbləği: 1929.9 manat, müqavilənin aylıq ödənişi 322 manat, müddəti 6 aydır. Müqavilə üzrə cavabdeh tərəfindən İphone markalı mobil telefon, əldə edilmişdir. X2 müddətli (nisyə) alqı-satqı müqaviləsinin şərtlərini pozması nəticəsində "xxxx" MMC qarşısında ödənilməmiş əsas borc məbləği: 1929.9 manat təşkil edir. Nisyə alqı-satqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1 (bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. Cərimə məbləğinə tətbiq edilmiş güzəşt 90%-dir. Gecikdirilmiş günlərə görə hesablanan cərimə məbləği: 5789 manatdir. Bundan başqa "xxxx" MMC ilə cavabdeh X5 arasında xx.xx.2024-cü il tarixli, № ********* saylı müqavilə bağlanmışdır. Müqavilə məbləği: 1769.9 manat, müqavilənin aylıq ödənişi 99 manat, müddəti 18 aydır. Müqavilə üzrə cavabdeh tərəfindən İphone markalı mobil telefon və qulaqcıq əldə etmişdir edilmişdir. Son ödəniş məbləği və tarixi: 100 manat xx.xx.2025-ci il.X2 müddətli (nisyə) alqı-satqı müqaviləsinin şərtlərini pozması nəticəsində "xxxx" MMC qarşısında ödənilməmiş əsas borc məbləği: 1769.9 manat təşkil edir. Nisyə alqı-satqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1 (bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. Cərimə məbləğinə tətbiq edilmiş güzəşt 90%-dir. Gecikdirilmiş günlərə görə hesablanan cərimə məbləği: 578.9 manatdir. Azərbaycan Respublikası MPM-in 284-1, 284-5.1 və 284-5.3-cü maddələrinə əsasən məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan - sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir. Cavabdehə qanunvericiliyə uyğun rəsmi qaydada bildiriş göndərilmiş, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarından müəyyən edilir ki, tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli, № ********* saylı müqavilə üzrə 1929.90 manat dəyərində İphone mrkalı telefon və xx.xx.2024-cü il tarixli, № ********* saylı müqavilə üzrə 1769.90 manat dəyərində İphone mobil telefon və qulaqcıq iddiaçı tərəfindən təhvil-təslim aktına əsasən verilmiş, cavabdeh isə öz növbəsində həmin malın dəyərini hissə-hissə ödəməyi öz öhdələrinə götürmüşlər. İddiaçı öz öhdəliyini yerinə yetirsə də cavabdeh öz öhdəliyini tam yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya xx.xx.2025-ci il tarixli, № ********* saylı müqavilə üzrə 2508.8 manat və xx.xx.2024-cü il tarixli, № ********* saylı müqavilə üzrə 681 manat borcu yaranmışdır. İddiaçı tərəfindən borcun ödənilməsi ilə bağlı cavabdehə xəbərdarlıq göndərilmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 399.1, 442, 445.1, 445.2.1, 567, 600.1, 600.4-cü maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində təmin edilməli, müqaviləyə əsasən satılmış mallar üçün 1929.9 manat və 529.3 manat əsas borc cavabdeh X3 tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Məhkəmə həmçinin Mülki Məcəllənin 467-ci maddəsinə əsasən hesab edir ki, xx.xx.2025-ci il tarixli № ********* saylı (Nisyə) alqı-satqı müqaviləsi üzrə hesablanmış cərimə məbləği azaladılmalı, cavabdehdən 100 manat cərimə borcu, iddiaçı "xxxx" MMCyə ödənilməlidir. Həmçinin cavabdehdən xx.xx.2024-cü il tarixli № ********* saylı (Nisyə) alqı-satqı müqaviləsi üzrə 50 manat iddiaçının xeyrinə alınmalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-580, 587, 588, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2025-ci il tarixli № ********* saylı (Nisyə) alqı-satqı müqaviləsi üzrə 1929.9 (min doqquz yüz iyirimi doqquz manat, doxsan qəpik) manat əsas, 100 (yüz) manat cərimə borcu, xx.xx.2024-cü il tarixli № ********** saylı (Nisyə) alqı-satqı müqaviləsi üzrə 523.9 (beş yüz iyirimi üç manat doxsan qəpik) manat əsas, 50 (əlli) manat cərimə borcu olmaqla, ümumilikdə hər iki müqavilə üzrə 2453.8 (iki min dörd yüz əlli üç manat səksən qəpik) manat əsas, 150 (yüz əlli manat) cərimə borcu olmaqla, cəmi 2603.8 (iki min altı yüz üç manat səksən qəpik) borc və 51.9 (əlli bir manat doxsan qəpik) manat ödənilmiş dövlət rüsumu cavabdeh X1 tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərvanə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar