Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-2915/2024 23.12.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 04 noyabr 2022-ci il tarixli NRK6260730 saylı borc müqaviləsinə əsasən 582 (beş yüz səksən iki) manat, 02 fevral 2023-cü il tarixli NRK6477312 saylı borc müqaviləsinə əsasən 400 (dörd yüz) manat, ümumilikdə 982 (doqquz yüz səksən iki) manat manat əsas borc, 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla cəmi 1012 (bir min on iki) manat məbləğində pul vəsaitinin Cavabdeh alınaraq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Cavabdeh qanunvericiliyə uyğun rəsmi qaydada bildiriş göndərilmiş, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş üzrə Cavabdeh İddiaçı MMC ilə müddəti12 ay olmaqla 04 noyabr 2022-ci il və müddəti 12 ay olmaqla 02 fevral 2023-cü il tarixli borc müqavilələri bağlamışdır. Həmin müqavilələrə əsasən cavabdeh iddiaçıdan ümumi dəyəri 1864 manat olan məişət avadanlığı əldə edib. Cavabdehin müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 982 manat əsas borcu qalıb. Yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdeh 04 noyabr 2022ci il tarixli NRK6260730 saylı borc müqaviləsinə əsasən 582 (beş yüz səksən iki) manat, 02 fevral 2023-cü il tarixli NRK6477312 saylı borc müqaviləsinə əsasən 400 (dörd yüz) manat olmaqla ümumilikdə 982 (doqquz yüz səksən iki) manat əsas borc, 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun cəmi 1012 (bir min on iki) manat pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılması zəruridir. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə Azərbaycan Respublikasının MM-nin 739.1, 567.1, 600.1, 600.4, 465, 386, 385.1, 442, 445.1, 445.2.1-ci maddələrinə əsasən və eləcədə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 04 noyabr 2022-ci il tarixli NRK6260730 saylı borc müqaviləsinə əsasən 582 (beş yüz səksən iki) manat, 02 fevral 2023-cü il tarixli NRK6477312 saylı borc müqaviləsinə əsasən 400 (dörd yüz) manat, ümumilikdə 982 (doqquz yüz səksən iki) manat manat əsas borc, 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla cəmi 1012 (bir min on iki) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı MMC-nə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-580, 587, 588, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 04 noyabr 2022-ci il tarixli NRK6260730 saylı borc müqaviləsinə əsasən 582 (beş yüz səksən iki) manat, 02 fevral 2023-cü il tarixli NRK6477312 saylı borc müqaviləsinə əsasən 400 (dörd yüz) manat, ümumilikdə 982 (doqquz yüz səksən iki) manat manat əsas borc, 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla cəmi 1012 (bir min on iki) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı MMC-nə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elşən Vəliyev MƏHKƏMƏ İCLASİNDAN KƏNAR AYRİCA PROSESSUAL HƏRƏKƏT BARƏDƏ PROTOKOL Şəki Rayon Məhkəməsi xx.xx.2024-cü il Şəki şəhəri Mən, Şəki Rayon Məhkəməsinin hakimi Vəliyev Elşən Yaşar oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Şəki Rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət etdim. Prosessual hərəkət saat 12:40-da başlandı. İddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib iddianın təmin edilməsi haqqında qətnamə qəbul etdim. Prosessual hərəkət saat 12:50-də qurtardı. Hakim: Elşən Vəliyev Azərbaycan Respublikası adından QƏTNAMƏDƏN ÇİXARİŞ Şəki Rayon Məhkəməsi Şəki şəhər İş № 2(075)-2915/2024 xx.xx.2024-cü il Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 04 noyabr 2022-ci il tarixli NRK6260730 saylı borc müqaviləsinə əsasən 582 (beş yüz səksən iki) manat, 02 fevral 2023-cü il tarixli NRK6477312 saylı borc müqaviləsinə əsasən 400 (dörd yüz) manat, ümumilikdə 982 (doqquz yüz səksən iki) manat manat əsas borc, 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla cəmi 1012 (bir min on iki) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı MMC-nə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elşən Vəliyev AZƏRBAYCAN RESPUBLİKASİ ŞƏKİ RAYON MƏHKƏMƏSİ AZ 5500, Şəki şəhəri, Salman Mümtaz küçəsi 1004 Tel: (024) 244-70-13, Faks: (024) ***-**-** www.shakicourt.gov.az Elektron ünvan İş № 2 (075)-2915/2024 23 dekabr 2024-cü il İddiaçı: İddiaçı MMC-nə (Bakı şəhəri Yasamal rayonu H.Zərdabi küçəsi 78B, otaq 105) Cavabdeh: Cavabdeh, (Şəki şəhəri, Böyük Dəhnə kəndi) Şəki Rayon Məhkəməsinin 23 dekabr 2024-cü il tarixli, 2 (075)-2905/2024 saylı qətnaməsinin surəti məlumat üçün sizə göndərilir. Qoşma: 02 vərəqə, 03 səhifə. Hakim Elşən Vəliyev.
Məhkəmə qərarları › İş №e-2(075)-2915/2024
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-2915/2024
23.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver