Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2(075)-293/2025 05.03.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlu, Nəsirova Sayalı Elşad qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı İB-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı İB Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Şəki şəhəri R.Axundov küçəsi 2-də yaşayan Cavabdeh sayğac göstəricisinə əsasən aparılmış hesabata görə yaranmış 622.44 (altı yüz iyirmi iki manat 44 dörd qəpik) manat əsas borcun, əvvəlcədən ödənilmiş 30.40 (otuz manat 40 qəpik) manat dövlət rüsumunun, ümumilikdə isə 652.84 (altı yüz əlli iki manat 84 qəpik) manat borcun (pulun) tutularaq İddiaçı xeyrinə ödənilməsi (bank hesabları: ABB, Kod 8051700, M/H: AZ03NABZ********************, VÖEN **********, S.W.İ.F.T. İBAZAZ2X, AZ95İBAZ********************) barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş Şəki Rayon Məhkəməsində 10 dekabr 2024-cü il tarixdə, 2(075)-293/2025 nömrə ilə qeydiyyata alınmışdır. Eyni zamanda İddiaçı İB Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təbii qazdan istifadəyə görə cavabdeh tərəfindən əsassız hesablanmış 598,80 manat borcun hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin mülki iş Şəki Rayon Məhkəməsində 19 noyabr 2024-cü il tarixdə, 2(075)- 275/2024 nömrə ilə qeydiyyata alınmışdır. Məhkəmə icraatında eyni tərəflər arasında eyni növlü iki işin olduğunu, bu işlərin birləşdirilməsinin məqsədə müvafiq olduğunu bildirərək, qeyd edilən mülki işlərin bir icraatda birləşdirilərək baxılmasına iddiaçının nümayəndəsinin münasibətini öyrəndi. Məhkəmə iclasında İddiaçı İB-nin nümayəndəsi X2 izahat verərək, qeyd edilən işlərin birləşdirilməsinə etiraz etmədiyini bildirdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməyinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Məhkəmə hər iki iş materiallarını araşdıraraq, iddiaçının nümayəndəsi və vəkilinin fikrini nəzərə alaraq hesab edir ki, qeyd edilən mülki işlər məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü iki işdir. Buna görə də məhkəmə bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, qeyd edilən işlərin birləşdirilməsi həmin işlərə vaxtında və operativ baxılmasına səbəb olacaqdır. Məhkəmə qeyd edilən imkanını və prosessual qənaət prinsipini nəzərə alaraq hesab edir ki, həmin işlər bir icraatda birləşdirməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 169, 263-264, 266-268ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəki Rayon Məhkəməsinin icraatında olan 2(075)-293/2025 nömrə ilə qeydiyyata alınmış İddiaçı İB-nin Cavabdeh qarşı “borc” tələbinə dair mülki iş, Şəki Rayon Məhkəməsinin icraatında olan 2(075)-275/2025 nömrə ilə qeydiyyata alınmış iddiaçı Cavabdeh İddiaçı İB-nə qarşı “akt əsasında hesablanmış borcun silinməsi” tələbinə dair mülki iş bir icraatda birləşdirilsin. Mülki işlər 2(075)-275/2025 nömrə ilə qeydiyyata alınsın. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №e-2(075)-293/2025
Şəki Rayon Məhkəməsi Qərardad — İş №e-2(075)-293/2025
05.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver