Məhkəmə qərarları › İş №e-2(075)-3107/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-3107/2025

03.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-3107/2025 03.02.2026 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair işə məhkəmənin inzibati binasında, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, imei kodu **********13090 İphone 13 markalı telefon, Apple adapter, qızıl zəmanət ultra 3 il xidməti, paket XXL xidməti üçün 1448,82 (min dörd yüz qırx səkkiz manat səksən iki qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.60 (iyirmi üç manat altmış qəpik) manat rüsum, 144,88 (yüz qırx dörd manat səksən səkkiz qəpik) manat cərimə, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, imei kodu **********50705 Xıaomı Redmı note 14 pro+ 5G markalı telefon üçün 1373,94 (mmin üç yüz yetmiş üç manat doxsan dörd qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.60 (iyirmi üç manat altmış qəpik) manat rüsum, 137.39 (yüz otuz yeddi manat otuz doqquz qəpik) manat cərimə Ümumilikdə 3152,24 manat borc, 51,53 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2025-ci il tarixli müqavilələrə əsasən imei kodu **********13090 İphone 13 markalı telefon, Apple adapter, qızıl zəmanət ultra 3 il xidməti, paket XXL xidməti, imei kodu **********50705 Xıaomı Redmı note 14 pro+ 5G markalı telefon almış və nəticədə 3152,24 (üç min yüz əlli iki manat iyirmi dörd qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2006,82 (iki min altı manat səksən iki qəpik) manat (18 ay x 111,49 manat + 0 manat ilkin ödəniş) olan imei kodu **********13090 İphone 13 markalı telefon, Apple adapter, qızıl zəmanət ultra3 il xidməti, paket XXL xidməti üçün ümumilikdə 1617,30 (min altı yüz on yeddi manat otuz qəpik) manat olmaqla ondan, 1448,82 (min dörd yüz qırx səkkiz manat səksən iki qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.60 (iyirmi üç manat altmış qəpik) manat rüsum, güzəşt olunaraq 144,88 (yüz qırx dörd manat səksən səkkiz qəpik) manat cərimə, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1373.94 (min üç yüz yetmiş üç manat doxsan dörd qəpik) manat (18 ay x 76,33 manat + 0 manat ilkin ödəniş) olan imei kodu **********50705 Xıaomı Redmı note 14 pro+ 5G markalı telefon üçün ümumilikdə, 1534,93 (min beş yüz otuz dörd manat doxsan üç qəpik) manat olmaqla ondan, 1373,94 (mmin üç yüz yetmiş üç manat doxsan dörd qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.60 (iyirmi üç manat altmış qəpik) manat rüsum, güzəşt olunaraq 137.39 (yüz otuz yeddi manat otuz doqquz qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 558 manat təşkil edir. Ödəniş cədvəlinin 2ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2025-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədənkənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5.1 və 284-5.3cü maddələrinə əsasən məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir. Cavabdehə qanunvericiliyə uyğun rəsmi qaydada bildiriş göndərilmiş, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarından müəyyən edilir ki, tərəflər arasında bağlanmış xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, imei kodu **********13090 İphone 13 markalı telefon, Apple adapter, qızıl zəmanət ultra 3 il xidməti, paket XXL xidməti və xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, imei kodu **********50705 Xıaomı Redmı note 14 pro+ 5G markalı telefonu cavabdehə verməyi, cavabdeh isə öz növbəsində həmin malın dəyərini hissəhissə ödəməyi öz öhdələrinə götürmüşlər. İddiaçı öz öhdəliyini yerinə yetirsə də cavabdeh öz öhdəliyini tam yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya xx.xx.2024-ci il tarixli müqavilə üzrə 1448.82 manat əsas borcu, İnnovativ Layihələr mərkəzi rüsumu 23.6 manat, müqavilənin 2.6-cı bəndinə əsasən 144.88 manat cərimə borcu, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 1373.94 manat əsas, İnnovativ Layihələr mərkəzi rüsumu 23.6 manat, müqavilənin 2.6-cı bəndinə əsasən 137.39 manat cərimə borcu yaranmışdır. İddiaçı tərəfindən müqavilənin 4.1-ci bəndinə əsasən borcun ödənilməsi ilə bağlı xəbərdarlıq göndərilmişdir. Məhkəmə, Mülki Məcəllənin 385.1, 399.1, 442, 445.1, 445.2.1, 567, 600.1, 600.4-cü maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində təmin edilməli, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, imei kodu **********13090 İphone 13 markalı telefon, Apple adapter, qızıl zəmanət ultra 3 il xidməti, paket XXL xidməti üçün 1448.82 manat əsas borc, 23.6 İnnovativ Layihələr mərkəzi rüsumu, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, imei kodu **********50705 Xıaomı Redmı note 14 pro+ 5G markalı telefon üçün 1373.94 manat əsas borc, 23.6 İnnovativ Layihələr mərkəzi rüsumu Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Məhkəmə, Mülki Məcəllənin 462.1 və 467-ci maddələrinə əsasən hesab edir ki, cavabdehdən xx.xx.2024-ci il tarixli müqavilə üzrə 80 manat cərimə, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 70 manat cərimə məbləği tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən ödənilmiş 50.19 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-580, 587, 588, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. xx.xx.2024-ci il tarixli müqavilə üzrə imei kodu **********13090 İphone 13 markalı telefon, Apple adapter, qızıl zəmanət ultra 3 il xidməti, paket XXL xidməti üçün, 1448.82 (min dörd yüz qırx səkkiz manat səksən iki qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr mərkəzi rüsumu 23.6 (iyirmi üç manat altmış qəpik) manat, 80 (səksən) manat cərimə, xx.xx.2025-ci il tarixli müqavilə üzrə imei kodu **********50705 Xıaomı Redmı note 14 pro+ 5G markalı telefon üçün, 1373.94 (min üç yüz yetmiş üç manat doxsan dörd qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr mərkəzi rüsumu 23.6 (iyirmi üç manat altmış qəpik) manat, 70 (yetmiş) manat cərimə ümumilikdə 3019.96 (üç min on doqquz manat doxsan altı qəpik) manat borc, 50.19 (əlli manat on doqquz qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar