Məhkəmə qərarları › İş №e-2(075)-326/2023

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-326/2023

02.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-326/2023 02.02.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi “dövlət aktının payına münasibətdə ona məxsus olması” hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Şəki rayon Aqrar islahat Komissiyasının 28 may 1998-ci il tarixli 46 nömrəli qərarına əsasən Şəki rayon Cunud kəndi ərazisindən cizgidə göstərilən sərhədlər daxilində 1,39 ha pay torpaq sahəsi ayrılması ilə bağlı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki rayon Torpaq Şöbəsi tərəfindən verilmiş kod ********. JN-173 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktının payına münasibətdə ona məxsus olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi izahat verərək göstərmişdir ki, Şəki rayon Aqrar İslahat Komissiyasının 28 may 1998-ci il tarixli 46 nömrəli qərarına əsasən X4, X11, X5 və ona birlikdə Şəki rayonunun Cunud kəndi ərazisindən cizgidə göstərilən sərhədlər daxilində 1,39 ha torpaq sahəsi ayrılmışdır. Bununla bağlı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki rayon Torpaq Şöbəsi tərəfindən kod: 40409028, JN-173 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktı verilmişdir. Bildirmişdir ki, 04 noyabr 2022-ci il tarixdə tərəflərindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinə mürciət edərək Şəki rayon Cunud kəndində yerləşən X3 4 nəfər ailə üzvü ilə ümumi birgə mülkiyyətlərində olan 1,39 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsini xahiş etmişlər. 12 saylı Şəki Ərazi İdarəsinin 16 noyabr 2022-ci il tarixli cavab məktubu ilə bildirilmişdir ki, araşdırma zamanı təqdim edilmiş JN-173, kod 40409028 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktında hüquq sahibi Ərizəçi adı və ata adının səhv qeyd edildiyi müəyyən edilmişdir. Bildirmişdir ki, qeyd olunan aktda adları yazılmış X8 onun həyat yoldaşı, X16 onun oğlu və X12 onun qızıdır. Onların ailəsində ümumiyyətlə X9 adlı şəxs olmamışdır. Göstərmişdir ki, bundan sonra onlara məlum olmuşdur ki, həmin Dövlət aktında mülkiyyətçilərlə bağlı qeydlərdə onun adı və ata adı səhvən yazılmış, yəni “Kamilə” əvəzinə mexaniki səhv olaraq “Təranə”, “Kamal qızı” əvəzinə mexaniki səhv olaraq “Ələsgər qızı” yazılmışdır. Bununla bağlı aidiyyəti orqanlara müraciət etsə də, ona həmin yanlışlıqların düzəldilməsi ilə bağlı məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Sözügedən Dövlət aktındakı belə bir mexaniki yanlışlıqların getməsi işlərinə çox çətinlik yaradır. Buna görə də məcburiyyət qarşısında qalaraq hazırkı ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə işə maraqlı şəxslərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ərizəçinin vəsatəti ilə şahid qismində dindirilmiş X13 göstərmişdir ki, Ərizəçi qardaşının həyat yoldaşıdır. Ərizəçi ailə üzvləri həyat yoldaşı X8, oğlu X16 və qızı X6r. Onun qardaşı X2 Ərizəçi ilə ailəli olmuşdur. Başqa həyat yoldaşı olmamışdır. Ümumiyyətlə qardaşının ailəsində X9 adlı şəxs olmamışdır. Məhkəmə iclasında ərizəçinin vəsatəti ilə şahid qismində dindirilmiş X17 göstərmişdir ki, Ərizəçi ilə qonşu olmuşlar. Uşaqlıqdan bir yerdə böyümüşlər. Ərizəçinin adı Kamilə olmuşdur. Ərizəçinin atası isə Kamal dayı olmuşdur. Sonradan ərizəçi ailə həyatı quraraq kəndə ərə getmişdir. Ərizəçi toy məclisində iştirak etmişdir. Mülki iş materiallarını araşdırıb, ərizəçinin və şahidlərin izahatını dinləyib, məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi tələbi əsaslıdır. Belə ki, elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş KOD 40409028, JN-173 nömrəli “torpağın mülkiyyətə verilməsinə dair” dövlət aktından görünür ki, Şəki rayonu Aqrar İslahat Komissiyasının 28 may 1998-ci il tarixli, 46 saylı qərarına əsasən X8, X9, X16 və X5 cizgidə göstərilən sərhəd daxilində 1,39 hektar torpaq sahəsi verilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 14 fevral 1955-ci il tarixli, ИТ 311678 seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, xx xxxxxx 1955-ci il təvəllüdlü X7 atası X10, anası X1r. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 24 iyul 1981-ci il tarixli, İİ-ЖГ 442110 seriya nömrəli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X14 ilə X15 arasında 24 iyul 1981-ci il tarixdə bağlanmış nikah, nikahın bağlanması haqqında akt qeydləri kitabında 34 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Cəfərova soyadı verilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş, 16 noyabr 2022-ci il tarixli, **********75 nömrəli məktubdan görünür ki, Şəki rayonu, Cunud kəndində yerləşən X3 4 nəfər ailə üzvü ilə ümumi birgə mülkiyyətində olan 1,39 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə 04 noyabr 2022-ci il tarixli müraciətlərinə DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsində baxılmışdır. Müraciətləri ilə bağlı tərəflərindən aparılan araşdırma zamanı təqdim etdikləri JN-173 KOD 40409028 nömrəli torpağın mülkiyyət hüququna dair dövlət aktında hüquq sahibi olan Ərizəçi adının və ata adının səhv qeyd olunduğu müəyyən edilmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, Şəki rayonu Aqrar İslahat Komissiyasının 28 may 1998-ci il tarixli, 46 saylı qərarına əsasən ərizəçiyə onların ailə üzvləri ilə birlikdə Şəki rayonu Cunud kəndi ərazisindən cizgidə göstərilən sərhədlər daxilində 1,39 hektar torpaq sahələri ayrılmışdır. Bununla bağlı onlara KOD 40409028, JN-173 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. Həmçinin müəyyən olundu ki, KOD 40409028, JN-173 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktında “Ərizəçi” adı “Kamilə” əvəzinə səhvən “Təranə” kimi, ata adı isə “Kamal” əvəzinə səhvən “Ələskər” kimi göstərilmişdir. Əslində isə, KOD 40409028, JN-173 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktında adı “X9” kimi yazılmış şəxs “Ərizəçi” ilə eyni şəxsdir və torpağa mülkiyyət hüququna dair dövlət aktı paylarına münasibətdə Ərizəçi məxsusdur. Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı ilə bağlı işlərə baxır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı QƏRARİ-nın 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi-həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü-məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir.Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilərək, Şəki rayonu Aqrar İslahat Komissiyasının 28 may 1998-ci il tarixli, 46 saylı qərarına əsasən verilmiş KOD 40409028, JN-173 nömrəli “torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın paylarına münasibətdə Ərizəçi məxsus olması hüquqi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ərizəçi dövlət büdcəsinə ödədiyii 100,40 (bir yüz) manat 40 qəpik dövlət rüsumu onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 216-217, 219-220, 227, 233, 307.1, 307.2.11, 308 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: Ərizə təmin edilsin. Şəki rayonu Aqrar İslahat Komissiyasının 28 may 1998-ci il tarixli, 46 saylı qərarına əsasən verilmiş KOD 40409028, JN-173 nömrəli “torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın payına münasibətdə Ərizəçi məxsus olması hüquqi faktı müəyyən edilsin. Dövlət büdcəsinə ödənilmiş 100,40 (bir yüz) manat 40 qəpik rüsum ərizəçinin özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar