Məhkəmə qərarları › İş №e-2(075)-332/2023

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-332/2023

24.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-332/2023 24.01.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC, Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KOD **********26611 SAMSUNG GALAXY A52 markalı telefon üçün 650,4 manat (altı yüz əlli manat 40 qəpik) ödənilməmiş hissə, 65 (altmış beş) manat cərimə borcu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KOD **********41100 SAMSUNG GALAXY A12 markalı telefon üçün 408,56 manat (dörd yüz səkkiz manat 56 qəpik) ödənilməmiş hissə, 40,04 manat (qırx manat 4 qəpik) cərimə borcu olmaqla ümumilikdə, 1164 manat borcun və 31,64 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Cavabdeh qanunvericiliyə uyğun rəsmi qaydada bildiriş göndərilmiş, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, tədqiq edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sübutlarla müəyyən edildi ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KOD **********26611 SAMSUNG GALAXY A52 markalı telefon və İMEİ KOD **********41100 SAMSUNG GALAXY A12 markalı telefon almış və nəticədə 1164 (bir min yüz altmış dörd) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 900,4 manat (doqquz yüz manat 40 qəpik) (yəni 12 ay x 54.2 manat + 250 manat ilkin ödəniş) İMEİ KOD **********26611 SAMSUNG GALAXY A52 markalı telefon üçün ümumilikdə, 715,4 manat (yeddi yüz on beş manat 40 qəpik) olmaqla ondan 650,4 manat (altı yüz əlli manat 40 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 65 (altmış beş) manat cərimə borcu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 448,56 manat (dörd yüz qırx səkkiz manat əlli altı qəpik) (12 ay x 37.38 manat + 0 manat ilkin ödəniş) İMEİ KOD **********41100 SAMSUNG GALAXY A12 markalı telefon üçün ümumilikdə, 448,6 manat (dörd yüz qırx səkkiz manat altmış qəpik) olmaqla ondan, 408,56 manat (dörd yüz səkkiz manat əlli altı qəpik) ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 40,04 manat (qırx manat dörd qəpik) cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 290 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli Müqavilələrinin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələrdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İddiaçı "xxxx" MMC-nin cavabdehə qarşı hazırkı iddia tələbinin 65 manat və 40,04 manat məbləğində cərimələrin ödənilməsi hissəsində məhkəmə hesab edir ki, cərimə məbləği tənasübsüz dərəcədə yüksək hesablanmışdır. Beləliklə Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 442, 445.1, 445.2.1-ci maddələrinə əsasən və eləcədə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KOD **********26611 SAMSUNG GALAXY A52 markalı telefon üçün 650,4 manat (altı yüz əlli manat 40 qəpik) ödənilməmiş hissə, 6,5 manat (altı manat, 5 qəpik) cərimə borcu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KOD **********41100 SAMSUNG GALAXY A12 markalı telefon üçün 408,56 manat (dörd yüz səkkiz manat 56 qəpik) ödənilməmiş hissə, 4,04 manat (dörd manat 4 qəpik) cərimə borcu və 31,64 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KOD **********26611 SAMSUNG GALAXY A52 markalı telefon üçün 650,4 manat (altı yüz əlli manat 40 qəpik) ödənilməmiş hissə, 6,5 manat (altı manat, 5 qəpik) cərimə borcu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KOD **********41100 SAMSUNG GALAXY A12 markalı telefon üçün 408,56 manat (dörd yüz səkkiz manat 56 qəpik) ödənilməmiş hissə, 4,04 manat (dörd manat 4 qəpik) cərimə borcu və 31,64 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elşən Vəliyev MƏHKƏMƏ İCLASİNDAN KƏNAR AYRİCA PROSESSUAL HƏRƏKƏT BARƏDƏ PROTOKOL Şəki Rayon Məhkəməsi 24 yanvar 2023-cü il Şəki şəhəri Mən, Şəki Rayon Məhkəməsinin hakimi Vəliyev Elşən Yaşar oğlu, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Şəki Rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət etdim. Prosessual hərəkət saat 12:30-da başlandı. İddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib iddianın təmin edilməsi haqqında qətnamə qəbul etdim. Prosessual hərəkət saat 12:40-da qurtardı. Hakim: Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar