Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-339/2024 19.01.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Vəliyev Elşən Yaşar oğlu İddiacı İddiaçı Cavabdeh qarşı təbii qazdan istifadəyə görə yaranmış borcun tutulması tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiacı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Şəki şəhəri, Bağbanlar küçəsində yaşayan Cavabdeh sayğac göstəricisinə əsasən aparılmış hesabata görə 857.06 (səkkiz yüz əlli yeddi manat altı qəpik) manat əsas borcun, əvvəlcədən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və 0.40 (qırx) qəpik bank xidmət haqqının, ümumilikdə isə 887.46 (səkkiz yüz səksən yeddi manat qırx altı qəpik) manat borcun (pulun) tutularaq İddiaçı xeyrinə ödənilməsi(bank hesabları:ABB, Kod 8051700,M/H: AZ03NABZ********************, VÖEN **********, S.W.İ.F.T. İBAZAZ2X, AZ95İBAZ********************) barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh qanunvericiliyə uyğun rəsmi qaydada bildiriş göndərilmiş, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, tədqiq edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sübutlarla müəyyən edildi ki, SOCAR İddiaçı İB-nin Zaqatala Regional qaz istismarı İdarəsinin ünvan 1 ünvanında yaşayan Cavabdeh məxsus mənzilində 3819 saylı alqı-satqı müqaviləsi əsasında təbii qazdan istifadə edilir. İstehlakçıya məxsus mənzildə uzun müddət təbii qazdan istifadə edilsədə qaz hesabında yaranmış borc tam şəkildə ödənilməmişdir. Cavabdeh **********00001 saylı qaz hesabında 1073.06 manat borc vardır. Həmin borcun 857.06 manat hissəsi sayğac üzrə, 216 manat hissəsi isə itirilmiş qaz sərfiyyatı kimi hesablanmış borc məbləğidir. İtirilmiş qaz sərfiyyatı kimi hesablanmış 216 manat məbləğindəki borc məbləği Şəki Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(075)-383/2022 saylı qətnaməsi ilə təmin edilməmiş, qətnamədə yer alan digər borc hissəsi isə əvvəlki tarixlərdə hissə-hissə ödənilmişdir. Ona görə hazırda sayğac göstəricisinə əsasən hesabatı aparılmış 857.06 manat borcun (1073.06 m – 216 m = 857.06 manat) məcburi qaydada ödənişinin təmin edilməsi üçün məhkəməyə müraciət edilir. Belə ki, iddia tələbində göstərilən sayğac göstəricisinə əsasən aparılmış hesabata görə yaranmış 857.06 manat həcmindəki borc Cavabdeh yaşadığı ünvanda hazırda istismarda olan G4T markalı 12532712 nömrəli sayğacın 9616 m göstəricisi ilə müəyyən edilmişdir. İddiaçı tərəf borcun ödənilməsi ilə bağlı cavabdehə müraciətlər etsə də, cavabdeh borcun ödənilməsini təmin etmədiyindən hazırkı mübahisə yaranmış və iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikasının MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə Azərbaycan Respublikasının MM-nin 386, 385.1, 442, 445.1, 445.2.1-ci maddələrinə əsasən və eləcədə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, Cavabdeh 857.06 (səkkiz yüz əlli yeddi manat altı qəpik) manat əsas borc, əvvəlcədən ödənilmiş 30 (otuz) manat dövlət rüsumü və 0.40 (qırx) qəpik bank xidmət haqqı olmaqla, ümumilikdə isə 887.46 (səkkiz yüz səksən yeddi manat qırx altı qəpik) manat borc tutularaq İddiaçı İB-nin xeyrinə (bank hesabı:ABB, Kod 8051700, M/H: AZ03NABZ********************, VÖEN **********, S.W.İ.F.T. İBAZAZ2X, AZ95İBAZ********************) ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 857.06 (səkkiz yüz əlli yeddi manat altı qəpik) manat əsas borc, əvvəlcədən ödənilmiş 30 (otuz) manat dövlət rüsumü və 0.40 (qırx) qəpik bank xidmət haqqı olmaqla, ümumilikdə isə 887.46 (səkkiz yüz səksən yeddi manat qırx altı qəpik) manat borc tutularaq İddiaçı xeyrinə (bank hesabları:ABB, Kod 8051700,M/H: AZ03NABZ********************, VÖEN **********, S.W.İ.F.T. İBAZAZ2X, AZ95İBAZ********************) ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elşən Vəliyev MƏHKƏMƏ İCLASİNDAN KƏNAR AYRİCA PROSESSUAL HƏRƏKƏT BARƏDƏ PROTOKOL Şəki Rayon Məhkəməsi 19 yanvar 2024-cü il Şəki şəhəri Mən, Şəki Rayon Məhkəməsinin hakimi Vəliyev Elşən Yaşar oğlu, İddiaçı Cavabdeh qarşı təbii qazdan istifadəyə görə yaranmış borcun tutulması tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Şəki Rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət etdim. Prosessual hərəkət saat 17:30-da başlandı. İddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib iddianın təmin edilməsi haqqında qətnamə qəbul etdim. Prosessual hərəkət saat 17:40-da qurtardı. Hakim: Elşən Vəliyev Azərbaycan Respublikası adından QƏTNAMƏDƏN ÇİXARİŞ Şəki Rayon Məhkəməsi Şəki şəhər İş № 2(075)-339/2024 19 yanvar 2024-cü il Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi ilə, İddiacı İddiaçı Cavabdeh qarşı təbii qazdan istifadəyə görə yaranmış borcun tutulması tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 857.06 (səkkiz yüz əlli yeddi manat altı qəpik) manat əsas borc, əvvəlcədən ödənilmiş 30 (otuz) manat dövlət rüsumü və 0.40 (qırx) qəpik bank xidmət haqqı olmaqla, ümumilikdə isə 887.46 (səkkiz yüz səksən yeddi manat qırx altı qəpik) manat borc tutularaq İddiaçı xeyrinə (bank hesabları:ABB, Kod 8051700,M/H: AZ03NABZ********************, VÖEN **********, S.W.İ.F.T. İBAZAZ2X, AZ95İBAZ********************) ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elşən Vəliyev
Məhkəmə qərarları › İş №e-2(075)-339/2024
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-339/2024
19.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver