Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-342/2024 06.03.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi İddia tələbinin dəlilləri; İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərişıq ASC tərəfindən akt əsasında hesablanmış və **********00312 nömrəli abonent koduna vurulmuş 603,85 manat məbləğində borcun hesabdan silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbini onunla əsaslandırmışdır ki, o, Şəki rayonu, Cəfərabad kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır və Şəki rayonu, Cəfərabad kəndində ona məxsus fərdi yaşayış evi vardır. Həmin fərdi yaşayış evinə müvafiq işıq xətti çəkilmiş və buna müvafiq sayğac quraşdırılmışdır. Cavabdeh təşkilat tərəfindən təqdim olunan bildirişlər üzrə istifadə etdikləri elektrik enerjisinin dəyərini vaxtıvaxtında poçt şöbəsinə ödəmişlər. Həmişə sayğac üzrə ödənişlər aparmışlar. Ödənişlərlə bağlı onlarda heç vaxt problem olmamışdır. Onun tərtib edilmiş aktdan ümumiyyətlə məlumat olmamış və həmin aktda imza etməmişdir. Aktda onu adı formal cəhətdən qeyd olunsa da həmin akt tərtib edilən zaman o orada olmamış və aktın tərtib edilməsində iştirak etməmişdir. 12 mart 2023-cü ildə cavabdeh təşkilatın nümayəndələrinin tərtib etdiyi 285735 nömrəli aktdan göstərilmişdir ki, güya EEİQ-na uyğun olaraq abonentə məxsus uçot dəstinə baxış keçirilən zaman məlum oldu ki, abonent qarmaq vasitəsi ilə sayğacdan kənar xətt vasitəsi ilə elektrik enerjisindən qanunsuz olaraq istifadə etdiyi aşkarlanmışdır. Abonent sayğacdan kənar qoşulmanı ləğv etdikdən sonra həyətə dəvət olunmuşlar. Tərəflərindən ölçü aparılmış, kənar xətt ləğv olunduğu üçün kənar xəttən axan yük 0 amper, sayğacdan axan yük isə 8,9 amper olmuşdur. Həmin aktdan onların borc ödənişi zamanı məbləğ çox gəldikdən sonra işıq idarəsinə müraciət etdikdə məlumatları olmuşdur. Həmçinin abunə haqqında arayışlara baxdıqda ona məlum olmuşdur ki, əsassız olaraq **********7 nömrəli abunə koduna 472,55 manat, **********00312 nömrəli abonent koduna isə 603,85 manat cərimə borcu yazılmışdır. Bu barədə o cavabdeh təşkilata müraciət etdikdən sonra ona məlum olmuşdur ki, cavabdeh təşkilatın nümayəndəsi sonuncunun xəbəri olmadan, onu məlumatlandırmadan, ona tərtib edilmiş aktlara imza etdirmədən və aktları ona rəsmi qaydada təqdim etmədən guya sayğacdan kənar xətt aşkar etmişlər. Cavabdeh təşkilatın nümayəndələri heç bir əsas olmadan belə aktlar tərtib etməklə “X1 qaydalarının” tələblərini pozmuşlar. Cavabdeh təşkilat qarşılarına qoyulmuş planı doldurmaq üçün İddiaçı heç bir məlumat vermədən tərtib edilmiş aktları və protokolu ona təqdim etməmişlər. Sonuncunun yaşayış sahəsinə aid elektrik sayğacı həyət divarından çöl tərəfdə quraşdırılmışdır. O, cavabdeh təşkilata dəfələrlə müraciət etməsinə baxmayaraq, onu hansı səbəbdən cərimə etmələri barədə məlumat verilməmiş və tərtib edilmiş sənədləri rəsmi qaydada verməkdən imtina etmişlər. Odur ki, qeyd edilən sənədləri özü ala bilmədiyinə görə məhkəmə qaydasında həmin sənədlərin sorğu verilərək cavabdeh təşkilatdan tələb edilməsini xahiş edir. Bundan əlavə aktda adları olan şəxslərin yəni İntiqam Bağırovun, Elvin Məsimovun, Balaxan Babayevin və adı qeyd edilsə də, imza etməmiş olan Nahid Məmmədkərimovun şahid qismində məhkəmə iclasında iştirak etmələrini xahiş edir. İddia tələbinə qarşı etirazın dəlilləri Lakin cavabdeh "xxxx" ASC məhkəməyə göndərdiyi iddiaya etiraz ərizəsində göstərmişdir ki, İddiaçının iddia tələbi əsassızdır və buna görə də rədd olunmalıdır. Belə ki, iddiaçının Şəki rayonu Cəfərabad kəndində yaşadığı fərdi yaşayış evi "xxxx" ASC-nin enerji satış bazasında **********00312 saylı kodla İddiaçı adına istehlakçı kimi qeydiyyatdadır. xx.xx.2023-cü il tarixində "xxxx" ASC-nin əməkdaşları İ.Bağırov, E.Məsimov və B.Babayev tərəfindən Şəki rayonu Cəfərabad kəndində yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik hesablaşma sayğacına "X1 Qaydaları"na uyğun baxış keçirilmişdir. Baxış zamanı abonentin qarmaq vasitəsi ilə sayğac sxemindən kənar xətdən istifadə etdiyi aşkar edilmişdir. Aşkar edilmiş pozuntu ilə əlaqədar "X1 Qaydaları"nın 8.17.1 bəndinin tələbinə uyğun olaraq yuxarıda adları qeyd olunan əməkdaşlar tərəfindən xx.xx.2023-cü il tarixli, R285735 saylı akt tərtib olunmuşdur. xx.xx.2023-cü il tarixli, R285735 saylı akta əsasən "xxxx" ASC-nin Şimal-Qərb RETSİ-nin Akt komissiyası tərəfindən itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan kənar xəttən keçən yükə uyğun 150 gün üçün 0.08 manatla 1000 kvt.s (dəyəri 80.00 manat), 0.09 manatla 500 kvt.s (dəyəri 45.00 manat) və 0.13 manatla 3434 kvt.s (dəyəri 446.42 manat) toplamda 571.42 manat dəyərində itirilmiş enerji hesabatı aparılmışdır. Müəyyən edilmiş qüsurun xarakteri təsadüfi olmamış, iddiaçını faydalandırmaq niyyəti ilə məqsədli şəkildə edildiyi aşkardır və iddiaçıya hesablanmış məbləğ istehlak etdiyi, lakin dəyərini ödəmədiyi elektrik enerjisinin əvəzi olmuşdur. İddiaçıya xx.xx.2023-cü il tarixli R285735 saylı akt əsasında 571.42 manat hesabat aparılmış, yerdə qalan 32.43 manat borc aylıq sərfiyyat əsasında yaranmış və tərtib olunmuş aktla heç bir əlaqəsi yoxdur. Odur ki, məhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə izahat verərək bildirdi ki, iddianı müdafiə edir. "xxxx" ASC-nin nümayəndələri evlərinə baxış keçirən zaman həyətdə elektrik şəbəkəsinə digər qarmaq qoşulduğunu görüb sayğacdan kənar xəttdən istifadə etdiklərini iddia edib akt yazaraq cərimə yazmışdırlar. Hal-hazırda cavabdeh təşkilatın nümayəndələri heç bir əsas olmadan akt tərtib etmişlər. Odur ki, məhkəmədən iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdeh "xxxx" ASC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin halları; İş materiallarına əlavə edilməklə məhkəmə baxışında tədqiq edilmiş; Abunə haqqında məlumatdan görünür ki, İddiaçı Şəki EŞ-nin enerji satış bazasında **********41203 saylı kod altında 01 yanvar 2006-cı il tarixdən istehlakçı kimi qeydiyyatdadır və onun 382,88 manat borcu vardır. Abunə haqqında məlumatdan görünür ki, İddiaçı Şəki EŞ-nin enerji satış bazasında **********00312 saylı kod altında 01 yanvar 2006-cı il tarixdən istehlakçı kimi qeydiyyatdadır və onun 571.72 manat borcu vardır. 12 mart 2023-cü il tarixli, R 285735 saylı aktdan görünür ki, EEİQ-na uyğun olaraq abonentə məxsus uçot dəstinə baxış keçirilən zaman məlim olmuşdur ki, abonent qarmaq vasitəsilə sayğacdan kənar xətt vasitəsi ilə elektrik enerjisindən qanunsuz olaraq istifadə etdiyi etdiyi aşkar edilmişdir. Abonent sayğacdan kənar qoşulmanı ləğv etdikdən sonra həyətə dəvət olunmuşlar. Tərəflərindən ölçü aparılmış, kənar xətt ləğv olunduğu üçün kənar xəttdən axan 0 (sıfır) amper, sayğacdan axan yük isə 8.9 A olduğu müəyyən edilmişdir. 27 mart 2023-ci il tarixli, əhali istehlakçı qrupuna aid olan abonentlərin uçot komplektlerinə dair satış sahələri üzrə və Texniki sahələr üzrə tələblər barədə icra vərəqindən görünür ki, İddiaçı kənar xəttdən istifadəyə görə hesablanmış məbləğ 571.42 manat təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”na 06 yanvar 2010-cu il tarixdə 3 nömrəli qərarla təsdiq edilmiş “Qaydaların” 7.9-cu bəndinə görə məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması üçün hər bir yaşayış sahəsi, o cümlədən yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğacla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. “Qaydaların” 8.2-ci bəndinə əsasən Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. “Qaydaların” 8.14-cü bəndinə əsasən, İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. “Qaydaların” 8.15-ci maddəsinə əsasən Ödəmə sənədində səhv və ya sayğacların göstərişlərində anlaşılmazlıq aşkar olunarsa, istehlakçı, o cümlədən məişət abonenti bu barədə enerjitəchizatı müəssisəsinə yazılı məlumat verməlidir. İstehlakçı, o cümlədən məişət abonenti yazılı məlumat verdikdən sonra enerjitəchizatı müəssisəsi on gündən gec olmayaraq hesablaşmanı, lazım gələrsə, sayğacı yoxlamalı və bu yoxlamanın nəticələri haqqında ona məlumat verməlidir. Əgər sayğac göstəricilərinin xətası Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin müəyyən etdiyi normalardan artıq deyilsə, onda bu xəta normal sayılır və yenidən hesablaşma aparılması tələb olunmur. Əgər yoxlamanın nəticələrinə görə yenidən hesablaşma aparmaq tələb olunarsa, onda növbəti dövr üçün ödəniş sənədləri yazıldıqda, elektrik sayğaclarına onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə yenidən hesablaşma aparılır. “Qaydaların” 8.26-cı bəndinə əsasən, Məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmalar, əvvəlcədən ödəmə üsuluna və ya enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri tərəfindən yazılmış ödəmə sənədlərinə əsasən aparılır. “Qaydaların” 8.28-ci bəndinə əsasən esablaşma sayğacının göstərişinin qeyd edilməsi və elektrik enerjisi sərfinə görə ödəniş sənədinin yazılması enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri tərəfindən yerinə yetirilir (7 nömrəli əlavə). Səlahiyyətli nümayəndələr mənzilə gələrkən sakinlərin tələbi ilə xidməti vəsiqələrini təqdim etməyə borcludurlar. Məişət abonenti mənzilində olmadıqda ödəniş sənədi bildiriş, qəbz, onunla birgə yaşayan başqa sakinə təqdim edilir. Elektrik enerjisi sərfinə görə ödəniş sənədləri, bildirişlər və qəbzlər məişət abonentinin təqdim etdiyi elektron poçt ünvanına və (və ya) mobil nömrəyə SMS-lə göndərilə bilər. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi; Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra, bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı Şəki rayonu, Cəfərabad kəndində yerləşən evdə yaşadığı fərdi yaşayış evi Şəki EŞ-nin enerji satış bazasında **********00312 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. xx.xx.2023-cü il tarixində "xxxx" ASC-nin əməkdaşları İ.Bağırov, E.Məsimov və B.Babayev tərəfindən Şəki rayonu Cəfərabad kəndində yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik hesablaşma sayğacına "X1 Qaydaları"na uyğun baxış keçirilmişdir. Baxış zamanı istehlakçının həyətindəki dayaqdan sayğacına gələn giriş xəttini açaraq elektrik sayğacını dövriyyədən kənarlaşdırmaqla sayğacdan kənar elektrik enejisindən istifadə etdiyi aşkar edilmişdir. qarmaq vasitəsi ilə sayğac sxemindən kənar xətdən istifadə etdiyi aşkar edilmişdir. Cavabdeh tərəfindən iddiaçının kənar xəttdən istifadə etməsi nəticəsində itirilmiş elektrik sərfiyyatı kimi 571.42 manat müəyyən edilmişdir. İddiaçının əlavə olaraq silinməsini tələb etdiyi yerdə qalan 32.43 manat borc aylıq sərfiyyat əsasında yaranmış və tərtib olunmuş aktla heç bir əlaqəsi yoxdur. Yuxarıda qeyd olunan qanunvericilik normalarından görünür ki, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş 12 mart 2023-cü il tarixli, R 285735 saylı aktdan görünür ki, sayğaca baxış keçirimiş, baxış zamanı məlum olmuşdur ki, abonent, yəni İddiaçı qarmaq vasitəsilə sayğacdan kənar xətt vasitəsi ilə elektrik enerjisindən qanunsuz olaraq istifadə edir. Bunun nəticəsində də "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən “X1 Qaydaları”nın 8.32-ci bəndinin tələbinə uyğun olaraq 12 mart 2023-cü il tarixli, R 285735 saylı akt tərtib olunmuşdur. Bundan başqa İddiaçı nümayəndəsi Nümayəndə məhkəmə iclasında verdiyi izahatından da məlum olur ki, "xxxx" ASC-nin nümayəndələri göstərilən ünvana baxış keçirən zaman həyətdə elektrik şəbəkəsinə digər qarmaq qoşulduğunu bildirməsi onun kənar xəttdə qoşulmasını sübuta yetirilməklə, "xxxx" ASC-nin nümayəndələri tərəfindən tərtib ediliş 12 mart 2023-cü il tarixli, R 285735 saylı aktın qanunsuzluğunu sübut edə bilməmişdir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı cavabdeh Azərişıq ASC tərəfindən akt əsasında hesablanmış və **********00312 nömrəli abonent koduna vurulmuş 603,85 manat məbləğində borcun hesabdan silinməsi tələbinə dair iddiası təmin edilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması göstərilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı cavabdeh Azərişıq ASC tərəfindən akt əsasında hesablanmış və **********00312 nömrəli abonent koduna vurulmuş 603,85 manat məbləğində borcun hesabdan silinməsi tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elşən Vəliyev
Məhkəmə qərarları › İş №e-2(075)-342/2024
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-342/2024
06.03.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver