Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-351/2023 30.03.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə iştirakları ilə, Ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “sənədin ona məxsus olması” hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Şəki rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, ИТ –İ ******* nömrəli əmək kitabçasının ona məxsus olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan Ərizəçi məhkəməyə ərizə təqdim edərək cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının əsl cavabdeh olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu ilə əvəz edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialını əsl cavabdeh olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu ilə əvəz edilmişdir. Ərizəçi iddia ərizəsini belə əsaslandırmışdır ki, o, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Şəki Regional “Asan Xidmət” Mərkəzinə ərizə ilə müraciət etmişdir. Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 06 iyul 2022ci il tarixli cavab məktubu ilə bildirilmişdir ki, 11 dekabr 1978-ci il tarixdən 05 mart 1986-cı il tarixinədək və 03 mart 1986-cı il tarixindən 14 yanvar 2006-cı il tarixinədək olan dövrlərdəki əmək fəaliyyətinə dair təqdim etdiyi arxiv arayışlarında adının Ərizəçi kimi qeyd olunduğundan həmin dövrlərin sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Qeyd olunan uyğunsuzluq aradan qaldırıldıqdan sonra onun müraciətinə yenidən baxılacağı bildirilmişdir. Göstərmişdir ki, o, 1978-1986-cı illərdə "xxxx" ASC-nin Daşüz yardımçı təsərrüfatında texnik vəzifəsində, 1986-2006-cı illərdə isə Şəki 55 nömrəli Elektrik Quraşdırma İdarəsində işləmişdir. Bu hal ona məxsus ИТ-İ ******* nömrəli əmək kitabçasında öz əkdini tapmışdır. Qeyd etmişdir ki, həmin əmək kitabçasında adı “Neymət” kimi yazılmışdır. Lakin şəxsiyyət vəsiqəsində və doğum haqqında şəhadətnamədə adı “Niymət” yazılıb. Hazırda əmək stajını təsdiq edən əmək kitabçasındakı adla şəxsiyyət vəsiqəsində qeyd edilən ad arasında uyğunsuzluğun olması pensiya hüququnun həyata keçirilməsinə, əmək pensiyası təyin edilməsinə çətinlik yaradır. Buna görə də məcburiyyət qarşısında qalaraq hazırkı ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinə uyğun izahat verərək göstərmişdir ki, onun otuz üç müddətli iş starjı vardır. Bu müddət ərzində müxtəlif qurumlarda işləmişdir. Lakin ona məxsus olan sənədlərdə adının texniki olaraq səhf yazılması səbəbli müəyyən çətinliklər yaranmışdır. Belə ki, onun doğum haqqında şəhadətnaməsində adı Niymət kimi göstərilmiş, lakin diplomunda və əmək kitabçasında onun adı “Nemət” kimi qeyd edilmişdir. Onun əsl adı Niymətdir. Şəxsiyyət vəsiqəsində də adı Niymət kimi qeyd edilmişdir. Bildirmişdir ki, o, iyirmi il müddətinə, yəni 1986-cı ildən 2005-ci ilə kimi 5 nömrəli elektrik quraşdırma idarəsində işləmişdir. Hal-hazırda həmin müəssisə mövcud deyildir. Doqquz il isə, yəni 1978-ci ildən 1986-cı ilə kimi X13 işləmişdir. Lakin onun əmək kitabçasında adının texniki səhf olaraq “Neymət” kimi qeyd edilməsi ona müəyyən çətinliklər yaratmışır. Göstərdikləri ilə bağlı məcburiyyət qarsında qalaraq hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə etiraz ərizəsinin məzmununa uyğun izahat verərək göstərmişdir ki, Ərizəçi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı cəlb edilməklə “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə müraciət etmişdir. Hesab edir ki, 2(075)-351/2023 nömrəli iş üzrə iddia ərizəsi əsassızdır və təmin edilməməlidir. Belə ki, iddiaçı Ərizəçi məhkəməyə müraciət edərək, HT-İ ******* nömrəli əmək kitabçasının ona məxsus olması ilə bağlı hüquqi faktın müəyyən edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 17-ci bəndinə əsasən iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. Normativ sənədin məzmunundan göründüyü kimi şahidlər iddiaçını birgə işdən tanımalı, eyni dövrdə işləməli və ərizəçidən fərqli olaraq, iddia olunan müddətlər ərzində özlərinin, şahidlərin işləmələri barədə sənədləri olmalıdır. Yəni müəyyən edilmiş səbəblər üzündən iş stajı barədə sənədlərin təqdim edilməsi mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı iş stajını təsdiq edən sənəd kimi qəbul edilmişdir. Lakin məhkəmə qərarı ilə iş stajı yalnız şahid ifadələrinə əsasən müəyyən edildikdə, ifadə verən ən azı iki şahid ərizəçi ilə bir idarədə birgə işləmələri barədə öz sənədlərini təqdim etməli və həmin sənədlərdə ərizəçinin işlədiyini iddia etdiyi, məhkəmə qaydasında təsdiq etmək istədiyi həmin dövrlər işə daxil olma və işdən azad olma barədə qeydlər öz əksini tapmalıdır. Eyni zamanda, əsasnamənin eyni bəndinin tələbinə görə, şahid ifadələrinə əsasən müəyyən olunan əmək stajı dövrü bu hallarda pensiya təyinatı üçün tələb olunan iş stajının yarısından artıq ola bilməz. Şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir. Birincisi şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir, yəni üst-üstə düşməməlidir, ikincisi həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır, üçüncüsü- məhkəməyə müraciət edən iddiaçıya hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Belə ki, qanunvericiliyin tələblərinə müvafiq olaraq ərizəçi müvafiq təşkilata arayışdakı səhvlərin aradan qaldırılması ilə bağlı müraciət etməli, yalnız həmin təşkilat tərəfindən səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edildikdən, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirildikdən sonra hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxıla bilər. Göründüyü kimi, hazırki işdə hüquqmüəyyənedici sənəddə olan uyğunsuzluğun aradan qaldırılmasına dair müraciət və hər hansı imtina və ya həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması barədə cavab mövcud deyildir. İddiaçı Ərizəçi lazımi sənədlərin alına bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. İş materiallarından aydın olur ki, iddiaçı Ərizəçi tərəfindən tələbin əsaslı olmasını təsdiq edən tutarlı və mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Ərizəçi iddia ərizəsində göstərilən tələb qeyd olunan qanunvericiliyin tələblərinə uyğun olmadığından iddia ərizəsinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X9 izahat verərək göstərmişdir ki, Ərizəçi onun yaxın qonşusudur. Uşaqlaqdan aralarında yaxın münasibətləri olmuşdur. İddiaçının ailə üzvlərini də tanıyır. Bildirmişdir ki, o, Ərizəçi ilə uzun illər, yəni 1986-cı ildən 2006-cı ilə kimi birlikdə 5 nömrəli elektrik quraşdırma idarəsində işləmişlər. Hal-hazırda o, təqayütçüdür. O, həmin müəssisədə qaldırıcı kran sürücüsü olmuş və X9 isə həmin müəssisədə həm gözətçi, həm də mexanik işləmişdir. Ərizəçi həmin müəssisədə ondan 4 ay əvvəl işə başlamışdır. Ərizəçinin əsl adı Niymətdir. Bu vaxta kimi o, iddiaçını Niymət kimi tanımışdır və Niymət deyə çağırmışdır. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X6 izahat verərək göstərmişdir ki, o, Ərizəçi ilə uşaqlıqdan tanış olmuş, aralarında yaxın münasibətləri vardır. Bildirmişdir ki, Ərizəçi X13 və 5 nömrəli elektrik quraşdırma idarəsində işləmişdir. İddiaçının adını “Niymət” kimi bilir. O, bu vaxta kimi iddiaçını Niymət kimi tanımış və Niymət deyə çağırmışdır. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X2 izahat verərək göstərmişdir ki, Ərizəçi onun həyat yoldaşıdır. İddiaçının əsl adı “Niymətdir”. Bildirmişdir ki, o, özü əvvəllər X13 işləmişdir. Ərizəçi da həmin kombinatda işləmişdir. Mülki iş materiallarını araşdırıb, ərizəçinin, maraqlı şəxsin nümayəndəsinin izahatını, şahidlərin ifadəsini dinləyib, məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı Ərizəçi tələbi əsaslıdır. Belə ki, elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 04 oktyabr 1979-cu il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasından görünür ki, Xəlilov (Niymət) Neymət Hümmət oğlu 12 dekabr 1978-ci il tarixdə Lenin adına Şəki Təsərrüfat birliyində texnik vəzifəsinə işə qəbul olunmuşdur. 01 oktyabr 1979-cu il tarixdə ərizəsi ilə azad edilmişdir. 01 noyabr 1979-cu il tarixdə Şəki Təsərrüfat birliyində texnik vəzifəsinə işə qəbul olunmuşdur. 05 mart 1986-cı il tarixdə öz razılığı ilə işdən azad olunmuşdur. 03 mart 1986-cı il tarixdə MK-5 tresta “Azər Elektromontaj” idarəsinə texnik vəzifəsinə qəbul olmuşdur. 14 yanvar 2006-cı il tarixdə Sahənin fəaliyyətinə xitam verildiyi üçün işdən azad edilmişdir. İşdə olan "xxxx" ASC tərəfindən verilmiş arayışdan görünür ki, Ərizəçi "xxxx" ASCnin Daşüz yardımçı təsərrüfatında texnik vəzifəsində işləmiş və ona işlədiyi müddət ərzində ümumilikdə 7529,94 rubl məbləğində əmək haqqı hesablanmışdır. İşdə olan 07 iyun 2022-ci il tarixli, 458 nömrəli arxiv arayışından görünür ki, Xəlilov (Nemət) Niymət Şəki 5 nömrəli Elektrik Quraşdırma idarəsində fəhlə, slesar, mex, gözətçi işləmiş və onun əmək haqqısı cədvəldəki kimi olmuşdur. Aylar 1991 1992 1993 1994 1995 1996 1997 1998 Yanvar 99.22 212.94 5698.20 33720 102200 149542 116385 Fevral 90.20 876.39 9972.80 18996 10626 102200 116385 116385 (məz) Mart 85.69 584.49 7916 18996 63000 102200 116385 116385 Aprel 99.22 584.49 9769 3400 102200 116385 116385 May 178.14 504.79 11874 3402 63000 102200 116385 116385 İyun 210 584.49 11874 3402 63000 102200 116385 116385 İyul 390 1414.22 11874 8359.20 63000 125200 116385 116385 Avqust 223.08 2898 11874 6966 63000 124200 116385 116385 Sentyabr 212.94 5125 27360 126000 317592 116385 116385 Oktyabr 223.08 3393.07 27360 126000 116385 116385 Noyabr 5010 212.94 18996 30360 102200 99151 116385 116385 Dekabr 212.94 6014 18996 30360 102200 153540 116385 116385 Aylar 1999 2000 2001 2002 2003 2004 2005 Yanvar 143925 143925 143925 70000 70000 70000 130000 Fevral 143925 143925 143925 70000 70000 70000 130000 Mart 143475 143925 143925 70000 70000 70000 130000 Aprel 143475 143925 143925 70000 70000 90000 130000 May 143475 143925 70000 70000 70000 90000 130000 İyun 143475 143925 70000 70000 70000 90000 130000 İyul 143475 143925 70000 70000 70000 110000 130000 Avqust 143475 143925 70000 70000 70000 110000 130000 Sentyabr 143475 143925 70000 70000 70000 110000 130000 Oktyabr 143475 143925 70000 70000 70000 110000 130000 Noyabr 143475 143925 70000 70000 70000 110000 130000 Dekabr 143475 143925 70000 70000 70000 110000 130000 Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 24 may 1957-ci il tarixli, İ-ИЕ 392300 seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, xx xxx 1957-ci il təvəllüdlü Ərizəçi atası X10, anası Şükufə Babayevadır. İşdə olan 26 oktyabr 1976-cı il tarixli, Щ 033758 seriya nömrəli diplomun təsdiq olunmuş surətindən görünür ki, Xəlilov (Nimət) X1 Təsərrüfatı Texnikumunda meyvətərəvəz aqronom ixtisası üzrə təhsil almışdır. İşdə olan НЗ ******* nömrəli hərbi biletin təsdiq olunmuş surətindən görünür ki, Xəlilov Neymət (Niymət) Hümmət oğlu 25 may 1976-cı il tarixdən 30 iyun 1978-ci il tarixə kimi SSRİ ordu sıralarında hərbi xidmətdə olmuşdur. İşdə olan Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 06 iyul 2022-ci il tarixli, **********9 nömrəli məktubundan görünür ki, Ərizəçi diplom və hərbi biletinə əsasən sığorta satajı (xx.xx.1972-ci il tarixdən xx.xx.1976-cı il tarixinədək əyani təhsil aldığı illər və xx.xx.1976-cı il tarixdən xx.xx.1978-cil il tarixinədək hərbi xidmətdə olduğu dövr) 5 il 6 ay 25 gün təşkil edir. Həmçinin xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixinədək fərdi hesabı sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Bundan başqa xx.xx.1978-ci il tarixindən xx.xx.1986-cı il tarixinədək və 03.031986-cı il tarixindən xx.xx.2006-cı il tarixinədək olan dövrlərdəki əmək fəaliyyətinə dair təqdim edilmiş arxiv arayışlarında adı Ərizəçi kimi qeyd olunduğundan həmin dövrlərin sığorta stajına daxil edilməsi mümkün olmamışdır. İşdə olan X5 məxsus olan ИТ-İ ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, X9 22 dekabr 1986-cı il tarixdə MK-5 tresta “Azərelektromontaj” idarəsində kran sürücüsü vəzifəsinə təyin edilmişdir. 14 yanvar 2006-cı il tarixdə sahənin fəaliyyətinə xitam verildiyi üçün işdən azad edilmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İlk növbədə məhkəmə maraqlı şəxsin etiraz ərizəsinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu məhkəməyə etiraz ərizəsi təqdim etmiş və iddiaçının məhkəməyə tutarlı mötəbər sübut təqdim etməməsini əsas gətirərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Bundan başqa etiraz ərizəsində qanunvericiliyin tələblərinə müvafiq olaraq ərizəçinin müvafiq təşkilata müraciət etmədən səhvlərin düzəldilməsi ilə bağlı imtina almadığını etirazda əsas kimi göstərmişdir. Məhkəmə qeyd edir ki, MPM-in 306.4-cü maddəsinə əsasən xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən olunarsa hakim ərizənin baxılmamış saxlanılması barədə qərardad çıxarır. Hüquq haqqında mübahisə dedikdə, digər şəxsin eyni predmetə hüquqlarının olması, maddi hüquq münasibətlərinin iştirakçıları arasında iddia edilən hüquqların yalnız ona məxsus olması və ya həmin hüquqların həcmi və sair barədə yaranan fikir ayrılığı başa düşülür. Hazır ki, işlə əlaqədar maraqlı şəxsin etiraz ərizəsinə əsasən hüquq haqqında mübahisənin olması müəyyən olunmur. Etiraz ərizəsində ərizəçinin prosesual qaydalara əməl etməyərək bir başa məhkəmə müraciət etməsi göstərilsədə məhkəmə prosesual qənaət prinsipi baxımından işə bağmağı məqsədəmüvafiq hesab etmişdir. Belə ki, elə həmin ərizədən də görünür ki, ərizəçi maraqlı şəxsə müraciət etsəydi belə, ona imtina verilcəkdir. Bu hal maraqlı şəxsin etiraz ərizəsindən ərizənin təmin olunmamasını xahiş etmisi ilə müəyyən olunur. Bu isə işin lüzumsuz yerə uzanmasına səbəb olur. Məhkəmə hesab edir ki, hazır ki, iş üzrə hüquqa dair mübahisə olmadığından, yəni etiraz ərizəsində işə xüsusi icraat qaydasında baxılmasının maraqlı şəxsin hansı hüquqlarına toxunması müəyyən olunmur, mülki işə mahiyəti üzrə baxılmalıdır. Məhkəmə iclasında müəyyən edildi ki, iş materiallarında olan 04 oktyabr 1979-cu il tarixli əmək kitabçasının surətindən görünür ki, Ərizəçi əmək kitabçası açılmış, lakin həmin əmək kitabçasında iddiaçının adı texniki səhv olaraq “Neymət” kimi qeyd edilmişdir. Əslində isə Ərizəçi ilə X7 eyni şəxsdir və həmin əmək kitabçası iddiaçı Ərizəçi məxsusdur. Həmçinin Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Respublika X16 Filialı tərəfindən verilmiş 07 iyun 2022-ci il tarixli, 458 nömrəli arxiv arayışından görünür ki, Ərizəçi Şəki 5 nömrəli elektrik Quraşdırma idarəsində fəhlə, slesar, mex, gözətçi vəzifəsində işləmişdir. Həmin arayışda iddiaçının adı “Xəlilov (Nemət) Niymət” kimi qeyd edilmişdir. Görünüdüyü kimi Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Respublika X16 Filialı tərəfindən verilmiş həmin 07 iyun 2022-ci il tarixli, 458 nömrəli arxiv arayışı Ərizəçi məxsusdur. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı ilə bağlı işlərə baxır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı QƏRARİ-nın 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi-həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 17-ci bəndinə əsasən iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. Göründüyü kimi məhkəmə iclasında şahid qismində dindirilmiş X3 Şəki 5 nömrəli elektrik Quraşdırma idarəsində iddiaçı ilə bir yerdə işləmələrini əks etdirən əmək kitabçası mövcuddur və həmin əmək kitabçasının surəti işə əlavə edilmişdir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilərək soyadı, adı və ata adı “X8” kimi yazılmış xx.xx.1979-cu il tarixli, 04 oktyabr 1979-cu il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasının Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ərizəçi dövlət büdcəsinə ödədiyi 100 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 216-217, 219-220, 227, 233, 307.1, 307.2.11, 308 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: Ərizə təmin edilsin. Soyadı, adı və ata adı “X7” kimi yazılmış xx.xx.1979-cu il tarixli, 04 oktyabr 1979-cu il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasının Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Dövlət büdcəsinə ödənilmiş 100 manat rüsum ərizəçinin özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №e-2(075)-351/2023
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-351/2023
30.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver