Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-352/2024 04.06.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə, Üçüncü şəxs Maraqlı şəxs iştirakları ilə, İddiaçı cavabdeh Şəki Regional “Asan xidmət” Mərkəzində Notariat Ofisinə qarşı (üçüncü şəxs Maraqlı şəxs) “vəsiyyətnamə üzrə payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı cavabdeh Şəki Regional “Asan xidmət” Mərkəzində Notariat Ofisinə qarşı (üçüncü şəxs Maraqlı şəxs) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin mərhum X3 məxsus ½ hissəsi və ½ hissəsinin 1/3 hissəsi və 0.035 ha olan torpaq sahəsi üzərində onun xx.xx.2020-ci il tarixdə Şəki Regional “ASAN Xidmət” mərkəzində notariat ofisində tərtib edilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququnun müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki işə məhkəmədə baxılan zaman İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə elektron ərizə ünvanlayaraq X1 miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin mərhum X3 məxsus ½ hissəsi və ½ hissəsinin 1/3 hissəsi və 0.035 ha olan torpaq sahəsi üzərində onun xx.xx.2020-ci il tarixdə Şəki Regional “ASAN Xidmət” mərkəzində notariat ofisində tərtib edilmiş vəsiyyətnamə nəzərə alınmaqla payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şəki Regional “ASAN Xidmət” mərkəzində notariat ofisinə müraciət edərək, mərhum anası X1 miras qalmış əmlaka dair vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Belə ki, xx.xx.2020-ci il tarixdə Şəki Regional “ASAN Xidmət” mərkəzində notariat ofisində mərhum anası X4 tərəfindən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin özünə məxsus ½ hissəsi və ½ hissəsinin 1/3 hissəsini və 0.035 ha olan torpaq sahəsinə ona vəsiyyətnamə qoymuşdur. Şəki Regional “ASAN Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu cənab Xətai Səmədov 27 oktyabr 2023-cü il tarixdə notariat hərəkətinin aparılmasından imtina haqqında qərar qəbul etmişdir. Çox təəssüf ki, notariat orqanı tərəfindən yuxarıda qeyd edilən maddi hüquq normalarının tələbləri nəzərə alınmamış və nəticədə vərəsə olaraq onun hüquqları pozulmuşdur. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, iddiaçının mərhum anası özünə məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin özünə məxsus ½ hissəsi və ½ hissəsinin 1/3 hissəsini, habelə 0.035 ha olan torpaq sahəsini iddiaçıya vəsiyyət etməsi barədə vəsiyyətnamə qoymuşdur. İddiaçı vəsiyyətnamə əsasında ona verilmiş əmlakı adına qeydə alınması üçün notariat orqanına yaxınlaşmış, lakin notarius tərəfindən imtina edilmişdir. Bu səbəbdən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Hesab edir ki, iddia tələbi əsaslıdır. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs izahat verərək bildirdi ki, iddianı qəbul etmir. Belə ki, valideynləri öz sağlıqlarında iddiaçıya həyətlərində ayrıca ev tikib vermişlər. Lakin həmin evin sənədi hazırlanmamışdır. İddiaçı onlara hədə qorxu gələrək evdən çıxardacağını bildirmişdir. O, atasından və anasından miras qalmış əmlakı mülkiyyətinə keçirtmək üçün notariusa yaxınlaşmış, notarius tərəfindən işin məhkəmədə olduğu bildirilmişdir. Bildirmişdir ki, o, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə onun və həyat yoldaşının istifadə hüququnun tanınması və həmin evə köçürülmələri tələbi ilə bağlı məhkəməyə müraciət etmiş, Şəki Rayon Məhkəməsinin 28 avqust 2009-cu il tarixli, 2(075)-676/2009 saylı qətnaməsinin surətindən görünür ki, Maraqlı şəxs və X5 ünvan 2 ünvanda yerləşən iki otaqlı evdən istifadə hüquqlarının tanınması və onların həmin evə köçürülmələri, ev, kommunal vasitələr və həyətyanı torpaq sahəsinin ümumi istifadədə saxlanılması qət edilmişdir. Onun qeyd edilən fərdi yaşayış evindən istifadə hüququ vardır. Mərhum anası iddiaçıya ayrı evinin olduğunu bildirmiş, ata evinin ona qalacağını söyləmişdir. İddiaçı anasının xəstəliyindən istifadə edərək saxta vəsiyyətnamə sənədi hazırlamışdır. Onun qalacaq ayrı evi yoxdur. Hesab edir ki, iddia əsassızdır. İddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Cavabdeh Şəki Regional “Asan xidmət” Mərkəzində Notariat Ofisi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: İş materiallarında olan: - 17 fevral 2021-ci il tarixli, **********90-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 (Yeni qaydalarla: ünvan 4 ünvanında 0,017 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin 4/6 hissəsi, 0,0053 ha torpaq sahəsi X2, fərdi yaşayış evinin 1/6 hissəsi, 0,0058 ha torpaq sahəsi X7 və fərdi yaşayış evinin 1/6 hissəsi, 0,0058 ha torpaq sahəsi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 84 nömrəli reyestr kitabının 62 nömrəli vərəqində qeydiyyata alınmışdır. - 14 mart 2023-cü il tarixli, **********90-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 (Yeni qaydalarla: ünvan 4 ünvanında 0,017 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin 1/6 hissəsi, 0,0058 ha torpaq sahəsi İddiaçı, fərdi yaşayış evinin 4/6 hissəsi, 0,0053 ha torpaq sahəsi X2 və fərdi yaşayış evinin 1/6 hissəsi, 0,0058 ha torpaq sahəsi X8 adına daşınmaz əmlakın dövlət reyestrində 84 nömrəli reyestr kitabının 62 nömrəli vərəqində qeydiyyata alınmışdır. - 13 mart 2023-cü il tarixli, 8737 invertar nömrəli, **********90-10301 reyestr nömrəli texniki pasportdan görünür ki, ünvan 1 (Yeni qaydalarla: ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin 4/6 hissəsi, 0,0053 ha torpaq sahəsi X2, fərdi yaşayış evinin 1/6 hissəsi, 0,0058 ha torpaq sahəsi X8, fərdi yaşayış evinin 1/6 hissəsi, 0,0058 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. - Notariat hərəkətlərinin aparılmasından imtina haqqında 27 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, İddiaçı ərizəsi əsasında vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə notariat hərəkətlərinin aparılmasından imtina edilmişdir. İmtina qərarında qeyd edilmişdir ki, mərhuma məxsus fərdi yaşayış evinin hüquqmüəyyənedici sənədində göstərilən 0.053 torpaq sahəsi ilə vəsiyyətnamədə qeyd olunan 0.035 ha torpaq sahəsi ziddiyyət təşkil edir. - 11 fevral 2023-cü il tarixli, AZ-İİ 318029 seriya nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X2 17 dekabr 2022-ci il tarixdə vəfat etməsi ölüm haqqında akt qeydləri kitabında 841 nömrə ilə qeyd edilmişdir. - 11 fevral 2023-cü il tarixli, AZ-İİ 318030 seriya nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X8 15 avqust 2004-cü il tarixdə vəfat etməsi ölüm haqqında akt qeydləri kitabında 466 nömrə ilə qeyd edilmişdir. - 22 dekabr 2020-ci il tarixli vəsiyyətnamədən görünür ki, X4 mülkiyyətində olan, ölən günədək ona məxsus olan ünvan 1 ünvanında yerləşən 0,035 ha torpaq sahəsi və fərdi yaşayış evinin ona məxsus ½ hissə və ½ hissənin 1/3 hissəsini oğlu İddiaçı vəsiyyət etmişdir. - Vərəsəliyə dair 20 fevral 2023-cü il tarixli, 697 nömrəli arayışdan görünür ki, X4 xx.xx.2022-ci il tarixdə vəfat etmiş, məlum olan vərəsələri Maraqlı şəxs və İddiaçıdur. - Şəki Rayon Məhkəməsinin 28 avqust 2009-cu il tarixli, 2(075)-676/2009 saylı qətnaməsinin surətindən görünür ki, Maraqlı şəxs və X5 ünvan 2 ünvanda yerləşən iki otaqlı evdən istifadə hüquqlarının tanınması və onların həmin evə köçürülmələri, ev, kommunal vasitələr və həyətyanı torpaq sahəsinin ümumi istifadədə saxlanılması qət edilmişdir. - xx.xx.2023-cü il tarixli, ********** saylı qəbzdən görünür ki, İddiaçı tərəfindən iddia ərizəsi ilə bağlı 100 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1134.2-ci maddəsinə əsasən vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olubolmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1152-ci maddəsinə əsasən miras qoyan vəsiyyətnamənin tərtib edildiyi vaxt onda olmayan əmlakı vəsiyyətnamədə o halda nəzərdə tuta bilər ki, mirasın açılacağı vaxtadək bu əmlak onun mülkiyyəti olsun. 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. 1167-ci maddəsinə əsasən vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər. 1170.1-ci maddəsinə əsasən vəsiyyət edən vəsiyyətnamə ilə təyin edilmiş vərəsələrin miras paylarını müəyyənləşdirə bilər və ya hansı vərəsəyə hansı əmlakın verildiyini konkret göstərə bilər. Əgər vəsiyyətnamədə bu cür göstəriş yoxdursa, miras vərəsələr arasında bərabər bölüşdürülür. 1179.1-ci maddəsinə əsasən vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. 1193-cü maddəsinə görə, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. 1194-cü maddəsinə əsasən, məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir... 1196-cı maddəsinə əsasən, vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. 1202.1-ci maddəsinə görə, məcburi pay almaq hüququ olan vərəsə onu qəbul etməkdən imtina edə bilər, lakin bu imtina digər vərəsələrin məcburi payının artmasına səbəb olmur. Onun payı vəsiyyət üzrə vərəsələrə keçir. 1202.2-ci maddəsinə görə isə, məcburi payın qəbul edilməsi və ya ondan imtina olunması mirasın qəbul edilməsi və ya ondan imtina olunması üçün müəyyənləşdirilmiş vaxt ərzində həyata keçirilməlidir. 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. 1321.1-ci maddəsinə əsasən vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. 1321.3-cü maddəsinə əsasən vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. 1325-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Şəhadətnamə həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 95-ci bəndinə əsasən mirasın açıldığı yerin notariusu vərəsələrin ərizəsinə əsasən vərəsəlik qaydasında keçən əmlaka dair mirası qəbul etmiş fiziki və hüquqi şəxslərə, habelə dövlətə vərəsəlik şəhadətnaməsi verir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair 26 iyul 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddələrinin mənasına görə, vərəsələrin dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi ilə bağlı mübahisələrin həlli səlahiyyəti notariat haqqında qanunvericiliyə əsasən notariat orqanlarının hüquqi təyinatı və funksiyasından kənar olduğu üçün məhkəmələrə aiddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair 26 iyul 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin mirasın bölüşdürülməsi anlayışı adlanan 1274-cü maddəsinə müvafiq olaraq, miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Mirasın bölüşdürülməsi dedikdə, mirasın onu qəbul edən vərəsələrin razılaşması ilə hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülməsi anlaşılır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarından müəyyən edilir ki, 22 dekabr 2020-ci il tarixli vəsiyyətnaməyə əsasən X4 mülkiyyətində olan, ölən günədək ona məxsus olan ünvan 1 ünvanında yerləşən 0,035 ha torpaq sahəsi və fərdi yaşayış evinin ona məxsus ½ hissə və ½ hissənin 1/3 hissəsini oğlu İddiaçı vəsiyyət etmişdir. İddiaçı notariat ofisinə müraciət edərək mərhum anası X1 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Notariat orqanının 27 oktyabr 2023-cü il tarixli notariat hərəkətinin aparılmasından imtina haqqında qərarı ilə fərdi yaşayış evinin hüquqmüəyyənedici sənədində göstərilən 0,053 ha torpaq sahəsi vəsiyyətnamədə qeyd olunan 0,035 ha torpaq sahəsi ilə ziddiyyət təşkil etməsi əsası ilə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Bu səbəbdən iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, mərhum X4 tərəfindən yazılmış 22 dekabr 2020-ci il tarixli vəsiyyətnamə hal-hazırda hüquqi qüvvədə olan əqddir və həmin əqdin etibarsızlığını müəyyən edən və ya qüvvədə olmamasını istisna edən hall mövcud deyil. İddiaçının vəsiyyətnamə nəzərə alınmaqla payının müəyyən edilməsini tələb elədiyi torpaq sahəsi fərdi yaşayış evinin dövlət reyestrindən çıxarışında göstərilən torpaq sahəsinin ölçüsündən azdır. Bundan başqa qeyd edilən hal vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina üçün mane olan hall hesab edilə bilməz. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə iclasında maraqlı şəxs mübahisələndirilən daşınmaz əmlakdan istifadə hüququnun müəyyən olunması ilə bağlı məhkəmə qətnaməsinin mövcud olduğunu bildirsə də, məhkəmə diqqətə çatdırır ki, həmin əmlakdan iddiaçının vərəsəlik üzrə payının müəyyən olunması maraqlı şəxsin və həyat yoldaşının istifadə hüquqununun müəyyən edilməsi ilə bağlı məhkəmə qətnaməsinin icrasına təsir edəcək hall deyildir. Məhkəmə həmçinin qeyd edir ki, ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Müli Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. X1 miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin mərhum X3 məxsus ½ hissəsi və ½ hissəsinin 1/3 hissəsi və 0.035 ha olan torpaq sahəsi üzərində İddiaçı xx.xx.2020-ci il tarixdə Şəki Regional “ASAN Xidmət” mərkəzində notariat ofisində tərtib edilmiş vəsiyyətnamə nəzərə alınmaqla payı müəyyən edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №e-2(075)-352/2024
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-352/2024
04.06.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver