Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-36/2024 15.01.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi ilə, İddiaçı İB-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Şəki şəhəri Arxüstü küçəsi 4/3-də yaşayan X1 göstəricisinə əsasən aparılmış hesabata görə 65.66 (altmış beş manat 66 qəpik) manat və itirilmiş qazın bərpası üçün aparılmış hesabata görə 4250.88 (dörd min iki yüz əlli manat 88 qəpik) manat, cəmi 4316.48 (dörd min üç yüz on altı manat 48 qəpik) əsas borcun, ödənilmiş 63.17 (altmış üç manat 17 qəpik) manat dövlət rüsumu və 1.20 (bir manat 20 qəpik) qəpik bank xidmət haqqı olmaqla, ümumilikdə 4380.85 (dörd min üç yüz səksən manat 85 qəpik) manat pul vəsaitinin tutularaq İddiaçı xeyrinə ödənilməsi (bank hesabları: ABB, Kod 8051700, M/H: AZ03NABZ********************, VÖEN **********, S.W.İ.F.T. İBAZAZ2X, AZ95İBAZ********************) barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işə baxılarkən iddiaçının nümayəndəsi məhkəməyə iddia tələbinin azaldılması barədə ərizə təqdim edərək, cavabdeh Şəki şəhəri Arxüstü küçəsi 4/3-də yaşayan Cavabdeh sayğac göstəricisinə əsasən aparılmış hesabata görə 65.66 (altmış beş manat 66 qəpik) manat borc, itirilmiş qazın bərpası üçün aparılmış hesabata görə 604.80 (altı yüz dörd manat 80 qəpik) manat borc olmaqla, cəmi 670.46 (altı yüz yetmiş manat 46 qəpik) manat borcun və ödənilmiş dövlət rüsumlarının tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin azaldılması barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, SOCAR İddiaçı İB-nin Zaqatala Regional qaz istismarı İdarəsinin ünvan 3-da Cavabdeh məxsus mənzilində AKX- 05008xx/xx-2022saylı alqı-satqı müqaviləsi əsasında təbii qazdan istifadə edilir. İstehlakçıya məxsus mənzildə uzun müddət təbii qazdan istifadə edilsədə qaz hesabında yaranmış borc tam şəkildə ödənilməmişdir. Cavabdeh **********00000 saylı qaz hesabında ödənilməmiş 4316.48 manat borc vardır və hazırda məcburi qaydada ödənişinin təmin edilməsi üçün məhkəməyə müraciət edilir. Tələb olunan borcun 65.66 manat hissəsi sayğac göstəricisinə və 4250.88 manat hissəsi isə təbii qazdan qeyri qanuni istifadə edilməsi ilə bağlı aparılmış hesabata əsasən yaranmışdır. İddia tələbində göstərilən sayğac göstəricisinə əsasən aparılmış hesabata görə yaranmış 65.66 manat həcmindəki borc Cavabdeh n yaşadığı ünvanda hazırda istismarda olan G4T markalı **********5 nömrəli sayğacın 1935 m göstəricisi ilə müəyyən edilmişdir. İddiaçı tərəf borcun ödənilməsi ilə bağlı cavabdehə müraciətlər etsə də, cavabdeh borcun ödənilməsini təmin etmədiyindən hazırkı mübahisə yaranmış və iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddia tələbində göstərilən qeyri qanuni qazdan istifadəyə əsasən aparılmış hesabata görə 4250.88 manat həcmindəki borc Cavabdeh yaşadığı Şəki şəhəri Arxüstü küçəsi 4/3-də yerləşən mənzilində istismarda olmuş qaz sayğacından kənar qeyri-qanuni qoşulma vasitəsilə təbii qazdan istifadə nəticəsində müəyyən edilmişdir. Belə ki, İddiaçı İB-nin Zaqatala RQİİ-nin nümayəndələrinin apardığı xidməti yoxlama zamanı xx.xx.2022-ci il tarixdə Cavabdeh yaşadığı fərdi yaşayış evində həmin dövrdə istismarda olan qaz sayğacına baxış keçirilmiş, baxış zamanı mənzildə qeyriqanuni olaraq sayğacdan kənar qoşulma vasitəsilə təbii qazdan istifadə olunduğu aşkarlanmışdır. Aşkarlanan qeyri-qanuni olaraq sayğacdan kənar qoşulma üzrə video və foto çəkiliş aparılmışdır. Keçirilmiş baxış zamanı aşkarlanan sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadəyə görə təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli ******* saylı akt tərtib edilmiş və qaz cihazlarının inventarizasiyası aparılmışdır. Belə ki, mənzildə istismarda olan qaz cihazlarının maksimal saatlıq qaz sərfləri nəzərə alınmaqla itirilmiş qazın miqdarı Zaqatala RQİİ-nin xx.xx.2022-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsi” ilə 35424 m (və ya 4250.88 manat) həcmində müəyyən edilmişdir. Aşkar edilmiş qazdan istifadə qaydalarının pozulması faktı ilə bağlı inzibati icraata başlanılması üçün Azərbaycan Respublikası Energetika Nazirliyinin X3 Agentliyinə təqdim edilmişdir. Bununla əlaqədar olaraq X3 Agentliyinin Şəki filialı tərəfindən Məmmədov X4 Respublikası İXM-nin 282.1-ci maddəsi ilə təqsirli bilinməklə xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokol əsasında isə Cavabdeh Azərbaycan Respublikası İXM-nin 282.1-ci maddəsi ilə təqsirli bilinərək xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarala 100 manat həcmində inzibati cərimə edilmişdir və hal hazırda sözügedən qərar qanuni qüvvəsindədir. İddiaçı İB və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı İB məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 14 dekabr 2022-ci il tarixli AKX-05008xx/xx-2022 nömrəli “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə” müqaviləndən görünür ki, İddiaçı ilə Cavabdeh arasında müqavilə bağlanaraq Cavabdeh məxsus fərdi yaşayış evi qaz sayğacı ilə təmin edilmişdir. İşdə olan Şəki Rayon Məhkəməsinin 04 iyul 2023-cü il tarixli 2(075)-900/2023 saylı qətnaməsindən görünür ki, iddianın qismən təmin edilməsi, itirilmiş qaz sərfiyyatı kimi 3646.08 manat məbləğində hesablanmış borc Cavabdeh hesabından silinməsi, iddianın qalan hissədə təmin edilməməsi, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçındən 56.46 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət nəfinə keçirilməsi qət edilmişdir. İşdə olan Şəki Apellyasiya Məhkəməsinin 06 noyabr 2023-cü il tarixli 2(107)- 1112/2023 saylı qətnaməsindən görünür ki, cavabdeh İddiaçı İB tərəfindən verilmiş аpellyasiya şikayətinin təmin edilməməsi, iş üzrə Şəki Rayon Məhkəməsinin 4 iyul 2023cü il tarixli, 2(075)-900/2023 nömrəli qətnaməsinin mübahisələndirilən – iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən sаxlаnılması qət edilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq, iş materiallarına əlavə edilmiş **********00000 saylı abonentin saldosundan görünür ki, Cavabdeh akta əsasən Azəriqaz İB-nə 4250.88 manat borcu vardır. Elektron qaydada məhkəməyə daxil olaraq, iş materiallarına əlavə edilmiş 21 dekabr 2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, Cavabdeh yaşadığı Şəki rayonu, Sarı torpaq Arxüstü küçəsi ünvanında yerləşən evində qaz işlədicilərindən PQ-4-ün maksimal saatlıq qaz sərfi 1.2 m³/saat, günlük iş rejimi 24 saat, hesabat müddəti 360 gün, Dəmir sobasının maksimal saatlıq qaz sərfi 1.4 m³/saat, günlük iş rejimi 24 saat, hesabat müddəti 180 gün, Q.S.Q-nın maksimal saatlıq qaz sərfi 1.5 m³/saat, günlük iş rejimi 24 saat, hesabat müddəti 180 gün, Q.S.S.Q-nin maksimal saatlıq qaz sərfi 1.5 m³/saat, günlük iş rejimi 24 saat, hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır, itirilmiş qazın miqdarı 35424 m3 (10368 m3 + 6480 m3 + 12096 m3 + 6480 m3) müəyyən edilərək onun dəyəri olan 4250,88 manat məbləğdə ziyan (35424 m3 x 0.12 man = 4250,88 manat) əvəzinin ödənilməsi tələb edilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq, iş materiallarına əlavə edilmiş İddiaçı İBnin Zaqatala RQİİ-nin Şəki sahəsinin tərtib etdiyi “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 07 dekabr 2022-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, istehlakçı Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən evində sayğacdan kənar qaz xəttinə qoşulma müəyyən olunmuş, mövcud sayğacın saatlıq qaz sərfinə uyğun quraşdırılması və istehlakçıdan dəymiş ziyan hesablanaraq ödənilməsi tələb olunmuşdur. Elektron qaydada məhkəməyə daxil olaraq, iş materiallarına əlavə edilmiş 23 fevral 2023-cü il tarixli, MN ******* seriya nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh tərəfindən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində 07 dekabr 2022-ci il tarixdə qaz paylayıcı şəbəkəyə qanunsuz qoşulmaqla təbii qazın talanması nəticəsində 4250,88 manat məbləğində ziyan vurulduğu üçün onun barəsində İXM-nin 282.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 07 mart 2023-cü il tarixli, MN ******* seriya nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, 07 dekabr 2022-ci il tarixdə ünvan 2 ünvanında qaz paylayıcı şəbəkəyə qanunsuz qoşulmaqla təbii qazın talanması nəticəsində 4250,88 manat məbləğində ziyan vurulduğu üçün Cavabdeh İXM-nin 282.1-ci maddəsinə əsasən 100 manat məbləğində cərimə olunmuşdur. İddia üzrə məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, İddiaçı İB, Zaqatala RQİİ-nin ünvan 3 ünvanında yaşayan Cavabdeh məxsus fərdi yaşayış evində müvafiq alqı-satqı müqaviləsi əsasında təbii qazdan istifadə edilmişdir. İstehlakçının yaşadığı mənzildə uzun müddət təbii qazdan istifadə edilsədə qaz hesabında yaranmış borc tam şəkildə ödənilməmişdir. Cavabdeh **********00000 saylı qaz hesabında ödənilməmiş 4250.88 manat borcu olmuşdur. Lakin cavabdeh akt əsasında hesablanmış borcun silinməsi tələbi ilə bağlı məhkəməyə müraciət etmiş və Şəki Rayon Məhkəməsinin 04 iyul 2023-cü il tarixli 2(075)-900/2023 saylı qətnaməsinə əsasən itirilmiş qaz sərfiyyatı kimi 3646.08 manat məbləğində hesablanmış borc Cavabdeh hesabından silinmiş, itirilmiş qaz sərfiyyatı kimi hesablanmış borcdan 604.80 manatı cavabdehin hesabında saxlanılmışdır. İddiaçı İB tərəfindən Şəki Rayon Məhkəməsinin 04 iyul 2023-cü il tarixli 2(075)-900/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verilsə də, Şəki Apellyasiya Məhkəməsinin 06 noyabr 2023-cü il tarixli 2(107)-1112/2023 saylı qətnaməsinə əsasən cavabdeh İddiaçı İB tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməmişdir. Hazırda cavabdehin hesabında sayğac göstəricisinə əsasən aparılmış hesabata görə 65.66 (altmış beş manat 66 qəpik) manat borc, itirilmiş qazın bərpası üçün aparılmış hesabata görə 604.80 (altı yüz dörd manat 80 qəpik) manat borc olmaqla, cəmi 670.46 (altı yüz yetmiş manat 46 qəpik) manat borc vardır. Keçən müddət ərzində cavabdeh xəbərdarlıq edilməsinə baxmayaraq yaranmış borc tam şəkildə ödənilmədiyindən İddiaçı İB hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı tərəf iddianı müdafiə edir. Cavabdeh isə məhkəmə iclaslarında iştirak etməyərək iddiaya hər hansı münasibət bildirməmişdir. Mülki iş materiallarını araşdırıb iddiaçının nümayəndəsinin izahatını dinləyib, təqdim olunmuş sənədləri tədqiq edərək məhkəmə belə qənaətə gəlir ki, İddiaçı iddiası əsaslıdır. Belə ki, Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq etdilən “Qazdan istifadə qaydaları”nın 3.2.1-ci bəndinə əsasən Qazdan istifadə edən istehlakçılar qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməlidir. Həmin qaydaların 1.3-cü bəndinə əsasən, qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. istehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin qaydaların Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qaydaların 4.9-cu bəndinə əsasən zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Həmin qaydaların 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin Qaydaların; 6.1.1-ci bəndinə əsasən istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; 6.1.2-ci bəndinə görə təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; 6.1.4-cü bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; 6.1.6-cı bəndinə əsasən məhkəmənin qərarı ilə qaz paylayıcısı qazın verilməsini dayandıra bilər. Həmin qaydaların 6.5-ci bənidnə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.2-ci maddəsinə görə, müqavilə onun bağlandığı vaxt qüvvədə olanqanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. Həmin Məcəllənin 390.5-ci maddəsinə görə, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci madəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək və yuxarıda şərh olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, Cavabdeh yaşadığı ünvanında yerləşən mənzildə təbii qazdan istifadə etsə də, qaz hesabında yaranmış qaz sərfiyyatı və akt əsasında yaranmış borcunu tam şəkildə ödəməmişdir. Həmçinin akt əsasında hesablanmış itirilmiş qazın bərpası üçün aparılmış hesabata görə 604.80 borc qanuni qüvvəsini almış Şəki Rayon Məhkəməsinin 04 iyul 2023-cü il tarixli 2(075)-900/2023 saylı qətnaməsi ilə sübuta yetir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilərək, Cavabdeh sayğac göstəricisinə əsasən aparılmış hesabata görə 65.66 (altmış beş manat 66 qəpik) manat borc, itirilmiş qazın bərpası üçün aparılmış hesabata görə 604.80 (altı yüz dörd manat 80 qəpik) manat borc olmaqla, cəmi 670.46 (altı yüz yetmiş manat 46 qəpik) manat borc, 63.17 (altmış üç manat 17 qəpik) manat dövlət rüsumu və 1.20 (bir manat 20 qəpik) qəpik bank xidmət haqqı tutularaq İddiaçı xeyrinə ödənilməlidir (bank hesabları: ABB, Kod 8051700, M/H: AZ03NABZ********************, VÖEN **********, S.W.İ.F.T. İBAZAZ2X, AZ95İBAZ********************). Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 217, 219-220, 227 və 233-cü maddələrin tələblərini rəhbər tutub məhkəmə, QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh sayğac göstəricisinə əsasən aparılmış hesabata görə 65.66 (altmış beş manat 66 qəpik) manat borc, itirilmiş qazın bərpası üçün aparılmış hesabata görə 604.80 (altı yüz dörd manat 80 qəpik) manat borc olmaqla, cəmi 670.46 (altı yüz yetmiş manat 46 qəpik) manat borc, 63.17 (altmış üç manat 17 qəpik) manat dövlət rüsumu və 1.20 (bir manat 20 qəpik) qəpik bank xidmət haqqı tutularaq İddiaçı (bank hesabları: ABB, Kod 8051700, M/H: AZ03NABZ********************, VÖEN **********, S.W.İ.F.T. İBAZAZ2X, AZ95İBAZ********************) hesabına ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №e-2(075)-36/2024
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-36/2024
15.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver