Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-360/2024 02.05.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi X1 , Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə İddia tələbinin dəlilləri; İddiaçı Şəki şəhər Mənzil İstismar Sahəsı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Ramiz qızına məxsus olan məişət avadanlıqarı, geyim paltarları, qida məhsulları, mətbəx ləvazimatları, tullantı dəmir aliminium qablamada bankalar, 1 (bir) cüt boğazlı çəkmə və sadalan əşyaların altında olması səbəbindən müəyyən edilə bilməyən digər əşyalarının Şəki şəhəri, M.Ə.Rəsulzadə küçəsi, bina 180 ünvanına bitişik ümumi istifadədə olan yolda yerləşən qanunsuz quraşdırılmış dəmir konstruksiyadan ibarət 1.6x3.0 ölçüdə və 1.5x1.5 ölçüdə köşklərdən çıxarılması və həmin köşklərin oradan götürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı nümayəndəsi 16 aprel 2024-cü il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, qanunsuz quraşdırılmış dəmir konstruksiyadan ibarət 1.6x3.0 ölçüdə və 1.5x1.5 ölçüdə köşklərin (içərisindəki əşyalarla birlikdə) oradan götürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. Sonradan İddiaçı nümayəndəsi məhkəməyə 02 may 2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, qanunsuz quraşdırılmış dəmir konstruksiyadan ibarət 1.6x3.0 ölçüdə və 1.5x1.5 ölçüdə köşklərin (içərisindəki əşyalarla birlikdə) Şəki şəhəri M.Ə.Rəsulzadə küçəsi 180 nömrəli binanın cənub hissəsindəki yanğın-təxliyyə pilləkənlərinin qarşısından götürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında qeydiyyatda olan X8 ərizə ilə ünvan 2iyyətinə müraciət edərək, anası X2 məxsus ünvan 3 ünvanında yerləşən mənzilin gediş-gəliş yolunda, binaya bitişik vəziyyətdə, onların mülkiyyətində olan mənzilin pəncərəsinin altında antisanitar vəziyyət nəticəsində ifunət və qoxu olduğunu, buna səbəb isə mərhum X4 tərəfindən orada qanunsuz quraşdırılmış dəmir konstruksiyadan ibarət 1.6x3.0 ölçüdə və 1.5x1.5 ölçüdə köşklərin olduğunu bildirərək, həmin köşklərin oradan götürülməsi üçün müvafiq köməklik göstərilməsini xahiş etmişdir. ünvan 2iyyəti tərəfindən Şəki Mənzil İstismar Sahəsinə 5-7-2/2-Ə-85-149/2023 nömrəli xx.xx.2023-cü il tarixli məktubla,vətəndaş İ.Əsgərovanın müraciətində qeyd etdiyi xüsusatların araşdırılması, araşdırmanın nəticəsindən asılı olaraq zərurət yarandığı təqdirdə Şəki şəhəri, M.Ə.Rəsulzadə küçəsi bina 180 ünvanına bitişik ümumi istifadədə olan yolda yerləşən qanunsuz quraşdırılmış dəmir konstruksiyadan ibarət 1.6x3.0 ölçüdə və 1.5x1.5 ölçüdəköşklərdən Cavabdeh Ramiz qızına məxsus olan əşyaların çıxarılması və həmin köşklərin oradan götürülməsinə dair qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq qanunla müəyyən edilmiş qaydada məhkəməyə müraciət edilməsi Şəki Mənzil İstismar Sahəsinə tapşırılmışdır. Məsələ araşdırılarkən məlum olmuşdur ki, Şəki şəhəri, M.Ə.Rəsulzadə küçəsi 180 nömrəli binaya bitişik, ümumi istifadədə olan yolda mərhum X4 tərəfindən qanunamüvafiq heç bir müvafiq icazə olmadan iki ədəd 1.6x3.0 ölçüdə və 1.5x1.5 ölçüdə dəmir-metal konstruksiyadan inşa edilmiş köşklər qoyulmuşdur. X4 isə xx.xx.2021-ci il tarixdə ölmüşdür. Həmin köşklərə dair mərhumun heç bir sənədi olmadığından köşklərin sahibliyi mərhumun varislərinə keçməmişdir. Lakin, hal-hazırda həmin qanunsuz quraşdırılmış köşklərdən mərhumun gəlini Cavabdeh Ramiz qızı tərəfindən öz əşyalarının saxlanc yeri olaraq istifadə edilir. Sözügedən iki ədəd dəmirmetal konstruksiyadan inşa edilmiş köşklər ümumi istifadə də olan yolun üzərində yerləşir. Cavabdehin hazırda həmin qanunsuz köşklərin istifadəsinə heç bir hüququ olmamasına baxmayaraq onun əşyaları həmin köşklərdədir. Bundan başqa Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən şəhər icra hakimiyyətinə təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 3-21-3-39/2- 4091/2023 nömrəli məktubuna əsasən sözügedən torpaq sahəsinin TEKUİS sisteminin məlumat bazasında kateqoriyası yaşayış məntəqələrinin torpaqları, mülkiyyət növü-dövlət, uqodiyası-“tikintialtında olan torpaqlar” kimi göstərildiyi qeyd olunmuşdur. Qeyd olunan məsələ ilə bağlı ünvan 2iyyəti başçısıaparatının məsuləməkdaşlarının, Şəki Mənzil İstismar sahəsinin əməkdaşının və vətəndaş Cavabdeh Ramiz qızının iştirakları ilə qeyd olunan əraziyə baxış keçirilmiş və məlum olmuşdur ki, quraşdırılması üçün heç bir icazə sənədi olmayan 1.6x3.0 ölçüdə və 1.5x1.5 ölçüdə dəmir konstruksiyadan ibarət köşklərdə vətəndaş Cavabdeh Ramiz qızına məxsus məişət avadanlıqarı, geyim paltarları, qida məhsulları, mətbəx ləvazimatları, tullantı dəmir aliminium qablamada bankalar, 1 (bir) cüt boğazlı çəkmə və sadalanan əşyaların altında olmasısəbəbindən müəyyən edilə bilməyən digər əşyalar vardır. Cavabdehə məxsus olan əşyaların yerləşdiyi qanunsuz quraşdırılmış dəmir konstruksiyadan ibarət 1.6x3.0 ölçüdə və 1.5x1.5 ölçüdə köşklərümumi istifadə də olan ərazidə yerləşməsinə görə bina sakinləri və digər oradan keçən insanlar tərəfindən sərbəst hərəkət etmək mümkün deyil və bu da insanların ümumi istifadədə olan ərazidən istifadə etmək hüququnu məhdudlaşdırır. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi X5 iddia ərizəsinin məzmuna uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirdi ki, həqiqətən də M.Ə.Rəsulzadə küçəsi 180 nömrəli binanın cənub hissəsindəki quraşdırılmış dəmir konstruksiyadan ibarət 1.6x3.0 ölçüdə və 1.5x1.5 ölçüdə köşklər ona məxsusdur. Ona həmin köşklərin yerinin başqa ərazisə dədəyişdirilməsi təklif olunsa da, bu onun üçün çətinlik yaratdığından razılaşmamışdır. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. İşin halları; Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 12 saylı Şəki Ərazi İdarəsinin ünvan 2iyyətinə ünvanladığı sahibsiz köşklərin yerləşdiyi torpaq sahəsi haqqında məlumatın verilməsi barədə məktubundan görünür ki, Şəki şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 180 nömrəli binanın cənub hissəsində yanğın pilləkənlərinin yanında yerləşən qanunsuz quraşdırılmış dəmir konstruksiyadan ibarət sahibsiz köşklərin yerləşdiyi torpaq sahəsi TEKUİS (X3 X10) məlumat bazasında kateqoriyası – yaşayış məntəqələrinin torpaqları, mülkiyyətin növü – dövlət, uqodiyası – tikinti altında olan torpaqlar kimi göstərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə X11 xx.xx.1999-cu il tarixli D-9/70 nömrəli əmri ilə təsdiq edilmiş Şəhər Mənzil İstismar Sahəsinin Nizamnaməsindən görünür ki, Şəhər Mənzil İstismar Sahəsinin fəaliyyətinin əsas istiqamətlərinə yaşayış sahələrində abadlıq və təmizlik işləri aparmaq, xüsusi həyətlərdə və həyətyanı sahələrdə müqavilə əsasında təmir tikinti və abadlıq işləri aparmaq və müəyyən edilmiş vaxtlarda yaşayış və başqa tikililərə müntəzəm olaraq baxış keçirmək kimi hüquq və vəzifələr aiddir. Şəki şəhəri, M.Ə.Rəsulzadə küçəsi, bina 180 ünvanına bitişik qanunsuz quraşdırılmış dəmir konstruksiyadan ibarət 1.6 x 3.0 ölçüdə və 1.5x1.5 ölçüdə köşklərə baxılarkən aşkar edilmiş əşyalar barədə xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Şəki şəhəri, M.Ə.Rəsulzadə küçəsi 180 nömrəli binanın cənub hissəsindəki quraşdırılmış dəmir konstruksiyadan ibarət 1.6x3.0 ölçüdə və 1.5x1.5 ölçüdə köşklərə baxış keçirilən zaman məlum olmuşdur ki, hər 2 (iki) köşkdə bina sakini Cavabdeh məişət avadanlıqları, geyim paltarları, qida məhsulları, mətbəx ləvazimatları, tullanti dəmir (aliminum, kola, fanta, pepsi və s.) bankalar, 1 (bir) cüt boğazlı çəkmə və görünməyən yerdə olan digər əşyalar aşkar edilmişdir. Aktın doğruluğunu ünvan 2iyyətinin Hüquq Şöbəsinin müdiri X6, Memarlıq və tikinti şöbəsinin baş məsləhitçisi X7, Şəki MİS-nin baş mühəndisi X9 və ünvan 5 ünvanında yaşayan Cavabdeh Ramiz qızı öz imzaları ilə təsdiq etmişlər. Fotoşəkillərdən görünür ki, 2 ədəd binaya bitişik ümumi istifadədə olan yolda yerləşən qanunsuz quraşdırılmış dəmir konstruksiyadan ibarət 1.6x3.0 ölçüdə və 1.5x1.5 ölçüdə köşklər yerləşdirilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 4.3-cü maddəsinə əsasən torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını, torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət, istifadə və ya icarə hüququ), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) əhatə edir. 49.1-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ - torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. 50-ci maddəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlar daimi və ya müvəqqəti istifadəyə müvafiq icra hakimiyyəti orqanları və bələdiyyələr tərəfindən verilir. 67.2-ci maddəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 67.4-cü maddəsinə əsasən torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-cı maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim edilmiş o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi; Məhkəmə işin faktiki hallarını araşdıraraq, məhkəmə iclasında tədqiq edilmiş sübutları, bu münasibətləri nizama salan mülki qanunvericiliyinin normaları ilə əlaqəli şəkildə təhlil edərək hesab edir ki, iddia əsaslıdır. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Şəki şəhəri, M.Ə.Rəsulzadə küçəsi 180 nömrəli binanın cənub hissəsində yanğın pilləkənlərinin yanında qanunsuz köşklər quraşdırılmışdır. Cavabdeh həmin tikilinin inşa edilməsinə dair iddiaçı təşkilat, müvafiq yerli icra hakimiyyəti orqanları ilə razılaşdırılması, bu barədə yazılı razılığı, icazənin alınmasına dair heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Göründüyü kimi cavabdeh ona məxsus olmayan ümumi istifadədə olan ərazidə, yəni müvafiq orqanların icazəsi olmadan quraşdırılmış dəmir konstruksiyadan ibarət 1.6x3.0 ölçüdə və 1.5x1.5 ölçüdə köşklərdən qanunsuz istifadə edir. Ona görə də, məhkəmə belə qənaətə gəlir ki, Şəki şəhər Mənzil İstismar Sahəsı qanunsuz quraşdırılmış dəmir konstruksiyadan ibarət 1.6x3.0 ölçüdə və 1.5x1.5 ölçüdə köşklərin (içərisindəki əşyalarla birlikdə) Şəki şəhəri M.Ə.Rəsulzadə küçəsi 180 nömrəli binanın cənub hissəsindəki yanğın-təxliyyə pilləkənlərinin qarşısından götürülməsi tələbini irəli sürməkdə haqlıdır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh tərəfindən qanunsuz quraşdırılmış dəmir konstruksiyadan ibarət 1.6x3.0 ölçüdə və 1.5x1.5 ölçüdə köşklər (içərisindəki əşyalarla birlikdə) Şəki şəhəri M.Ə.Rəsulzadə küçəsi 180 nömrəli binanın cənub hissəsindəki yanğın-təxliyyə pilləkənlərinin qarşısından öz vəsaiti hesabına götürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən qanunsuz quraşdırılmış dəmir konstruksiyadan ibarət 1.6x3.0 ölçüdə və 1.5x1.5 ölçüdə köşklər (içərisindəki əşyalarla birlikdə) Şəki şəhəri M.Ə.Rəsulzadə küçəsi 180 nömrəli binanın cənub hissəsindəki yanğın-təxliyyə pilləkənlərinin qarşısından öz vəsaiti hesabına götürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Elşən Vəliyev
Məhkəmə qərarları › İş №e-2(075)-360/2024
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-360/2024
02.05.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver