Məhkəmə qərarları › İş №e-2(075)-368/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-368/2025

14.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-368/2025 14.01.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair işə məhkəmənin inzibati binasında, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, İmei kodu **********92513 OPPO A18 markalı telefon üçün 322.02 manat ödənilməmiş hissə, 32.98 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, AİWA AT qulaqlıq üçün 60 manat ödənilməmiş hissə, 6 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, HEADPHONES JBL qulaqlıq, SONY MDR-15AP İN EAR qulaqlıq üçün 46 manat ödənilməmiş hissə, 4.8 manat cərimə olmaqla ümumilikdə, 472 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq iddiaçı "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü tarixli müqavilələrə əsasən, İmei kodu **********92513 OPPO A18 markalı telefon, AİWA AT qulaqlıq və HEADPHONES JBL qulaqlıq, SONY MDR-15AP İN EAR qulaqlıq almış və nəticədə 472 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 322.02 manat (yəni 18 ay x 17.89 manat + 0 manat ilkin ödəniş) İmei kodu **********92513 OPPO A18 markalı telefon üçün ümumilikdə, 355 manat olmaqla ondan 322.02 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 32.98 manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 63 manat (3 ay x 20 manat + 3 manat ilkin ödəniş) AİWA AT qulaqlıq üçün ümumilikdə, 63 manat olmaqla ondan, 60 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 6 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 49.2 manat (12 ay x .85 manat + 3 manat ilkin ödəniş) HEADPHONES JBL qulaqlıq, SONY MDR-15AP İN EAR qulaqlıq üçün ümumilikdə, 51 manat olmaqla ondan, 46.2 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 4.8 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 6 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. Tələbimizin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər: Tərəflər arasında bağlanılmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərilən xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5.1 və 284-5.3cü maddələrinə əsasən məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir. Cavabdehə qanunvericiliyə uyğun rəsmi qaydada bildiriş göndərilmiş, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarından müəyyən edilir ki, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, iddiaçı İmei kodu **********92513 OPPO A18 markalı telefon, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən AİWA AT qulaqlıq və xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, HEADPHONES JBL qulaqlıq, SONY MDR-15AP İN EAR qulaqlığı cavabdehə verməyi, cavabdeh isə öz növbəsində həmin malların dəyərini hissə-hissə ödəməyi öz öhdələrinə götürmüşlər. İddiaçı öz öhdəliyini yerinə yetirsə də cavabdeh öz öhdəliyini tam yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya xx.xx.2024-cü il tarixli müqavilə üzrə 322.02 manat əsas, müqavilənin 2.6-cı bəndinə əsasən 32.98 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqavilə üzrə isə 60 manat əsas, müqavilənin 2.6-cı bəndinə əsasən 6 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 46 manat əsas, müqavilənin 2.6-cı bəndinə əsasən 4.8 manat cərimə borcu, yaranmışdır. İddiaçı tərəfindən müqavilələrin 4.1-ci bəndinə əsasən borcun ödənilməsi ilə bağlı xəbərdarlıq göndərilmişdir. Məhkəmə, Mülki Məcəllənin 385.1, 399.1, 442, 445.1, 445.2.1, 465, 567, 600.1, 600.4-cü maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, İmei kodu **********92513 OPPO A18 markalı telefon üçün 322.02 manat əsas, 32.98 manat cərimə borcu, AİWA AT qulaqlıq üçün 63 manat əsas, 6 manat cərimə borcu və HEADPHONES JBL qulaqlıq, SONY MDR- 15AP İN EAR qulaqlıq üçün 46 manat əsas, 4.8 cərimə borcu olmaqla, cəmi 472 manat borc Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-580, 587, 588, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kodu **********92513 OPPO A18 markalı telefon üçün 322.02 (üç yüz iyirmi iki manat iki qəpik) manat ödənilməmiş hissə, 32.98 (otuz iki manat doxsan səkkiz qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, AİWA AT qulaqlıq üçün 60 (altmış) manat ödənilməmiş hissə, 6 (altı) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, HEADPHONES JBL qulaqlıq, SONY MDR-15AP İN EAR qulaqlıq üçün 46 (üırx altı) manat ödənilməmiş hissə, 4.8 (dörd manat səksən qəpik) manat cərimə ümumilikdə, 472 (dörd yüz yetmiş iki) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar