Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2(075)-37/2024 02.04.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçı İslahat Birliyinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Şəki Rayon Məhkəməsinin icraatında olan və 2(075)-970/2023 nömrə ilə qeydiyyata alınmış İddiaçı İslahat Birliyinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi və Şəki Rayon Məhkəməsində 2(075)-763/2023 nömrə ilə qeydiyyata alınmış iddiaçı Cavabdeh İddiaçı İslahat Birliyinə qarşı “akt əsasında hesablanmış borcun silinməsi” tələbinə dair mülki işin bir icraatda birləşdirilməsi məsələsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı İslahat Birliyi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Şəki şəhəri M.Hacıyev küçəsi 2A-da yaşayan Cavabdeh sayğac göstəricisinə əsasən aparılmış hesabata görə 171.90 (bir yüz yetmiş bir manat 90 qəpik) manat və itirilmiş qazın bərpası üçün aparılmış hesabata görə 4510.08 (dörd min beş yüz on manat 08 qəpik) manat, cəmi 4681.98 (dörd min altı yüz səksən bir manat 98 qəpik) əsas borc, əvvəlcədən ödənilmiş 66.85 (altmış altı manat 85 qəpik) manat dövlət rüsumu və 0.40 (qırx) qəpik bank xidmət haqqı olmaqla, ümumilikdə 4749.23 (dörd min yeddi yüz qırx doqquz manat 23 qəpik) manat borcun tutularaq İddiaçı xeyrinə ödənilməsi (bank hesabları: ABB, Kod 8051700, M/H: AZ03NABZ********************, VÖEN **********, S.W.İ.F.T. İBAZAZ2X, AZ95İBAZ********************) barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin mülki iş Şəki Rayon Məhkəməsində 29 mart 2023-cü il tarixdə, 2(075)- 970/2023 nömrə ilə qeydiyyata alınmışdır. Eyni zamanda iddiaçı Cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı tərəfindən 26 dekabr 2022-ci il tarixli ******* nömrəli akt əsasında hesablanmış qaz sərfiyyatının və **********10000 abonent koduna vurulmuş 4510 borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin mülki iş Şəki Rayon Məhkəməsində 24 fevral 2023-cü il tarixdə, 2(075)- 763/2023 nömrə ilə qeydiyyata alınmışdır. Məhkəmə iclasında İddiaçı İslahat Birliyinin nümayəndəsi Nümayəndə izahat verərək, İddiaçı İslahat Birliyinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işlə iddiaçı Cavabdeh İddiaçı İslahat Birliyinə qarşı “akt əsasında hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işin bir icraatda birləşdirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Həmin Məcəllənin 169.4-cü maddəsinə əsasən Bu Məcəllənin 169.1-169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. Məhkəmə hər iki iş materiallarını araşdıraraq, mülki proses tərəflərinin fikrini nəzərə alaraq hesab edir ki, qeyd edilən mülki işlər məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü iki işdir. Buna görə də məhkəmə bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, qeyd edilən işlərin birləşdirilməsi həmin işlərə vaxtında və operativ baxılmasına səbəb olacaqdır. Məhkəmə qeyd edilən imkanını nəzərə alaraq həmin işlər bir icraatda birləşdirməsi qərarına gəlmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 169.3, 263-264, 266- 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Qərara a l d ı: Şəki Rayon Məhkəməsinin icraatında olan və 2(075)-970/2023 nömrə ilə qeydiyyata alınmış İddiaçı İslahat Birliyinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki iş və Şəki Rayon Məhkəməsində 2(075)-763/2023 nömrə ilə qeydiyyata alınmış iddiaçı Cavabdeh İddiaçı İslahat Birliyinə qarşı “akt əsasında hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki iş bir icraatda birləşdirilsin. Mülki işlər 2(075)-763/2023 nömrə ilə qeydiyyata alınsın. Hakim: Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №e-2(075)-37/2024
Şəki Rayon Məhkəməsi Qərardad — İş №e-2(075)-37/2024
02.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver