Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-384/2025 14.01.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair işə məhkəmənin inzibati binasında, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MMC-nin Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının xeyrinə xx xxx 1996-cı il təvəllüdlü Cavabdeh 26 avqust 2020-ci il tarixli, SKK5861306 saylı borc müqaviləsinə əsasən 205 (iki yüz beş) manat əsas borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun cəmi 235 (iki yüz otuz beş) manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı MMC ilə müddəti 12 ay olmaqla 26 avqust 2020-ci il tarixli borc müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 846 manat olan məişət avadanlığı əldə edib. Cavabdehin müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 205 manat əsas borcu qalıb. Yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdeh 26 avqust 2020-ci il tarixli, SKK5861306 saylı borc müqaviləsinə əsasən 205 (iki yüz beş) manat əsas borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 235 (iki yüz otuz beş) manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılması zəruridir. Müqavilədə tərəflər arasında yaranmış mübahisənin pretenziya qaydasında həll olunmağı nəzərdə tutulmadığından cavabdeh tərəfə pretenziya məktubu göndərilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5.1 və 284-5.3cü maddələrinə əsasən məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir. Cavabdeh qanunvericiliyin tələblərinə uyğun olaraq rəsmi qaydada bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən qanunvericiliklə müəyyən edilmiş müddət ərzində iddiaya qarşı etiraz məhkəməyə daxil olmamışdır. Buna görə də məhkəmə iddia üzrə məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağrılmadan baxılmasını və həmin işin həllinə dair qətnamə çıxarılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Mülki işdə olan, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 26 avqust 2020-ci il tarixli müqavilədən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh 12 ay müddətinə 824 manat məbləğində məişət avadanlığı verilmişdir. İşdə olan xx.xx.2021-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2020-ci il tarixli müqavilə üzrə Cavabdeh İddiaçı MMC-nə ödənilməmiş 205 manat borcu qalmışdır. Tədqiq edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sübutlarla müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 26 avqust 2020-ci il tarixli müqaviləyə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh 12 ay müddətində ödəmək şərti ilə 824 manat məbləğində məişət avadanlığı verilmişdir. Cavabdeh 26 avqust 2020-ci il tarixli müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etmədiyindən İddiaçı MMC hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə, Mülki Məcəllənin 385.1, 399.1, 442, 445.1, 445.2.1, 567, 205.1, 205.4-cü maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində təmin edilməli, müqaviləyə əsasən satılmış mallar üçün 205 manat əsas borc Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-580, 587, 588, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. 26 avqust 2020-ci il tarixli müqavilə üzrə 205 (iki yüz beş) manat əsas və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 235 (iki yüz otuz beş) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №e-2(075)-384/2025
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-384/2025
14.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver