Məhkəmə qərarları › İş №e-2(075)-385/2023

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-385/2023

27.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-385/2023 27.02.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və onların nümayəndələri (vəkilləri) Vəkil iştirakları ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 “dövlət aktının payına münasibətdə ona məxsus olması” hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizə ilə məhkəməyə müraciət edərək, JN-0078, Kod 40400028 nömrəli Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktında hüquq sahibi olan ata adı və adı səhv olaraq yazılmış Ərizəçi2 və Ərizəçi1 həmin dövlət aktında olan torpaq sahəsinin paylara münasibətdə onlara məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi1 izahat verərək göstərmişdir ki, JN-0078, Kod 40400028 nömrəli Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktına əsasən onlara Şəki rayon Aqrar İslahat Komissiyasının 24 fevral 1999-cu il tarixli 03 saylı qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün cizgidə göstərilən sərhəd daxilində 1.69 hektar torpaq sahəsi verilmişdir. Lakin sonradan onlara məlum olmuşdur ki, JN-0078, Kod 40400028 nömrəli Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktında hüquq sahibi olan Ərizəçi2 ata adı səhv olaraq Nəriman kimi qeyd edilmişdir. Bundan başqa JN-0078, Kod 40400028 nömrəli Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktında hüquq sahibi olan Ərizəçi1 adı səhv olaraq Məlahət kimi qeyd edilmişdir. Bildirmişdir ki, JN-0078, Kod 40400028 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktında hüquq sahibləri olan Ərizəçi2 ata adının və Ərizəçi1 adının səhv qeyd olunması ilə bağlı aidiyyatı üzrə müraciət edilmiş və 11 noyabr 2022-ci il tarixdə Şək işəhər İHB-nın Kiçik Dəhnə kəndindəki nümayəndəliyində akt tərtib edilərək aktın doğruluğunu icra nümayəndəsi, bələdiyyə sədri və onlar imzaları ilə təsdiq etmişlər. Bundan sonra həmin akt və digər sənədlərlə birlikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 12 saylı Şəki Ərazi İdarəsinə 18 noyabr 2022-ci il tarixdə müraciət edilərək Şəki rayonu Kiçik Dəhnə kəndində yerləşən 1.69 hektar torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması xahiş edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 12 saylı Şəki Ərazi İdarəsi 01 dekabr 2022-ci il tarixli **********66 nömrəli məktubunda göstərilmişdir ki, müraciətlə bağlı tərəflərindən aparılan araşdırma zamanı təqdim edilmiş JN-0078, Kod 40400028 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktında hüquq sahibi olan Ərizəçi2 ata adının və Ərizəçi1 isə adının səhv qeyd olunduğu müəyyən edilmişdir. Həmin nöqsanların aidiyyəti təşkilat tərəfindən səhv və ya düz olmasını təsdiq edən müvafiq sənəd və təlvöD“ rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə uyğun olaraq dövlət rüsumu ödənilməsi barədə qəbz təqdim ediləcəyi təqdirdə ərizənin icrasına qanunamüvafiq qaydada baxılması bildirilmişdir. Qeyd olunan problemin həlli ilə bağlı onlara məhkəməyə müraciət etmələri tövsiyyə edilmişdir. Buna görə də JN-0078, Kod 40400028 nömrəli Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktında hüquq sahibi olan ata adı səhv olaraq yazılmış Ərizəçi2 və adı səhv olaraq yazılmış Ərizəçi1 həmin dövlət aktında olan torpaq sahəsinin paylarına münasibətdə onlara məxsus olması faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi2 və ərizəçilərin nümayəndələri (vəkilləri) Vəkil Ərizəçi1 ilə oxşar məzmunda izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişlər. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 12 saylı Şəki Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ərizəçinin vəsatəti ilə şahid qismində dindirilmiş X11 göstərmişdir ki, o, Ərizəçi2 doğma bacısıdır. Bildirmişdir ki, onların atası Həmidov Nərman olmuşdur. Ərizəçi2 övladları Dəryanur, Toğrul və Türkanədir. Ərizəçi2 Məlahət adlı övladı yoxdur. Onların ailəsində ümumiyyətlə Məlahət adlı şəxs yoxdur. Məhkəmə iclasında ərizəçinin vəsatəti ilə şahid qismində dindirilmiş X18 göstərmişdir ki, ərizəçilərlə həmkəndlidirlər. Onların ailəsini yaxından tanıyır. Bildirmişdir ki, Ərizəçi2 atası Həmidov Nərman olmuşdur. Nərmanın adında “İ” hərfi olmamışdır. Ərizəçilərin ailəsində Məlahət adlı şəxs yoxdur. Sadəcə “torpağın mülkiyyətə verilməsinə dair” dövlət aktında texniki səhv olmuş, yalnışlıqla Məlahət yazılmışdır. Ərizəçinin adı Ərizəçi1dır. Mülki iş materiallarını araşdırıb, ərizəçinin izahatını dinləyib, məhkəmə belə nəticəyə gəlir ki, ərizəçilər Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 tələbləri əsaslıdır. Belə ki, elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş KOD 40400028, JN-0078 nömrəli “torpağın mülkiyyətə verilməsinə dair” dövlət aktından görünür ki, Şəki rayonu Aqrar İslahat Komissiyasının 24 fevral 1999-cu il tarixli, 03 saylı qərarına əsasən X12, Ərizəçi2 Nəriman qızı, X6, X7 və X8 cizgidə göstərilən sərhəd daxilində 1.69 hektar torpaq sahəsi verilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 03 oktyabr 1976-cı il tarixli, İV-ЖГ 389184 seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, 07 avqust 1976-cı il təvəllüdlü X2 atası X13, anası X3r. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 16 yanvar 1994-cü il tarixli, Vİ-ЖГ 354738 seriya nömrəli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X12 ilə X5 arasında 16 yanvar 1994-cü il tarixdə bağlanmış nikah, nikahın bağlanması haqqında akt qeydləri kitabında 02 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Həmidova soyadı verilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 21 iyul 1997-ci il tarixli, XX-ЖГ 392433 seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, xx xxxx 1997-ci il təvəllüdlü Ərizəçi1 atası X12, anası Ərizəçi2dır. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 11 noyabr 2022-ci il tarixli aktdan görünür ki, JN-0078 KOD 40400028 nömrəli torpağın mülkiyyət hüququna dair dövlət aktında adı Ərizəçi2 Nəriman qızı kimi qeyd edilmiş şəxs Ərizəçi2 ilə, adı X1 qeyd edilmiş şəxs Ərizəçi1 ilə eyni şəxsdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş, 01 dekabr 2022-ci il tarixli, **********66 nömrəli məktubdan görünür ki, Şəki rayonu, Kiçik Dəhnə kəndində yerləşən 1,69 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə 18 noyabr 2022-ci il tarixli müraciətlərinə DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsində baxılmışdır. Müraciətləri ilə bağlı tərəflərindən aparılan araşdırma zamanı təqdim etdikləri JN- 0078 KOD 40400028 nömrəli torpağın mülkiyyət hüququna dair dövlət aktında hüquq sahibi olan Ərizəçi2 ata adının və Ərizəçi1 adının səhv qeyd olunduğu müəyyən edilmişdir. İşdə olan Şəki şəhər İHB-nin Kiçik Dəhnə kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 12 dekabr 2022-ci il tarixli, 1770 nömrəli arayışdan görünür ki, JN 0078 saylı torpağa mülkiyyt hüququna dair dövlət aktında adı qeyd olunan X6 əslində Ərizəçi1 ilə eyni şəxsdir. İşdə olan Şəki şəhər İHB-nin Kiçik Dəhnə kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 30 yanvar 2023-cü il tarixli, 106 nömrəli arayışdan görünür ki, X4 rayonu, Kiçik Dəhnə kəndində qeydiyyatda olmaqla yaşayır. Onun ailə tərkibi həyat yoldaşı Ərizəçi2, X7, X9 və Ərizəçi1 ibarətdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, Şəki rayonu Aqrar İslahat Komissiyasının 24 fevral 1999-cu il tarixli, 03 saylı qərarına əsasən ərizəçilərə onların ailə üzvləri ilə birlikdə Şəki rayonu cizgidə göstərilən sərhədlər daxilində 1.69 hektar torpaq sahələri ayrılmışdır. Bununla bağlı onlara KOD 40400028, JN-0078 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. Həmçinin müəyyən olundu ki, KOD 40400028, JN-0078 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktında “Ərizəçi2” ata adı “Nərman” əvəzinə səhvən “Nəriman” kimi və “Ərizəçi1” adı “Dəryanur” əvəzinə səhvən “Məlahət” kimi göstərilmişdir. Əslində isə, KOD 40400028, JN-0078 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktında adı “Ərizəçi2 Nəriman qızı” kimi yazılmış şəxs “Ərizəçi2” ilə və adı “X6” kimi yazılmış şəxs “Ərizəçi1” ilə eyni şəxsdir və torpağa mülkiyyət hüququna dair dövlət aktı paylarına münasibətdə Ərizəçi2 Nəriman qızı və Ərizəçi1 məxsusdur. Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı ilə bağlı işlərə baxır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı QƏRARİ-nın 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi-həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir.Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilərək, Şəki rayonu Aqrar İslahat Komissiyasının 24 fevral 1999-cu il tarixli, 03 saylı qərarına əsasən verilmiş KOD 40400028, JN-0078 nömrəli “torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın paylarına münasibətdə Ərizəçi2 və Ərizəçi1 məxsus olması hüquqi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 dövlət büdcəsinə ödədiyi 100,40 (bir yüz) manat 40 qəpik dövlət rüsumu onların özlərinə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 216-217, 219-220, 227, 233, 307.1, 307.2.11, 308 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: Ərizə təmin edilsin. Şəki rayonu Aqrar İslahat Komissiyasının Şəki rayonu Aqrar İslahat Komissiyasının 24 fevral 1999-cu il tarixli, 03 saylı qərarına əsasən verilmiş KOD 40400028, JN-0078 nömrəli “torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın payına münasibətdə Ərizəçi2 və Ərizəçi1 məxsus olması hüquqi faktı müəyyən edilsin. Dövlət büdcəsinə ödənilmiş 100,40 (bir yüz) manat 40 qəpik rüsum ərizəçilərin özlərinə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar