Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-413/2023 07.03.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı “akt əsasında hesablanmış borcun hesabından silinməsi” tələbinə dair mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun barəsində "xxxx" ASC-nin X3 Şəbəkəsi MMC-nin əməkdaşları tərəfindən tərtib edilmiş 19 sentyabr 2022-ci il tarixli akt əsasında hesablanmış 1110,07 manat borcun hesabından silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, o, ünvan 1 ünvanda həmişə işlətdiyi elektrik enerjisinin dəyərini vaxtlı-vaxtında poçta ödəmişdir. O, həmişə sayğacı üzrə ödəniş aparmışdır. Lakin, cavabdeh təşkilatın nümayəndələri 19 sentyabr 2022-ci il tarixdə evinə gələrək onun barəsində akt tərtib etmişlər. Həmin əməkdaşlar qanunvericilikdə nəzərdə tutulmuş tələbləri pozaraq barəsində belə bir akt tərtib etmişlər. Cavabdeh təşkilatın nümayəndələri heç bir əsas olmadan belə bir akt tərtib etməklə “X1 qaydalarının” tələblərini pozmuşlar, bununla da istehlakçı kimi ona nasazlığın aradan qaldırılmasında köməklik göstərilməsi əvəzinə, X1 qaydalarının pozulması barədə akt tərtib etməklə yanlışlığa yol vermişlər. Qanunvericliyin tələblərinə əsasən akt tərtib edilərkən enerji təhcizat idarəsinin nümayəndəsi və məişət abonenti ilə yanaşı, iki nəfər hal şahidi də iştirak etməli, həmin aktı onlar imzalamalıdırlar. Lakin, həmin akt tərtib edilərkən bunlara riayət edilməmiş və akt tərtib edilərkən iki nəfər hal şahidi iştirak etməmişdir. Bu halda aktın doğru olmasına əsaslı şübhələr yaranır. Göründüyü kimi cavabdehin təşkilatın nümayəndələri qarşılarına qoyulmuş planı doldurmaq üçün mənim evdə olmamağından mükəmməl olaraq istifadə etmişlər. Bundan başqa həmin aktı məşət abonenti kimi o imzalamamışdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda ayrıca qeyd aparılmalıdır. Lakin, cavabdeh təşkilatın nümayəndəsi həmin aktı tərtib edərkən qanunvericiliyin tələblərini pozmuşlar. Göstərmişdir ki, həmin akt yazılarkən evinə verilən elektrik enerjisinin təminadı dayandırılmışdır. O, məhkəməyə müraciət etmək üçün müəyyən prosedur hərəkətlər etməli olmuşdur. Yəni, hüquqşünasa müraciət etmək, elektron kabinet açmaq, nömrə almaq, nömrəyə sertifikat almaq və bundan sonra ərizə yazdırıb elektron qaydada məhkəməyə müraciət etmək. Bütün bunlar üçün kifayət qədər vaxt lazım olduğuna və bu müddətdə evinə verilən elektrik enerjisi kəsili qalacağına görə həmin akt əsasında qanunsuz yazılmış cəriməni ödəmək məcburiyyətində qalmışdır. Göstərdikləri ilə bağlı məcburiyyət qarşısında qalaraq aktın ləğv olunması və akt əsasında hesablanmış borcun hesabından silinməsi tələbi ilə bağlı məhkəməyə müraciət etməli olmuşdur. İddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı və cavabdeh "xxxx" ASC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh "xxxx" ASC məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Lakin İddiaçı 23 yanvar 2023-cü il tarixdə məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq bütün məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. "xxxx" ASC-nin nümayəndəsi X2 məhkəməyə elektron qaydada etiraz ərizə ünvanlayaraq iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Etiraz ərizəsində göstərilmişdir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “akt əsasında hesablanmış 1110.07 manat borcun hesabından silinməsi”nə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Hesab edir ki, iddia tələbi əsassızdır və rədd olunmalıdır. Belə ki, iddiaçının Şəki şəhəri Bağbanlar küçəsində yaşadığı fərdi yaşayış evi "xxxx" ASCnin enerji satış bazasında İddiaçı adına olmaqla **********19775 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. xx.xx.2022-ci il tarixdə “Azərişıq" ASC-nin əməkdaşları R.Osmanov, V.Əhmədov və N.Həmidov tərəfindən Şəki şəhəri Bağbanlar küçəsində İddiaçı yaşadığı fərdi yaşayış evinə quraşdırılmış elektrik hesablaşma sayğacına iddiaçının iştirakı ilə “X1 Qaydalarına uyğun baxış keçirilmişdir. Baxış zamanı elektrik sayğacının “A" dövlət ştamp möhüründə və üst qapaq örtüyünün gövdə ilə birləşmə hissəsində müdaxilə izlərinin olduğu müəyyən edilmişdir. Aşkar edilmiş pozuntu ilə əlaqədar “X1 Qaydaları”nın 8.17 bəndinin tələbinə uyğun olaraq yuxarıda adları qeyd olunan əməkdaşlar tərəfindən xx.xx.2022-ci il tarixli, NDM029928 saylı akt tərtib olunmuş və tərtib olunmuş aktı İddiaçı öz imzası ilə təsdiq etmişdir. Tərtib olunmuş akta əsasən xx.xx.2022-ci il tarixində Şəki EŞnin əməkdaşları tərəfindən qüsur aşkar olunmuş sayğac yeni PAUD-MP106 smart tipli elektrik sayğacı ilə əvəz edilərək möhürlənmiş və bununla bağlı 252702 saylı protokol tərtib olunaraq elektrik sayğacı rəy verilməsi üçün laboratoriyaya göndərilmişdir. Laboratoriyanın xx.xx.2022-ci il tarixli, 010041 saylı protokolu ilə elektrik sayğacının zavod istehsalı olan “A” ştamp möhürlərinin pozulduğu və sayğacın daxilinə baxış zamanı hesab mexanizminin üzərində cızıq izlərinin olduğu barədə rəy verilmişdir. Bundan sonra xx.xx.2022-ci il tarixli, NDM029928 saylı akta əsasən "xxxx" ASC-nin Akt komissiyası tərəfindən itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan keçən yükə uyğun 251 gün üçün 0.13 manatla 8539 kvt.s, dəyəri 1110.00 manat məbləğində itirilmiş enerji hesabatı aparılmışdır. Müəyyən edilmiş qüsurun xarakteri təsadüfi olmamış, iddiaçını faydalandırmaq niyyəti ilə məqsədli şəkildə edildiyi aşkardır və iddiaçıya hesablanmış məbləğ istehlak etdiyi lakin dəyərini ödəmədiyi elektrik enerjisinin əvəzi olmuşdur. Məhkəmə tədqiq edilən sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra, bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”na 06 yanvar 2010-cu il tarixdə 3 nömrəli qərarla təsdiq edilmiş 2.4.2-ci əlavədə göstərilir ki, “Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir(göndərməlidir). Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş, abunə haqqında məlumatdan görünür ki, İddiaçı Şəki EŞ-nin enerji satış bazasında **********19775 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş sayğacın dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında 20 sentyabr 2022-ci il tarixli, 252702 nömrəli protokoldan görünür ki, İddiaçı yaşadığı ünvanda istismar olmuş ********** nömrəli sayğac çıxarılmış, əvəzində yeni **********26 nömrəli sayğac quraşdırılaraq təhvil verilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 19 sentyabr 2022-ci il tarixli, 029928 nömrəli aktdan görünür ki, yoxlama zamanı sayğacın “A” dövlət ştamp möhüründə və üst qapaq örtüyünün gövdə ilə birləşmə hissəsində müdaxilə izlərinin olması müəyyən olunmuşdur. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 27 sentyabr 2022-ci il tarixli, icra vərəqindən görünür ki, itirilmiş elektrik enerjisinin bərpası üçün hesabat aparılmışdır, itirilmiş elektrik enerjisinin miqdarı 8539 KVT.s müəyyən edilərək onun dəyəri olan 1110 manat məbləğdə ziyan (8539 m3 x 0.13 man = 1110 manat) əvəzinin ödənilməsi tələb edilmişdir. “X1 qaydalarının” 8.15-ci bəndinə görə ödəmə sənədində səhv və ya sayğacların göstərişlərində anlaşılmazlıq aşkar olunarsa, istehlakçı, o cümlədən məişət abonenti bu barədə enerji təchizatı müəssisəsinə yazılı məlumat verməlidir. İstehlakçı, o cümlədən məişət abonenti yazılı məlumat verdikdən sonra enerjitəchizatı müəssisəsi 10 (on) gündən gec olmayaraq hesablaşmanı, lazım gələrsə, sayğacı yoxlamalı və bu yoxlamanın nəticələri haqqında ona məlumat verməlidir. «X1 qaydaları»nın 8.32-ci bəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və X1 göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində eletrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Göründüyü kimi, Qaydaların 8.32-ci bəndində göstərilən pozuntulara görə mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış evinin daxilində quraşdırılmayan məişət abonentinin məsuliyyəti istisna edilmişdir. Çünki «X1 qaydaları»nın 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən ünvan 2 ünvanında yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik sayğacına baxış keçirilmiş və elektrik enerjisinin istifadə qaydalarının pozulmasına dair akt tərtib etmişlər. Cavabdeh təşkilatın əməkdaşları aktın tərtib edilməsinə “EEİQ”-nın tələblərinin pozulmasının əsas olduğunu göstərsələr də, aktın məzmununda həmin bənddə nəzərdə tutulan pozuntulardan məhz hansının istehlakçı tərəfindən törədilməsi əsaslandırılmamışdır. Sözügedən fərdi yaşayış evində yaşayan Hüseynova İddiaçı həmin aktın tərtibində iştirak etməsi öz təsdiqini tapmamışdır. Bundan başqa cavabdeh baxış zamanı sayğacın “A” dövlət ştamp möhüründə və üst qapaq örtüyünün gövdə ilə birləşmə hissəsində müdaxilə izlərinin olması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Cavabdehin təbirincə desək qeyd edilən müdaxilənin iddiaçı tərəfindən edilməsi hər hansı sübutla təsdiqlənmir. Həmçinin məhkəmə qeyd edir ki, həmin sayğac demək olar ki, hər ay cavabdeh təşkilatın nəzarətçisi tərəfindən yoxlanılır və nəzarətçi həmin müdaxiləni bundan əvvəl də aşkar edə bilərdi. Beləliklə də, cavabdeh təşkilatın əməkdaşları X1 qaydalarının tələblərini pozaraq qanunsuz əldə edilmiş sübutlara istinad edərək mübahisələndirilən aktı tərtib etmişlər və iddiaçıya əlavə məbləğdə borc hesablamışlar. Göründüyü kimi iddiaçı onun hesabına yazılmış 1110,07 manat borcun silinməsini xahiş etsə də Akt əsasında ona yazılmış cərimə borcu 1110 manat olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı iddiası qismən təmin edilməli, "xxxx" ASC-nin əməkdaşları tərəfindən İddiaçı barəsində tərtib edilmiş 19 sentyabr 2022-ci il tarixli akt əsasında hesablanmış 1110 manat məbləğində borc onun hesabından silinməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin məcəllənin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsаsən və Аzərbаycаn Respublikаsı MPM-nin 216-220 və 360-cı mаddələrini rəhbər tutаrаq məhkəmə, QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən tərtib edilmiş 19 sentyabr 2022-ci il tarixli akt əsasında hesablanmış 1110 manat borc İddiaçı hesabından silinsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №e-2(075)-413/2023
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-413/2023
07.03.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver