Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-436/2024 17.01.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Ceyhun Rasim oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC, Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, İMEİ KODU **********85927 TCL 20B 6159K markalı telefon üçün 587.88 (beş yüz səksən yeddi manat səksən səkkiz qəpik) manat ödənilməmiş hissə, 57.12 (əlli yeddi manat on iki qəp) manat cərimə pulu; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, İMEİ KODU **********97061 SAMSUNG GALAXY A03 CORE markalı telefon üçün 365.04 (üç yüz altmış beş manat dörd qəpik) manat ödənilməmiş hissə, 36.96 (otuz altı manat doxsan altı qəpik) manat cərimə pulu; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, HUAWEİ BAND 6 SAAT, AİWA AT qulaqlıq üçün 179.72 (yüz yetmiş doqquz manat yetmiş iki qəpik) manat ödənilməmiş hissə, 17.28 (on yeddi manat iyirmi səkkiz qəpik) manat cərimə pulu; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, İMEİ KODU **********55862 SAMSUNG GALAXY A21S markalı telefon üçün 53.9 (əlli üç manat doxsan qəpik) manat ödənilməmiş hissə, 5.1 (beş mana on qəpik) manat cərimə, ümumilikdə 1303 manat borc və cərimələr, eləcə də 33.03 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Rəsmi qaydada bildiriş göndərilməsinə baxmayaraq qanunvericiliklə müəyyən edilmiş müddət ərzində məhkəməyə cavabdehin iddiaya qarşı etirazı daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, tədqiq edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sübutlarla müəyyən edildi ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2021ci il tarixlərindəki müqavilələrinə əsasən İMEİ KODU **********85927 TCL 20B 6159K markalı telefon, İMEİ KODU **********97061 SAMSUNG GALAXYA03 CORE markalı telefon, HUAWEİ BAND 6 SAAT, AİWA AT qulaqlıq, İMEİ KODU **********55862 SAMSUNG GALAXY A21S markalı telefon almış və nəticədə 1303 (min üç yüz üç) manat borc və cərimələr yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 587.88 (beş yüz səksən yedi manat səksən səkkiz qəpik) manat (18 ay x 32.66 manat + 0 manat ilkin ödəniş) olan İMEİ KODU **********85927 TCL 20B 6159K markalı telefon üçün ümumilikdə 645 (altı yüz qırx beş) manat olmaqla ondan, 587.88 (beş yüz səksən yeddi manat səksən səkkiz qəpik) manat ödənilməmiş hissə, 57.12 (əlli yeddi manat on iki qəp) manat cərimə pulu; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 365.04 (üç yüz altmış beş manat dörd qəpik) manat (18 ay x 20.28 manat + 0 manat ilkin ödəniş) olan İMEİ KODU **********97061 SAMSUNG GALAXY A03 CORE markalı telefon üçün 402 (dörd yüz iki) manat olmaqla ondan, qiyməti 365.04 (üç yüz altmış beş manat dörd qəpik) manat ödənilməmiş hissə, 36.96 (otuz altı manat doxsan altı qəpik) manat cərimə pulu; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 295.02 ( iki yüz doxsan beş manat iki qəpik) manat (18 ay x 16.39 manat + 0 manat ilkin ödəniş) olan HUAWEİ BAND 6 SAAT, AİWAAT qulaqlıq üçün 197 (yüz doxsan yeddi) manat olmaqla ondan 179.72 (yüz yetmiş doqquz manat yetmiş iki qəpik) manat ödənilməmiş hissə, 17.28 (on yeddi manat iyirmi səkkiz qəpik) manat cərimə pulu; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 493.2 (drd yüz doxsan üç manat iyirmi qəpik) manat (18 ay x 27.4 manat + 0 manat ilkin ödəniş) İMEİ KODU **********55862 SAMSUNG GALAXY A21S markalı telefon üçün 59 (əlli doqquz) manat olmaqla ondan 53.9 (əlli üç manat doxsan qəpik) manat ödənilməmiş hissə, 5.1 (beş mana on qəpik) manat cərimə pulu miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 554.6 manat təşkil etmişdir. Cavabdehlə aralarında xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2021-ci il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu ona rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməlidir. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 442, 445.1, 445.2.1-ci maddələrinə əsasən və eləcədə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia təmin edilməli, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, İMEİ KODU **********85927 TCL 20B 6159K markalı telefon üçün 587.88 (beş yüz səksən yeddi manat səksən səkkiz qəpik) manat ödənilməmiş hissə, 57.12 (əlli yeddi manat on iki qəp) manat cərimə pulu; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, İMEİ KODU **********97061 SAMSUNG GALAXY A03 CORE markalı telefon üçün 365.04 (üç yüz altmış beş manat dörd qəpik) manat ödənilməmiş hissə, 36.96 (otuz altı manat doxsan altı qəpik) manat cərimə pulu; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, HUAWEİ BAND 6 SAAT, AİWA AT qulaqlıq üçün 179.72 (yüz yetmiş doqquz manat yetmiş iki qəpik) manat ödənilməmiş hissə, 17.28 (on yeddi manat iyirmi səkkiz qəpik) manat cərimə pulu; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, İMEİ KODU **********55862 SAMSUNG GALAXY A21S markalı telefon üçün 53.9 (əlli üç manat doxsan qəpik) manat ödənilməmiş hissə, 5.1 (beş mana on qəpik) manat cərimə olmaqla, ümumilikdə 1303 manat borc və cərimə, eləcə də 33.03 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, İMEİ KODU **********85927 TCL 20B 6159K markalı telefon üçün 587.88 (beş yüz səksən yeddi manat səksən səkkiz qəpik) manat ödənilməmiş hissə, 57.12 (əlli yeddi manat on iki qəp) manat cərimə pulu; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, İMEİ KODU **********97061 SAMSUNG GALAXY A03 CORE markalı telefon üçün 365.04 (üç yüz altmış beş manat dörd qəpik) manat ödənilməmiş hissə, 36.96 (otuz altı manat doxsan altı qəpik) manat cərimə pulu; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, HUAWEİ BAND 6 SAAT, AİWA AT qulaqlıq üçün 179.72 (yüz yetmiş doqquz manat yetmiş iki qəpik) manat ödənilməmiş hissə, 17.28 (on yeddi manat iyirmi səkkiz qəpik) manat cərimə pulu; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, İMEİ KODU **********55862 SAMSUNG GALAXY A21S markalı telefon üçün 53.9 (əlli üç manat doxsan qəpik) manat ödənilməmiş hissə, 5.1 (beş mana on qəpik) manat cərimə olmaqla, ümumilikdə 1303 manat borc və cərimə, eləcə də 33.03 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Əhmədov
Məhkəmə qərarları › İş №e-2(075)-436/2024
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-436/2024
17.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver