Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-438/2023 10.04.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nəsirova Sayalı Elşad qızının katibliyi, Ərizəçi, eyni zamanda digər ərizəçilərin nümayəndəsi Ərizəçi2 iştirakı ilə Ərizəçilər Ərizəçi2, Ərizəçi1 və Ərizəçi3 hüquqi faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə Müəyyən etdi: Ərizəçilər Ərizəçi2, Ərizəçi1 və Ərizəçi3 ərizə ilə məhkəməyə müraciət edərək, Şəki rayonu Aqrar islahat Komissiyasının 09 sentyabr 2002-ci il tarixli, 06 saylı qərarına əsasən onlara və ailə üzvlərinə birlikdə Şəki rayonu, Baqqal kəndi ərazisindən cizgidə göstərilən sərhədlər daxilində 2.72 hektar pay torpaq sahəsi ayrılması ilə bağlı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki Rayon Torpaq Şöbəsi tərəfindən verilmiş KOD 40404078, JN 0048 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının paylarına münasibətdə onlara və mərhum X5 məxsus olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, Şəki rayonu Aqrar islahat Komissiyasının 09 sentyabr 2002-ci il tarixli, 06 saylı qərarına əsasən onlara Şəki rayonu Baqqal kəndi ərazisindən cizgidə göstərilən sərhədlər daxilində 2.72 hektar pay torpaq sahəsi ayrılmışdır. Bununla bağlı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki Rayon Torpaq Şöbəsi tərəfindən KOD 40404078, JN 0048 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. Sonradan məlum olmuşdur ki, həmin dövlət aktında paylı mülkiyyətçilərlə bağlı qeydlərdə onların soyadları, adları və ata adları səhv yazılmışdır. Belə ki, Ərizəçi2 soyadı Ərizəçi2ə Məmmədov kimi, Ərizəçi1 soyadı X3, Ərizəçi3 adı X6, həmçinin 31 mart 2018-ci il tarixdə vəfat etmiş anası X2 Məmmədova kimi göstərilmiş, ata adı isə qeyd edilməmişdir. Qeyd edilən yanlışlıqların düzəldilməsi ilə bağlı aidiyyəti orqanlara müraciət etsələr də, onlara bu tələblə bağlı, yəni həmin yanlışlıqların düzəldilməsi ilə bağlı məhkəməyə müraciət etmək hüquqları izah edilmişdir. Həmin sənəddə olan yanlışlıqlar onlara işlərində çətinliklər yaradır. Ona görə də, məcburiyyət qarşısında qalaraq hazırkı ərizə ilə məhkəməyə müraciət etməli olmuşlar. Məhkəmə iclasında iştirak edən ərizəçi, eyni zamanda digər ərizəçilərin nümayəndəsi Ərizəçi2 ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçinin vəsatəti ilə məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, Ərizəçi2 onun dayısıdır. Həqiqətən ərizəçilərin adı, soyadı və ata adları X8, Ərizəçi1 və Ərizəçi3dur. Sağlığında Güləvatını da görmüşdür. Ərizəçinin vəsatəti ilə məhkəmə iclasında şahid qismində dindirilmiş X16 ifadəsində bildirmişdir ki, Ərizəçi2 onun qaynıdır. X8 isə onun qayınanasıdır. Digər ərizəçilərin****** İş materiallarına əlavə edilmiş 02 fevral 1965-ci il tarixli, ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi2 xx xxxxxx 1965-ci il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş 03 aprel 2018-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 31 mart 2018-ci il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş 05 sentyabr 1996-cı il tarixli, 262047 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi3 06 avqust 1996-cı il tarixdə anadan olmuşdur. Onun atası Ərizəçi2, anası isə Ərizəçi1dır. İş materiallarına əlavə edilmiş 07 dekabr 2022-ci il tarixli aktın surətindən görünür ki, JN 0048, KOD 40404078 saylı dövlət aktında sənədlərin qeydiyyatı zamanı çoxsaylı soyad, ad və ata adı səhvlərinə rast gəlinmişdir. Qeyd edilən sənədlərdə rast gəlinən soyad, ad və ata adı səhv lərinin şəxsiyyət vəsiqəsinə və digər şəxsiyyət müəyyənedici sənədlərə uyğun qeydiyyata alınmasını məqsədəuyğun hesab edilmişdir. İş materiallarına əlavə edilmiş JN 0048, KOD 40404078 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, Məmmədova Güləvatın, X11, X9 və X10 Şəki rayon Aqrar İslahat Komissiyasının 09 sentyabr 2002-ci il tarixli 06 saylı qərarı ilə Şəki rayonu Baqqal kəndində 2.72 hektar kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş Şəki şəhər İcra Hakimiyyəti Başçısının Biləcik kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 15 fevral 2023-cü il tarixli arayışın surətindən görünür ki, təsərrüfat başına kitabda adları X8, Ərizəçi2, Ərizəçi1 və Ərizəçi3 kimi yazılmış şəxslərin adları torpağa mülkiyyət hüququna dair JN 0048, KOD 40404078 saylı dövlət aktında Məmmədova Güləvatın, X11, X9 və X6 qeyd edilmişdir. Hər iki adda olan vətəndaşlar eyni şəxslərdirlər. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəki rayonu Aqrar islahat Komissiyasının 09 sentyabr 2002-ci il tarixli, 06 saylı qərarına əsasən X5, Ərizəçi2, Ərizəçi1 və Ərizəçi3 Şəki rayonu Baqqal kəndində 2.72 hektar kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. Lakin torpağa mülkiyyət hüququna dair JN 0048, KOD 40404078 saylı dövlət aktında onların soyadları, adları və ata adları texniki səhv olaraq Məmmədova Güləvatın, X11, X9 və X6 qeyd edilmişdir. Ərizəçilər mülkiyyətlərinə verilmiş torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı şəki Ərazi İdarəsinə müraciət etmiş, lakin JN-0048, KOD 40404078 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktında hüquq sahibi olan Ərizəçi2 soyadının, X1, Ərizəçi1 soyadının və ata adının, Ərizəçi3 soyadının səhv qeyd edildiyi, həmçinin X4 ata adının qeyd olunmadığı səbəbindən bundan imtina edilmişdir. Ona görə də, hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir.. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndinə görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktınyəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə nəzərə alır ki, ərizəçinin xahişi hüquqi nəticə doğuran faktların müəyyən olunmasına dairdir. Bununla yanaşı, həmin faktın müəyyən olunmasının ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə ərizəçi tərəfindən lazımi sənədləri almanın mümkün olmadığı onun tərəfindən təqdim olunan sübutlarla təsdiq olunur. Belə ki, ərizəçilər, mülkiyyətlərinə verilmiş torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınması üçün müraciət etmişlər. Lakin torpağa mülkiyyət hüququna dair JN 0048, KOD 40404078 saylı dövlət aktında onların soyadlarının texniki səhv olaraq yanlış yazılması onlara hüquqlarını həyata keçirməkdə maneçilik yaratmışdır. Torpağa mülkiyyət hüququna dair JN 0048, KOD 40404078 saylı dövlət aktında adları qeyd edilmiş şəxslərlə hazırkı iş üzrə ərizəçilərin eyni şəxslər olması, eyni zamanda onlardan asılı olmayan səbəblərdən dövlət aktında soyad, ad və ata adlarının səhv yazılması tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, Şəki rayonu Aqrar islahat Komissiyasının 09 sentyabr 2002-ci il tarixli, 06 saylı qərarına əsasən Şəki rayonu, Baqqal kəndi ərazisindən cizgidə göstərilən sərhədlər daxilində 2.72 hektar pay torpaq sahəsi ayrılması ilə bağlı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki Rayon Torpaq Şöbəsi tərəfindən verilmiş KOD 40404078, JN 0048 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının paylarına münasibətdə X5, Ərizəçi2, Ərizəçi1 və Ərizəçi3 məxsus olması hüquqi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş 100 manat dövlət rüsumu ərizəçilərin özlərinə aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Şəki rayonu Aqrar islahat Komissiyasının 09 sentyabr 2002-ci il tarixli, 06 saylı qərarına əsasən Şəki rayonu, Baqqal kəndi ərazisindən cizgidə göstərilən sərhədlər daxilində 2.72 hektar pay torpaq sahəsi ayrılması ilə bağlı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki Rayon Torpaq Şöbəsi tərəfindən verilmiş KOD 40404078, JN 0048 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının paylarına münasibətdə X5, Ərizəçi2, Ərizəçi1 və Ərizəçi3 məxsus olması hüquqi faktı müəyyən edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçilərin özlərinə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №e-2(075)-438/2023
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-438/2023
10.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver